Sən də çox gecikdin, yadında saxla,
Onu itirənlər, onda itənlər
Nə tapar beləcə sayıqlamaqla!
Zamanın bir çopur daşının altda
Göyərib puç oldu, gör nə günlərim.
Köhnə yastıq kimi başımın altda,
Saralmış günlərim, köhnə günlərim.
148
Bu odu odunsuz yanan dünyada
Şeytana göz dikən gözə görünmə,
Bu yaman dünyada; yalan dünyada
Gözəl ol, anıma ki, gözəl görünmə!
Özüm çəkəsiyəm hər ağır yükü!
Yorulmam, hər anı bir gün də olsa,
O səni yaradan haqqa min şükür!
Gözlərim sevindi bir gün də olsa...
Mən yenib gedirdim qüruba doğru,
Neçə dərd-vəsiyyət qolumun üstə,
Önümdə bir təzə dünya doğuldu
Sən nazil olanda yolumun üstə...
1992
149
BU MİLLƏTİN DƏRDİ-SƏRİ
Nəhrləri döndər belə haqqa sarı,
Haqq qapısın açmır, atam, haqq açan.
İmanınla, gümanınla haqqa sarın,
Bu millətin dərdi-səri min şaxəli.
Hökmü bircə: yüz niyyətin, min niyyətin,
Asan yolla asan yola çıxmaq çətin;
Sayğısı çox, qayğısı çox bu millətin;
Bu millətin dərdi-səri min şaxəli.
Tanrım, məni tuş eləmə satqına, tuş;
O; milləti şöhrətinə girov qoymuş,
Heç görmədim qan tökəni qannan doymuş,
Bu millətin dərdi-səri min şaxəli.
Özü hakim, özü dustaq öz içində,
Qızıl sözü itir lilli söz içində;
Milyonları sel ağzında, toz içində.-.
Bu millətin dərdi-səri min şaxəli.
Gözgöroti taxtdan salır əyri düzü,
Əyri qələm, əyri fikir, əyri düzüm,
Bu düzlükdə düzlük özü əydi düzü,
Bu millətin dərdi-səri min şaxəli.
Bu, beləcə içimizdən gələn səsdi,
Bu, beləcə yolumuza çıxan dərsdi;
Düşmən əli əlimizlə bizi kəsdi,
Bu millətin dərdi-səri min şaxəli.
Dağ Aranda, Aran dağda olan yerdə,
Yurddaş adlı yurd dağıdan olan yerdə.
Baş gödəndən aşağıda olan yerdə,
Bu millətin dərdi-səri min şaxəli.
3 iyun, 1992
150
AY ALLAH
Şəhidlərin çoxu mərdlər,
Namərdlər artır, ay Allah!
Nə sənə səsim-harayım,
Nə əlim çatır, ay Allah!
Ha qovsa da kağız-qələm,
Həmdəmimdi bu dərd-ələm:
Öz içimdə öz zəlzələm
Ayıqca yatır, ay Allah!
Könül böylə didər kimi?
Didər qəsdi, didər kimi.
Haqq yolunda didərgini
Haqqına yetir, ay Allah!
Mən gedərgi, aləm qalır,
Bağrı yarıq lələm qalır,
Dünya duymaz naləm qalır,
Bu nə həyatdır, ay Allah!
Hanı? - dedim - dünya mənim?
Dünya mənim, qovğa mənim.
Dərya mənim, dalğa mənim...
Öz gəmim batır, ay Allah!
9 iyul, 1992
151
QAYITMA
Gördü öz işini ömür də, vaxt da;
Qayıtma geriyə, qayıtma daha.
Ötənin, itənin dalınca - baxma,
Qayıtma geriyə, qayıtma daha.
Dönüb nə görərsən bu əyri yolda, -
Böhtanlar, qeybətlər yarğanı ancaq.
Harayla, yüyür də, özünü yor da,
-"Gəl" - deyən, "gör" - deyən tapılmayacaq.
İstər at, istər bük, qəlbində gizlə,
O sevda işıqdı, ocaqdı keçdi.
Üz-üzə dayanıb coşan dənizlə
Bir ovuc qum ilə oynama, gecdi.
Sənə bu gedişdə yetişmək çətin,
Kaş ola bu gediş bəxtinə sarı.
