Məmməd Araz. Seçilmiş əsərləri- II cild



Yüklə 0.81 Mb.
səhifə9/9
tarix24.04.2017
ölçüsü0.81 Mb.
1   2   3   4   5   6   7   8   9

Qapıb əllərindən ütək bir anda,

Bu bir gün seçici salonlarında

Səssatma, səsalma nırxını alaq.

Bu gün dünyamızda

Bir rəngli bayraq

Bir rəngli hökm olsun,

Bir rəngli arzu.

Nə üz cırmaqlansın, nə göz yorulsun,

Qoy bu gün tərifə öyrənişənlər

Günəşin eşqinə sağlıq desinlər,

İmzalarla deyil, gözlə görsünlər:

Ağlın duruluğu nə təhər olur,

Hökmün bulannığı nə təhər olur,

Günəşin işığı necə paylanır,

Niyə bu işıqlar gecə paylanır?

Amma ki satılır toxum yerinə...

Hər günün, hər ayın kürəyində yük,

Vahimə tuşlanır yerin qəlbinə.

Bəşərin inadı qorxudan böyük,

Təsəlli məlhəmdir insan qəminə.

Deməyin boşalmaz bu dolu boşluq –

Zərrəni zərrəyə düysə bu birlik.

Bəlkə bu minvalla günə gün qoşub

Dünyada işığı qoruya bildik.

1982

201


202

203


ƏSGƏR QƏBRİ

_______I


Gördüm Lvov şəhərində

o qəbri mən,

Ukraynanın uzaq, uzaq bir yerində

o qəbri mən qucaqladım.

Nə sevindim, nə ağladım:

Dondum bir az.

Sağlığıyla məzarlığı

Görüşən heç olar, olmaz -

düşünmədim.

Yox, bu mənəm, mənəm - dedim.

Elə bil ki,

bir cazibə qüvvəsindən

qaçammadım,

Yoxluğuma yaxınlaşdım

addım-addım.

Dünənimin qəhrəmanlıq muzeyinə

addım atdım...

Bura əsl


Məzarıstan adlı şəhər.

Burda sükut nəqliyyatdır.

Sürücüsü - dilsiz qəbir abidələr

Öz yerində hərəkətdə,

Öz yerində səyahətdə.

Bura - bütün evlərinin

Odu itmiş

daş şəhərcik.

Sakinləri tarixlərə

Qonaq getmiş

daş şəhərcik.

Bu şəhərdə sakinlərin

söhbətləri

daş dilində.

204

Sevgiləri, nifrətləri



daş dilində.

Daş dilinin elə ağır

havası var,

Daş dilinin hələ susmaz

davası var,

Sanki burda

Hər məzar bir söz kürsüsü;

Hər başdaşı bir tribun!

Daş dilinin nidaları

Tufan olur burum-burum,

Bizə deyir: ayıq durun,

sayıq durun!

Bura Lvov şəhərinin

uca yeri,

Üstü hamar, yaşıl təpə,

O, günəşi ilkin görər.

Günəş ünu ilkin öpər.

Günəş öpər, onlar duymaz;

Onlar üçün nə qış, nə yaz!

Çiçək fəsli, xəzan fəsli!..

Onlar üçün yaşar ancaq

məzar fəsli.

Günəşləri, baharları,

Mövsümləri qəhr olunub,

Gözlərində dəfh olunub.

Bəli, "Xolm Slavi"dır

qəbristanın əsl adı.

Çox çalışdım,

Öz dilimdə tərcüməsi alınmadı.

Eh, bir də ki, nə fərqi var,

Tərcüməsiz anlaşılır

Nədir ölüm,

Nədir məzar.

Əbədilik dost eləyib

ölüm burda neçə adı.

Burda məzar qonşusudur

205

Neçə xalqın mərd övladı.



Neçə vüsal təbəssümü –

Donub,


məzar qonşusudur.

Neçə nişan mərasimi –

Sönüb,

Məzar qonşusudur.



Şöhrətindən xəbər yox,

Neçə şöhrət yaxınları.