Kimi uçrumuna ilk məhəbbətin...
Kimi də öz qızıl taxtına sarı.
Bir qoşun yoludur bir tale yolu,
Mənim də vədimə heç uyma nahaq;
Mənim öz dərdimlə ürəyim dolu,
Yox əlim əlsizə nə əl tutacaq.
Mən səni yolundan saxlasam belə,
Qayıtma, əzizim, geri qayıtma.
Kövrəlib, dalımca ağlasam belə
Daş bilib üstümdən yeri, qayıtma!
Dönükdən dərs almaq daha pis örnək,
Çalış dönməzliyə dönəni gör sən.
O nurlu bu gündən zəhlən gedəcək,
O alatoranlı dünəni görsən.
152
Mən dünən, dünənki sədayam, səsəm,
Mən dünən, dünənin dünəni bəlkə,
Haraya yetməzəm, haya yetməzəm,
Atasan bir yolluq o məni bəlkə?
Mən daşam, dəmirəm, torpağam daha,
Üstümdən adlayıb yeri, qayıtma!
Geridə sən görən mən yoxam daha,
Qayıtma, əzizim, geri qayıtma!..
22 avqust, 1992
153
BU, İNSAN ADLANAN İNSAN
İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa
Sanır tamaşadır - bu haray-həşir...
Baş əyir, and içir ana torpağa,
Aşman, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayrağa,
Böyründə dilənən uşağı görmür.
Bu insan qara daş, paslıca dəmir,
Görmür, görə bilmir səpilən dəni.
Seçmir, seçə bilmir, seçmək istəmir
Qara geyinəndən ağ geyinəni.
İndi bu insanı ayır, tap-tanı
Qələm görə-görə, söz görə-görə!
Qadın təhqirlənir, qoca tapdanır
Qanun görə-görə, göz görə-görə.
Ölüm adiləşir, kallaşır insan...
Onsuz da ah-vayı ölü eşitmir,
Kallaşa-kallaşa karlaşır insan,
İçinin səsini çölü eşitmir...
Görmür göz yaşını, çay görən insan,
Vay deyən, saç yolan ananı görmür,
Özü də özünün çıxır yadından,
Özünün oduna yananı görmür.
O qədər qan tökən əl var ki, görür:
O, axan qanı da axan su bilir.
O qədər qəribə hal var ki, görür;
Ulayan iti də qonşusu bilir...
154
Gözümün aynası, oyat nurunu,
Boylan ürəyimə bir səhar çağı,
Gəzdirib sinəmdə boyat nurunu,
İnsanı harayla, insanı çağır.
Bir gör ürəyimda insan yatırmı?
İnsanla baş-başa insaf yatırmı?
İlahi, sən saxla, kallaşır insan,
Kallaşa-kallaşa karlaşır insan...
5 sentyabr, 1992
155
BU MİLLƏTƏ NƏ VERDİK Kİ?
Bu millətə nə verdik ki?
Kimsə qapdı ziyasını,
Kimsə pozdu sırasını,
Duzla yuduq yarasını,
Xörəyinə duz vermədik.
Bu millətə nə verdik ki?
İnamını noxtaladıq,
İnadını axtaladıq,
Var-yoxunu qarmaladıq,
Bir çeynəm saqqız vermədik.
Bu millətə nə verdik ki?
Halal tikə qənddi, - dedik,
Yoxsuluna dərdli, - dedik,
Kasıbına mərddi, - dedik,
Mərd kasıba qız vermədik.
Bu millətə nə verdik ki?
Çiyninə mindik, - öyrəşdi,
Bir dillə min dil öyrətdik,
Neçə fəndi-fel öyrətdik,
Milyon aldıq, yüz vermədik.
Bu millətə nə verdik ki?
Biz səhv etdik, batdı qana
Millət ata, millət ana,
İlacı qalsın bir yana,
Dərdi də ucuz vermədik.
Bu millətə na verdik ki?
Bu millətin səbri böyük,
Dözür: dözüm həddinəcən,
Dözür: dözüm səddinəcən,
Dözür: dözüm xəttinəcən...