Nakamlığın, ölməzliyin,

Yer üzünə

övladları gəlməzliyin,

Anaları gülməzliyin

Əbədiyyət yaxınları.

Bir-birindən əhval tutub,

Məclis qurub şad olmağın

Əbədiyyət uzaqları...

Bir-birindən od almağın

Əbədiyyət uzaqları.

Dolaşıram qəbristanı.

Ukraynalı, rus, azərbaycanlı,

gürcü, özbək...

Min illərlə belə yaxın,

Belə uzaq

qonşuluqda

ömr edəcək.

Dolaşıram qəbristanı.

Duruxuram birdən-birə:

Bu ki, mənəm! –

İbrahimov familiyalı

Bir nakamın önündəyəm.

'"İbrahimov" – Bircə bu söz

Yazılıbdır başdaşında.

Nə yaxşı ki,

bu daşların yaddaşında

Bu söz qalıb, bu söz durur!

Adı nədir, kim oğludur?

206

Təvəllüdü,



Doğulduğu kənd, ya şəhər?..

yoxdu bunlar.

Neyləyəsən, yoxdu bunlar,

Bu varlığın

əbədi bir yoxluğu var.

II

Ey balladam, dindir onu,



qəbir dinər.

Ey balladam, dilsiz yatmaz

qəbirdə nər.

Alışar o,

danışar o,

od dilində.

Göyərər o,

söz deyər o,

ot dilində.

Ey balladam!

bir nəğmə de;

həzin-həzin

Kəndimizin çaylarının,

quşlarının səsi gəlsin.

Bir nəğmə de:

bu nəğmədə

Ağ hörüklü bulaqlardan

bir içim su,

Bir az qartal qıyıltısı,

Bir azacıq qar qoxusu,

Bir ananın dodağından -

yanmış ağı,

Bir gəlinin gözlərindən -

bir sarımtıl həsrət dağı,

Bir ərgənin duruşundan

Toy eşqini, nidasını

gətir, gətir!

207


Bir məktəbin arxivindən

Qırx ikidə itən dərslik

sədasını

gətir, gətir!

Bizim kənddən

Doxsan igid qayıtmadı.

Doxsan ana yola baxdı,

doxsan ümid qayıtmadı.

Doxsan cığırda ot bitdi,

Neçə doxsan oraq-çəkic,

Dəryaz itdi, qələm itdi.

Anamız Yer kürəsinə

Hər insan bir peykdi məncə;

Doxsan peyk yüz səksən dərəcə;

Məhvərindən dönüb getdi.

Doxsan işıq sönüb getdi.

Bizim kənddən

doxsan igid qayıtmadı.

Kəndimizi sevindirrəm

tapanda bir itmiş adı.

İndi ona ad qoyacaq atam mənim,

Kişnəyəcək qaşqa, kəhər atım mənim,

Xallı toplan ayağına dolaşacaq,

Kənd qızları təzə xəbər

danışacaq.

Bulaqların sənəkləri çoxalacaq.

Gözəlləri, qəşəngləri çoxalacaq.

Xoş xəbərlər

çevriləcək tərs üzünə

sonra birdən.

Bəd xəbərlər dinlənəcək neçə yerdən;

Xoş xəbəra inanmayın!

O, adını axtarırdı,

Ad alıban gedəcəkdir.

Od alıban gedəcəkdir.

O, bir getmiş zamandı ki,

Getmiş zaman qayıdarmı?

O, bir itmiş zamandı ki,

208

İtmiş zaman qayıdarmı?



Qayıdar o – məkanı var,

Zamanı yox otağına,

Odunu var,

tüstüsü yox ocağına.

III

- Mən ki sənəm, mən ki, sənəm,



tanımadın?

Dəfn olunmuş bir hissənəm,

tanımadın?

Aclıq döyən,

şaxta kəsən,

illərinəm!

Atalılar təkəbbürü

döyüb əzən

illərinəm!

Diri-diri

Dəfn olunmaq

təhlükəli

illərinəm!

Ana yurdu, ana dili

Tapdalanıb,

qəhr olunmaq təhlükəli

illərinəm!

Tarixiylə, acdadıyla

Əbədilik

məhv olunmaq təhlükəli

illərinəm!