Sonra... daha sonra olmur,
Sonra qara tufan olur,
Sonra "qullar dünyasının
İntiqamı yaman olur"... 16 noyabr, 1992
156
YAŞAMAĞA NƏ VAR Kİ?
Özündən azca uzağı
Məni görməyə qoymurlar.
Özümün sərhəd xəttimdə
Məni ölməyə qoymurlar.
Nə içimdə ağlamağa,
Nə də gülməyə qoymurlar.
Gözlərini satır dargöz,
Bəxşiş vermək istər mənə.
Nə ki könlümə yatmazdı
Tezcə tapar, pislər mənə.
Qanmaz qansa ki, qanmazdı,
Yaşamağa nə var, qardaş!
Min arşın quyu dibində,
Tamahkar əli cibində
Gözlər ki, ulduz yağacaq,
Ulduzla qızıl yağacaq.
Bu hikməti babam deyib:
"Girsiz dostdan bir qara daş...
" Məni məndən gizlədərmiş
Mən çəkdirən divar, qardaş!
Qanan qandırsa qanmazı
Yaşamağa nə var, qardaş!
Bu dünya bir sınıq gəmi...
Tərsi hara, düzü hara...
Məni alıb yedəyinə,
Üzgü bilməz, üzür hara? –
Hər şey sirli, hər şey aydın,
Pişik hürür, it yerinə,
İt cumur toyuq yeminə.
İçimdəki dava qoymur
Çölümdə davanı görəm.
Çətin burda anlamazı
Görən adamı görəm.
Bu toydan başım çıxmadı,
Bu yasdan başım çıxmadı,
157
Evlənən kimdi, bilmədim;
Və ölən kimdi, bilmədim.
Bu dünya bir sınıq gəmi,
Öz qollarım avar, qardaş,
Yaşamaq nədi, bilməsən
Yaşamağa nə var, qardaş!
1993
158
AY YAZIQ
Göz ki, gördüyün demədi
O gözü oyub tullaram.
Ağılsıza yedək ağlı
Sapanda qoyub tullaram.
Özümü səndə quylaram,
Bəs səni neynim, ay yazıq!
Nə yazıqlar cərgəsində,
Nə pozuqlar cərgəsində
İzin yox, lopirin yox,
Daşırı yox, dəmirin yox,
Ələyin yox, xəlbirin yox,
Mən səni neynim, ay yazıq!
Düzün kəhəri sürüşkən,
Mənsəb yəhəri sürüşkən,
Sənin doğrun yalan olmaz,
Səni alsam, satan olmaz,
Səni satsam, alan olmaz,
Mən səni neynim, ay yaziq!
Əyilib ayaq yalamaz,
Hər görünəni görməzsən.
Qurda qoşulub ulamaz,
İtə qoşulub hürməzsən,
Tələ qurub, tər hörməzsən...
Mən səni neynim, ay yazıq!
Sənə sarı səs-soraqlı
Gələn yollar yolu bağlı.
Nə göydə Allah eşidir,
Nə də yerdə bəndə səni,
Heç duymadım mən də səni...
Yazıq ürəyim, ay yazıq!..
14 fevral, 1993
159
SÖZNƏN ZARAFAT EYLƏMƏ
Bu sözdü - dərddi, qəhərdi,
Sonu işıqdı, səhərdi,
Atdı, cilovdu, yəhərdi,
Söznən zarafat eyləmə!
Bu, taleyin bəd yoludu,
Tozlu-qumlu kənd yoludu,
Kiməsə cənnət yoludu,
Söznən zarafat eyləmə!
Sözün sözü pozmağı var,
Qayalara yazmağı var.
Dəvə kimi qızmağı var,
Söznən zarafat eyləmə!
Qılınc kimi suvar sözü,
Döyüşlərə apar sözü,
Qorxar sözdən "məzar" sözü,
Söznən zarafat eyləmə!
Hardasa ərzin yaşıdı,
Qəsd-qərəz bilməz - naşıdı,
Hardasa əhlət daşıdı,
Söznən zarafat eyləmə!
26 mart, 1993
160
VAXTIN O VAXTIDI
Ələ gəlməz əldən gedən,
Şamamalı tağ quruyar.
Gül olmasa, güldən gedən
Tufan qopar, bağ quruyar,
İndi vaxtın o vaxtıdı.