Səndən qopub

sənin üçün çarpışanam!

Qollarını itirəndə,

dişləriylə tüfəngindən

yapışanam.

Hər dağılan bina ilə yaralanıb,

Hər quruyan ağac ilə quruyanam.

209

Şevçenkonu Sabir kimi,



Dnepri Araz kimi qoruyanam.

And içmişdim:

hər atəşin

olub ilkin qoru, yanam!

Vətənimin sərhəd xətti

sinəmdəydi -

ölənəcən

Quruyub bir sərhəd daşı olanacan.

Vətənimin dağlarından

qopan sivri çarpanaqdım,

Nifrətimi düşmonin son

yuvasına çırpacaqdım.

Dava vaxtı yüksək arzu:

öldürməkdir,

Ali arzu: qalibiyyət!

Hər qorxunun, səksəkənin

ilk cərrahı -

qalib niyyət

Yarı yolda qoydu məni.

Dedi bəlkə bu ölümlə iki qarış

İrəliyə aparacaqsan vətəni.

Bəzən elə

Bir əsgərin ölümüylə

Bir əsgərin boyu qədər

İrəliyə atdıq qədəm.

Bu ölümlə irəlidə

Neçə yağı öldürmüşəm.

Geridəsə neçə arzu,

Neçə istək

Neçə qayğı öldürmüşəm.

Son mənzilə yetişmədi

son diləyim...

Vətən üçün indi nəyəm,

İndi nəyəm?

Nəyəm? - bir daş qutu dolu

Qara torpaq.

Nə yaxşı ki,

210


Səsim səndə

yaşayacaq,

nə yaxşı ki,

izim səndə yaşayacaq.

Hər ölən hər yaşayandan

Nəyi isə alıb gedir,

Özüylə bir Əbədilik dəfn eləyir.

Hər yaşayan hər öləndən

Nəyi isə qapıb alır.

Məncə


Yoxdur

yer üzündə

mütləq ötən,

Haradasa gizli-gizli

Ömürlərə səpələnən

ömür qalır.

IV

- Səsin nədir, arzun mənəm,



özün mənəm.

Mən dəfn olan dünənimdən

üzülmərəm.

İstəyirsən yerimizi dəyişək bir!

Famildaşım İbrahimov, ayağa dur,

dil aç görək!

Şərəf ilə ölməkdon çox,

çox çətindir

Şərəf ilə ömr eləmək.

Məhəbbət də

bir dövlətdir.

Onun da öz sərhəd xətti,

Onun da öz davası var,

düşməni var.

Onun vaxtsız vurulanı,

onun əsir düşəni var.

211

Məhəbbətin faşisti də



xəyanətdir,

Evlər yıxar

onun qəflət

hücumları.

Bir il olur, beş il olur -

dava nədir?!

Tükənməzdir xəyanətin davaları,

Tikilməzdir xəyanətin üçrumları.

Etibar da, sədaqət də bir ordudur,

Hünər - onu bir əsgəri intizamla

qorumaqdır.

Bax bu nizam, Bu intizam -

Lazım gəlsə, generaltək əmr verib,

Lazım gəlsə, əsgər kimi qurumaqdır.

Görürsənmi, mən də sənəm!

Yer üzündə yaşayıram.

Arzu istək qatarımda

Gah məhəbbət,

Gah sədaqət,

Gah da nifrət

daşıyıram.

Sənin qalib niyyətinəm,

yaşayıram.

Yaşamağa


nə var, qardaş,

Hünər odur yaşadasan!

Neçə düşmən hücumundan

Bir taleyə yönəldilmiş badalaqlar

təkanını yumşaldasan.

Hansı qəlbin gözünəsə

Bir azacıq nur atasan.

Hansı fikrin gözünüsə

Arıtlayıb duruldasan.

Düşünəsən gərək bunu;

Kimsə sual cümləsidir,

Sənsə nida cümləsisən

212

"Niyə"lərin, "nədən"lərin



"Çünki"sini, "görə"sini bilməlisən.

Bəzən olur:

Öz əbədi xoş anının,

Xoş gününün dalısınca

Əbədilik daş atırsan.

Kimi isə qoruyursan,

Kimi isə yaşadırsan,

Yaşamağın qanunu da bəlkə budur:

Hər dəfn olan özü deyil,

Başqası tak dəfn olunur.

Kimsə səni yaşadıbdır,

yaşamısan.

İndi sən də başqasının

Taleyini yaşayırsan,

yaşadırsan.

Yaşayıram, dedim sənə.

Dünən, bilsən,

Neçə yerdən

Yaralandım

Dodağımda döyüş andım,

Düzlər keçdim,

Qəzəbimin qanadında

Dağlar aşdım.

Mən yenidən silahlanıb

Sən olmağa hazırlaşdım.

İndi sənin qəzəbinəm,

əldə silah,

Hara desə

Vətən bizə

Sən-mən ora yollanacaq.

"Yaşayırsan, yaşadırsan"

dedim ona,

Məzar susdu, dili batdı.

Elə bil ki, ağ mərmərdə

Ara-sıra gözə dəyən

nazik, qara xətlər

artdı

213


V

Bu nədəndir:

Qara torpaq

bitirməyir qara çiçək.

Yəqin elə torpaq bilir:

İnsan özü bu çiçəyi bitirəcək.

İnsanlardan insanlara

Bir əbədi töhfə olan

Qara hüzn, qara kədər,

Qara çiçək deyil məgər?

Ağlım deyil:

İnsan ağlı çəkilməyə,

Ölçülməyə çox möhtacdır.

İndi bizə belə cihaz

Ən ümdə bir ehtiyacdır.

Qara fikrin tutumunu

Çəkə bilək ağlımızda.

Fikrimizə gedən nifrət,

yalan-böhtan,

Qurğu-qisas cığırını

Tapa bilək alnımızda,

Sözün, səsin rəngini biz

Baxışların, dodaqların

Rənglərində görə bilək.

Sifətlərin, yanaqların

Rənglərində görə bilək.

Görək əsrin havasını;

Hardan əsir,

Necə əsir,

qara külək.

O küləyin

Ağzı nə vaxt yumulacaq,

Səsi nə vaxt kəsiləcək?

Hansı Üzeyir o notları

Əsrimizin son musiqi

dərsliyindən

çıxardacaq.

214


Hansı Səttar Bəhlulzadə

O rəngləri qızardacaq, ağardacaq?

Anaların taleyində

Qara günlər o qədər ki...

Bundan sonra neçə-neçə

bəstəkarın

notlarına,

Neçə-neçə sənətkarın

fırçasına

ana dərdi

bəs edərki...

Ey balladam,

bir ananı yadına sal,

Bir anlığa tünd qara gey,

Dövrələsin o məzarı

Qara quzey,

Qara güney.

Buludunu çək o yana,

qara gün, ey!

Qoşa hörük –

İki qara çay dolansın

başdaşına.

Bir qaragöz ulduz qonub.

Bir qaraqaş

ay dolansın

başdaşına.

Bir qara qız

açıb qara örpəyini,

Qucaqlasın bu ağ mərmər

ürəyini.


Bəlkə onun sinəsində

İki qara göz dəfn olub.

Hələ yanan,

hələ yanan,

Deyən: hələ, hələ sağdır,

sağdır anan –

Bir ocaq köz, köz dəfn olub...

215


VI

Qalibliyin məğrurluğu

nə don gcyir

Son zərbənin

nəşəsinə bürünəndə?!

Qəlbim deyir, fikrim deyir,

Deyim mən də:

Qırmızıda çimib çıxan

dümağ, dümağ!

Bəs o yumaq

məğlubluğun

suçu necə?

Boli o da

öləzimiş torf boyalı,

görkəm alır!

Bəs bu görüş məqamında

Davasını qurtarmamış

Nifrət, qəzəb

Nə geyimdə, olur, əcəb?!

İstəyirəm ulu Günəş

Bütün rənglər birliyinə

Yenidən bir qələm qata.

Bütün rənglər birliyində

seçilən bir rəng yarada.