Bilmək olmur başın üstdən
Uçan quşdu, uçan daşdı,
Gözlərimdən nur istədi
Neçə gözsüz - gözü yaşlı,
İndi vaxtın o vaxtıdı.
Ünvanımı itirən çox,
Təzə ünvan alan yoxdu.
Şübhə adlı vədə hazır,
İnam adlı qələm yoxdu,
İndi vaxtın o vaxtıdı.
Qoca dustaq, körpə şəhid,
Nə gəzirdim, nələr gördüm,
-Kişi gördüm dəm gölündə,
Qadın gördüm - nələr gördüm,
İndi vaxtın o vaxtıdı.
Bir-birinə tən yazığın,
Söz didməyə yatmaz əli.
Sən yazığa, mən yazığın
Yetər nəfsi, yetməz əli,
İndi vaxtın o vaxtıdı.
Haqdan qələm gəlsə belə,
Öz baxtını özün yazsan,
Yüz dalğalan, min çalxalan.
Sınma, sınsan yapışmazsan,
İndi vaxtın o vaxtıdı...
19 aprel, 1993
161
DÜŞMƏN QABAĞINDAN
QAÇAN "KİŞİLƏR"
Başını qorudu boş papağınan,
Pay verdi düşmənə zər tabağınan:
Tökdü namusunu it qabağına
Düşmən qabağından qaçan "kişilər".
Əl versə, əlindən əlim yapışmaz,
Yansaq bir ocaqda külüm yapışmaz.
Adını tutmağa dilim yapışmaz...
Döyüş meydanından qaçan "kişilər".
Dərədə quzğuna leş olsa yaxşı,
Özü öz başma daş olsa yaxşı,
Mal kimi naxıra qoşulsa yaxşı
Düşmən qabağından qaçan “kişilər”.
Qaçır varlığından, varından qaçır,
Qaçır qeyrətindən, arından qaçır.
Oğlundan, qızından, yarından qaçır
Döyüş meydanından qaçan "kişilər".
Ha qaçsın - hardasa dirənər dağa,
Haqqı yox özünə qəbir qazmağa.
Haqqı yox bu yurda ayaq basmağa –
Düşmən qabağından qaçan "kişilər".
Qəsdə, xəyanətə quyruq olandır,
Buyruqçu olandır, buyruq olandır.
Yurdsuz duyğulara duyğu olandır
Düşmən qabağından qaçan "kişilər".
Qaçır hiddət dolu nifrətə doğru,
Qaçır nifrət dolu hiddətə doğru.
Qaçır düşmənlərə xidmətə doğru
Döyüş meydanındart qaçan "kişilər".
2 noyabr, 1993
162
AH, BU QISA SEVDA YOLU
Ah, hu uzun sevda yolu
Vurulurmu başa, könül...
Mikayıl Müşfiq
Ah, bu qısa sevda yolu
Vurulmadı başa, könül.
Halal qəlbə yol axtardm,
Çıxdı yolun daşa, könül.
Dönnəm ömrün qürubundan
Yön alsam mərd qürurundan,
Vəfalıya canım qurban,
Vəfasızdan haşa, könül.
Bu olacaq heçdən oldu,
Namərd atan daşdan oldu...
Sənin ağlın başdan oldu.
Nadan keçdi başa, könül.
Bir də hardan bizi anlar
O zamanlar, o məkanlar?
Əlimizə o xoş anlar
Bir də çətin düşə, könül.
Günahkarı mənmi, sənmi? –
Gör anlaya bilərsənmi? –
Gör yaşaya bilərsənmi? –
Yaşa mənsiz, yaşa, könül...
15 yanvar, 1994
163
QARĞIMA
Bu qurğunu mən qurmadım,
Ağzına qıfıl vurmadım,
Dəhnə yırtıb, bənd qırmadım,
Qarğıma məni, qarğıma.
Bu yurdda Əli yatağan,
Bu yurdda Vəli yatağan,
Heç yatmaz dəli yatağan;
Qarğıma məni qarğıma.
Sən özünü öyən millət,
Sən özünü söyən millət,
Didən millət, yeyən millət,
Qarğıma məni, qarğıma.