Rəngli buludlar biçilə,

rəngli yağışlar əkilə,

rəngli pərdələr çəkilə

Ekiz-ekiz ölüm doğan

Ölkələrin

üfüqünə,


səmasına,

Sədaqətlər, Etibarlar

Arasına

Soxulan xəyanətə,



yıxılan ədavətə

O rəngli paltar biçilə,

hamı görə, seçə bilə.

216


Bütün silah yasliləri,

Bütün raket bağçaları

Boyadılsın bu rəng ilə.

Hələ nifrət "bayrağı" da

Yaradılsın bu rəng ilə.

Davalara ilk hazırlar

Bu bayraqla “təltif”lənsin.

Nifrət donlu qabaqcıllar

Nifrət dolu şüarlarla

“tərifl”ənsin.

Nifrəl, qəzəb!

Bu gördüyüm

qəbirlərin

İntiqamı bu dondadır,

ittihamı

bu dondadır.

VII

Ey balladam,



mavi geyin bir anlığa,

Sən bir mavi işıq apar

o qranit qaranlığa.

Ağ lələkli, mavi qumru

Uçsun yaşıl kol üstündən.

Yaşıl, mavi uşaqlığı

Əl eləsin yol üstündən.

Mavi ləpə bağışlasın

Göygöl ona,

Xəzər ona.

Onu burda ağlayıbdır,

Yarasını bağlayıbdır,

Əbədi də keşik çəkir

İndi mavi gözlər ona.

Mavi gözə baxa-baxa

Bir parça od keçib gedib,

Mavi gözlər dünyasından

İki qara göz karvanı

köçüb gedib.

217


Şevçenkonun “Vəsiyyət”i yada düşüb,

O son anda bəlkə

Qeyri-ixtiyarı

Göz yaşına çatıb yalnız

Son görüşün, son vidanın

iqtidarı.

Var olun ki, ukraynalı

dostlarım, siz

Bu gün məni öz qəbrimin

görüşünə gətirdiniz.

Sevindim ki, Vətənimin

Ukraynast

düşmənlərlə vuruşanda,

Mən də onun oğlu kimi

Bu torpaqda vuruşmuşam.

Mən bir ovuc Azərbaycan

torpağıtək

Ukrayna torpağına

qarışmışam.

Məzarımdan nar ağacı,

bir do söyüd

bitsə, ancaq

Meyvələri salxım-salxım,

Şar-şar yanan od olacaq.

VIII

Ey balladam, qırmızı gey,



qan-qırmızı!

Bir qımıızı bayraq olub,

yan qırmızı!

Yaralanmış bir pələngin

baxışlarından qırmızı!

Qırmızı gey, qan-qırmızı!

Bu oğullar

Həyatının son anını

218

Ot üstünə, qar üstünə



həkk eləmiş

bu rəng ilə.

Çox torpağın çox yerində

Qırmızılıq qalır hələ.

Solub gedən bənizlərə

qırmızı tül çəkilmişdi,

hara getdi?

Bəs o kətan sinələrə

qırmızı gül çəkilmişdi -

hara getdi?

Biz qırmızı cığırlarla

Addımladıq Berlinəcən.

O qırmızı atəşlərlə,

O qırmızı tüfənglərlə,

O qırmızı fişənglərlə

Biz Berlinə

Təzə həyat aparmışıq.

Qara üzlü bır dünyadan

Ağ üzlü bir Almaniya qoparmışıq.

Ey balladam,

bəlkə onlar çıxıb yaddan?

Bu gün Hitler göbələyi

baş qaldırır torpaq altdan.

Bu gün onun yuxusunu

sayıqlayan generallar

Ayağına yenə Hitler nalı nallar.

Avropanı bu qədəmlə

Gəzmək istər yenə onlar.

Ey balladam, qırmızı gey,

qırmızı qan -

axsın onun məzarına

hər misradan.

Bilsin onun axan qanı

Nə bitirib,

bu torpaqda

Nəyə dönüb, nələr olub.

219

Hansı düzdə çay nəğməsi,



Hansı çayda bəndlər olub,

Yurdumuza səpələnən

Nəsil-nəsil

Gülüş ülub,

Həsrətlər saçlarında

gümüş olub.

Öz canım həsr etdiyin

Lvova bax!

Ukraynanın qərb Kiyevi,

Təkcə qərib qonağı yox,

Hətta qərib quşu sevir,

O quşlar da yaralanıb

Bu torpaqda,

Balasını itiribdir.

Tank şumlayan həyətlərin

kərdisində

Öz yemini,

Külə dönmüş pərdisində

Yuvasını itiribdir.

Ey balladam.

Sən bir vida marşına dön.

Uyut onu - o əsgəri,

Aram-aram başına dön.

Bir də qapa kirpiymi,

Gözünü sıx dərin-dərin.

Anamın buz məzarından

Bilirəm ki, neçə dəfə

Torpaq alıb kirpiklərin.

Damız, damız qəbrinə sən,

O torpağın tozunun

bir zərrəsini,

Yenə torpaq isindirər

Onun torpaq sinəsini.

220


KƏNDİM, BALACASAN,

ÇOX BALACASAN...

Bu gecə gecənin nəfəsi qordu,

Bu gecə gecəmdən yuxunu qovdu;

Göyün yaxasını açmaq istədim,

"Ağ yolun" altınca qaçmaq istədim,

Axan bir ulduzu yedəkləyib mən

Yüyürmək istədim kəndimizəcən.

Ayıq itlərinin yanından ölüm,

Ələyim gecəni qumlu dən kimi.

Dərə-dəyirmana süzüm zülməti,

Yuyulsun, durulsun göz bulağında

Gecənin zülməti, gözün zülməti.

Gecə pərdəsini lay-lay çevirim,

Bəhrəli bağların üstünə örtüm,

Çayların, göllərin üzünə örtüm,

Körpəli evlərin üstünə örtüm.

Payıma düşəcək bir ovuc gecə

Götürüb yuyunum, götürüb içim...

Bir cığır istəyim qar adamından,

Dovşan ləpirini qurd ləpirindən

Ayırıb, ayrı bir səmtə çevirim.

Atlanam qonşunun qara damından,

Köhnə daxmamızı görəm yuxuda,

Kəhər atımızı görəm yuxuda,

Kətan nəğməsinə holavar qatam,

Çəpərdən üstümə qəfil su atan

O güləyən qızı görəm yuxuda.

Havadan asılı şəhər evləri,

Qışqıran, bağıran asfalt küçələr

Beləcə aylardan, illərdən bəri

Kəndimi yuxuma qoymur gccələr.

Didişən radio dalğaları da,

Axşamın dava-qan kinoları da

221

Qoymurlar yuxuma kənd yollarını:



Qoymurlar torpağa toxuna pəncəm,

Qoymurlar tapdaqsız yollardan keçəm;

Düyüb bu yolları yumaq düzəldəm.

Qatıb çeşnisinə göy göllərimi,

Təpəli, yastanlı yaylaq düzəldəm.

Çoban düstlarıma bağışlamağa

Çadır qayalardan papaq düzəldəm.

Bir gilə götürüb hər bulağından,

Gətirib evimdə bulaq düzəldəm...

Torpağın sirrinə qulaq söykəyən,

Sirrini torpaqdan gizləməyən kənd,

Əlinin ucunda əli yetməyən –

Göylərdən göy qızıl gözləməyən kənd!

Bilmirəm, nə təhər çatdısa gücüm

Dünyanı çiynimdən atdım bu gecə;

Səninlə bir atılıq görüşmək üçün

Sıxılıb qəlbimdə yatdım bu gecə...

Kəndim, balacasan, çox balacasan,

Adın yox dünyanın xəritəsində.

Atılıb qalmısan gözlərdən uzaq

Çaylı, baldırğanlı dağ dərəsində.

Bir əli düyçədə, bir əli yunda

Nənələr kimisən - başı qarışıq.

Babalar kimisən - nəvə toyunda –

Qazanı asılı, süfrəsi açıq...

Kəndim, balacasan, çox balacasan...

Sənin qayğıların yuxuluq deyil.

Mənim yuxularım yuxuya sığmaz.