Mən tale satan deyiləm,
Dalca daş atan deyiləm,
Kölgədə yatan deyiləm,
Qarğıma məni, qarğıma.
Mən özüm tikdim odamı,
Sən dartıb yıxdın o damı,
Ay əsrin bədbəxt adamı,
Qarğıma məni, qarğıma.
15 yanvar, 1994
164
ARTIRAN SÖZ QƏDRİNİ...
Biz artıra bilmədik sözün qədrini, ustad!
Əydik də qamış kimi sözün qəddini, ustad!
Yalanı dirək vurduq "göyü saxlamaq" üçün,
İtirdik nəfsimizin sərhəd xəttini, ustad!
Hürənə dəm tutanı yalaq başında gördük,
Həddinə göstərmədik sözün həddini, ustad!
Beş-on çır-çırpı yığdıq "söz çələngi" adında,
Əlimizilə uçurtduq sözün səddini, ustad!
Qoca kimi sızladı, uşaq kimi bağırdı –
Sözün bayramı sandıq sözün dərdini, ustad!
Sözə əhyə vermədik, sözü şeypur elədik:
Biz düzəldə bilmədik sözün qəddini, ustad!
8 sentyabr, 1994
165
MƏNİ ÖLMƏYƏ QOYMURLAR
Dostum Heydər Həsənoğluna
Tənha çağımda yığışır,
Dostlarım, haxdan danışır,
Kimi taxtımdan yapışır,
Kimi toqqamdan yapışır,
Yerə gəlməyə qoymurlar.
Ölüm-qalım savaşında,
Məni ölməyə qoymurlar.
Dözə doğru düz gedənlər
Məni ölməyə qoymurlar.
Bəxti nahaq yatmışların
Dərdini kim yaza, Allah?!
Yazda ölüm asan olur,
Saxla məni yaza, Allah!
Zarımağı, sürünməyi
Eylə mənə yasaq, Allah!
Ünvanıma əssə, nə qəm,
Ölüm səsli sazaq, Allah –
Məni ölməyə qoymurlar...
Mən deyəni kim deyəcək?
Çox yollara çıxar bu iz.
Söz döyüşdə ölməliykən,
Söz ciblərdə paslı kilid...
Yurdun əlsiz yazarları,
Əlsiz, dilsiz yazarları,
Məni ölməyə qoymurlar.
Adsız şəhid məzarları,
Məni ölməyə qoymurlar.
Millət dananlar azalır,
Millət sevərlər çoxalır.
166
Bu millətin ovqatında
Hümmət sevərlər çoxalır.
Açıq-aşkar az olsa da,
Xəlvət sevərlər çoxalır,
Bu sevərlər arasında
Məmməd sevərlər çoxalır,
Məni ölməyə qoymurlar...
18 sentyabr, 1994
167
SUALLAR, CAVABLAR
Unudulmaz şairimiz X.R. Ulutürkün
tərcümətində rus şairi
Y.Yevtuşenkonun "Zaman"
şerindən təsssürat
Ömür bir sualdır, ömür bir cavab,
"Niyələr", başlanğıc, "çünkilər" axır.
"Niyə" bu dünyaya gəlib bu cavan?..
Bu su hardan gəlib, haraya axır?..
İnsan yox, kölgələr çıxır qarşıma,
Kölgələr dil açıb söz deyə bilmir.
"Niyələr" qılınc tək enir başıma,
"Çünkilər" qalxanlıq eyləyə bilmir.
"Niyələr" bir qaya, bir uçrum daşı,
Qopdu öz yerindən qayıtmaz daha,
"Çünkilər" söz gəzir, dili dolaşır,
O da qayıtmazdı, dönməzdi daha...
Kim tapdı bu evdə qonaq qalmağı?
Mən sual verənəm, mən cavab yazan.
Bir yoluq yolçudan cavab almağım
Zamandan aldığım cavabdan asan...
Zamanın uçrumu dərindən dərin,
İnsanı udmağı bircə an olmur.
Zaman xəlbirindən keçməyənlərin,
Sonrakı taleyi çox yaman olur.
Hər insan dünyası sirli bir ada,
Söz əyə bilsə də söz udmur məni.
Özümün verdiyim suallara da
Özümün cavabı ovutmur məni.