Elə qorxular var, qorxulu deyil,

Elə qorxular var, qorxuya sığmaz.

222

Hanı kişnərtisi bulud dağıdan,



İldırım səsini batıran atlar?

Bir göz qırpımında tufanlı dağdan

Çobanlı dağlara aşan qanadlar?..

Min il bu yerlərə hünər daşıdı,

Bərəkət daşıdı at ayaqları.

Döyüş meydanında nərlər qaşıdı,

Atlar ayaqladı yad ayaqları.

Sən tutdun atını qonaq gələnin,

Şirin söz yeyildi duz-çörəyinən.

Ölkə var ölkəyə çörək göndərir,

Göndərir zəhə_____rli söz, çörəyinən.

Nəhəng gəmilərə ölüm yüklənir,

"Orta mənzilli"dir ölümün adı.

Gör hökm-formanlar necə güclənib?

Ölüm də rütbəsiz, çinsiz qalmadı!

Kəndim, balacasan, çox balacasan...

Siyasət çayları boy verməz sənə.

Özləri bələdçi, özləri yazan

Göydələn şəhərlər hay verməz sənə.

... Səsində günəşin, selin tufanı,

Əkinçi qəzəbi kürsüyə çıxsa,

Çəkib cilovunu yeni dünyanın

Köhnə dünyamızın əlinə yığsa,

Çox döşdən açılar zəhərli sancaq,

Əsəblıər, qəzəblər minməz raketə;

Qıymazsan bəşərin ürəyi sanca,

Qoymazsan dünyanı özündən gedə,

Sən öz dünyandasan, öz ağlındasan.

Əkinçi, biçinçi nağılındasan.

Döyüşçün - qırxınçı, döyüşçün - suçu,

223

Torpağa dən səpir əsgər - toxumçu.



Hər dərə döşündə bir sürü naxır,

Elə suyumundan "köhnəlik" yağır...

Kəndim, balacasan, cox balacasan,

Bu sonsuz kainat-ümmanda sənə

Qarışqa boyda bir qayıq versələr,

Ən nəhəng ulduza yan ala bilsən

Döşünə taxacaq bir parçasını;

Ən cırtdan ulduza yan al, qorxma sən

Döşünə yaxacaq işartısını;

Ulduz yağışına düşsən də, qorxma!

Gccə ay qışına düşsən də qorxma!

Ulduz yağışından,

Ulduz daşından

Bir keçi buynuzu sınmayıb hələ,

Ayın tərs üzünün qaraqışından

Bir çiçək ləçəyi donmayıb hələ.

Kəndim, balacasan, çox balacasan...

Kəklik fərəsinin sayına görə,

Bulud nərəsinin sayına görə,

Aylı gecələrin sayına görə,

Tozlu küçələrin sayına görə,

Bəlkə də dünyada birinci kəndsən.

Faşist yanğınında sevgisi yanan

Yetim qanların sayına görə

Belə tox dayanan, məğrur dayanan

Zirvə-qalaların sayına görə.

Ballı pətəklərin sayına görə,

Yallı köpəklərin sayına görə,

Sağmal inəklərin sayına görə,

Bəlkə də dünyada birinci kəndsən.

Qartal qıyıltısı dumanı dəlir,

İnsan hikkəsinin sahili yoxdur.

224

Nə yaxşı mürgülü, lal dərələrin



Sellərdən qüvvətli sahibi yoxdur.

Nə yaxşı çox azdır balaca-harın;

Balaca süd sağa, yun yuya bilir.

Köhnə təbiəti balacaların

Əlləri daha çox qoruya bilir.

Kəndim, balacasan, çox balacasan.

Bu, oğul səsidir! Götür dəftəri:

Danışmaq da yükdür,

Susmaq da yükdür!

Böyük dünyamızın kiçik dərdləri

Böyük dərdlərindən daha böyükdür.

Kəndim - balacasan!

Çox balacasan!.,.

Pitsunda, oktybr, 1980

225

QOCA ARIÇI İLƏ SÖHBƏT



Qoca, yaxşı qoru bu dərələri!