168
Bu sorğu-suallar bəlkə nahaqdı,
Zamanın qulağı çox səsə kardı.
Beş addım gedirsən, görürsən artıq:
Sual da, cavab da, vaxt da qurtardı.
Bir sual, bir cavab eşidir zaman,
Zamanın alqısı, satqısı haqdı.
Zaman yer azmışın tutub qolundan,
Dinməzcə yerində oturdacaqdı.
Mən də gah özümü özümdən danıb,
Gözümü çox şeyə yummaq istərəm.
Çox səsi, çox sözü paslanmış sanıb,
Töküb dənizlərə yumaq istərəm.
Mən də bir cavabdeh, günahkar kimi...
Zaman zəlzələsə, mən kiçik dağam;
Qoşıub inadıma həqiqətimi
Zamanla üz-üzə dayanacağam...
25 oktyabr, 1994
169
BU DÖNÜKLƏR, VƏFASIZLAR DÜNYASI...
Kimi kim bivəfa dünyada gördüm,
bivəfa gördüm
Məhəmməd Füzuli
Yolu düzlər dünyanın hər işini bacarmaz,
Hər işini bacarar, şər işini bacarmaz.
Yaxşılara yaxşılıq vərdişini bacarmaz
Bu dönüklər dünyası, vəfasızlar dünyası.
Müdriklərin dilindən bu kəlam belə sızdı:
Bu, insandı - bəşərdi; bu oğlandı, bu qızdı______;
Vəfasızdı - dönükdü, dönükdü - vəfasızdı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.
Əhdi yoxlar dilində andı yoxlar yalanı,
Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,
Uçurtdu ürəyimdə sirli sevda qalamı
Bu dönüklər dünyası, vəfasızlar dünyası.
Hər nəyi xoşlamasan tez ona əvəz olar,
Uçruma "gəl-gəl" deyən çağrış olar, səs olar,
Gözün içində bitər, gözəgörünməz olar
Bu dönüklər dünyası, vəfasızlar dünyası.
Bir üzü ağ dünyadı, bir üzü qara dünya,
Bu qaranlıq ağarmaz ola min para dünya,
Qoltuğumda gedəcək, yön alsa hara dünya;
Bu dönüklər dünyası, vəfasızlar dünyası.
Gözəl quyu bağışlar tənhalara, təklərə,
Qarın yükfi daşıyar duyğusuz ürəklərə,
Gələcəksiz gələcək dartar gələcəklərə
Bu dönüklər dünyası, vəfasızlar dünyası...
10 oktyabr, 1994
170
MUROVA QAR YAĞIRDI
Axşamdan başlamışdı;
Murova qar yağırdı;
Qar altda donmuşların
üstünə qar yağırdı.
Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi batmış idi elə bil
Mürgü bilməz küləklər
yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırdı
Murova qar yağacaq,
Min illərlə belə sıldırımlar qalacaq...
Qalacaq dilsiz yatan hər qaya – hər qalaça
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
Oqarların altından
gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, cəsarət cığırı,
yenməz hünər yoludur,
O, dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırdı...
Hardasa, kimlərinsə
dəminə qar yağırdı...
Nigaran anaların qəlbinə qar yağırdı...
Bir azdan qar tutacaq
Keçidləri, yolları;
Bircə əsgər nəfəsi,
Sayıq əsgər nəfəsi
Əridəcək o qarı
Murova qar yağırdı...
Murovdağ - Bakı, noyabr, 1994
171
ULU ŞAHIM, QILINCINA SÖYKƏNİM!
Xətainin ruhu qarşısında
Şah Xətai, qüvvətimiz haçalanır,
Qüdrətimiz, qeyrətimiz haçalanır,
Varlığımız çiliklənir, parçalanır,
Ulu Şahım, qılıncına söykənim!
İçimizdə döyüş gedir, vuruş gedir,
Özümüzdən özümüzə yürüş gedir...
Biz qılıncı tərs tutmuşuq;
Özümüzü kəsir ağzı;
Qəh-qəh çəkir düşmən-azğın.
Biz qılıncı tərs tutmuşuq
Və beləcə özümüzü unutmuşuq...
Ulu Şahım, qılınc çalmaq öyrət bizə!
İçimizdə şeytan səsi,
Yalan səsi, böhtan