Qalsa, bizə bu dərələr qalacaq,

Bu selablar, bu dərinlər qalacaq,

Bu arılar, bu pətəklər qalacaq,

Ballı, südlü biçənəklər qalacaq.

Burda çayın sel ədası görünməz,

Qarışqanın fil ədası görünməz.

Ardıc kolu sığallansa azacıq

Acı şivdən şirin şərbət sızacaq.

Burda rəngi, boyası var hər səsin,

Qayalarda buynuz yeri, tur səsi...

Burda ala buğanındır boz inək,

Kəpənəyi qovan yalnız kəpənək...

Sürçək döşdə yox ayağı sürüşkən,

Sərçələr də qırğı kimi döyüşkən.

Bu dərədə yaşmaqlı quş görürəm,

O tay-bu tay qayanı tuş görürəm,

Yeri-göyü bacı-qardaş görürəm.

Yatağana burda arsız deyərlər,

Kasıb deməz, arısızdı - deyərlər,

Qonaqsız ev divarsızdı, - deyərlər.

Söz qapıdır, söz sərhəddir burada

İt də mərddir,

Qurd da mərddir burada,

Yad dərənin sümüyünə sümsüməz,

Yad sürünün çəhlimini imsəməz.

Qoca, yaxşı qoru bu dərələri,

Bir də yurd yerimiz düz olmayacaq

Dərələr də qoşalığı sevəndi,

Dərələr də qonşuluğu sevəndi

Bir dərəlik haqq qorusan bəsindi,

Doğru yoldan əyri yolu kəs indi.

Tələ qurmaz, cələ qurmaz qış yaza

Dağın dağa badalağı olmasa.

226

"Mənəm"liyə çox əlləşir zirvələr;



Dağlar axa—

Dağ döyüşü başlaya;

Qayaların tank döyüşü başlaya;

Düzənlərin düz ahangi pozula,

Əyri-düzlük,

Düz əyrilik yozula,

Torpaq göyü, göy torpağı sümürə.

Alov qona hər ota, hər sünbülə,

Dəli şimşək su odlaya, daş kəsə,

Azan bulud sığınmağa yer gəzə,

Gizlənməyə göz tapmaya bulaqlar;

Bu dərələr dibək daşda su saxlar,

İtən səsi, batan səsi hifz elər,

Daş kahalar Ağ evlərə görk üçün,

Bir-birini didənlərə görk üçün.

Bu dərədə ayı, əlik qonşudur,

Nurla zülmət əbədilik qonşudur.

Silahlara görk üçündür pətəklər,

Hər arı da bir gözətçi, bir əsgər.

İlk baxışda kürsü kimi hər qaya,

Ahıl qaya!

Gəlin qaya!

Nər qaya!..

Bu kürsüdə çəkişmə yox, bölgü yox;

Haqq udmağa tərəzi yox,

Ülgü yox.

Burda qədim nağıldan da qədimlik,

"Mənəm" - desə noxtalanar "mənəmlik"

Bu kürsüdə qova bilməz səs səsi,

Yıxa bilməz,

Boğa bilməz səs səsi.

Kəklikdisə nəğməsini oxuyar,

Maraldısa mamırları qoxlayar,

Boz qayaya bir boz çadır söykəli.

O çadırda sən məhəbbət heykəli

Səksən yaşda, beş yaşında uşağın -

227

Hikmətidir bu dərənin, bu dağın:



Baldırğanı, ballı dərən var olsun,

Ballı dilin, ballı süfrən var olsun.

Bu oxusuz, bu yazısız arıtar

Yox olsalar "Göydələnlər" yarılar,

Bu dağların sərinliyi çəkilsə,

Çaylar daha dərinliyə çəkilsə,

Ağılların səsi batar, - deyirəm;

Bu dərələr nə yaxşı var, - deyirəm.

Ey sürücü, arabanı uzaq sür,

Bu dərələr sənsiz gözəl görünür –

At kişnəyir, Kəl fınxırır, Quş uçur...

Bir hənir də hənirlərə qoruqçu...

Qoca, yaxşı qoru bu dərələri...

Qoca, yaxşı qoru bu dərələrdə...



iyul - oktyabr, 1987
1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə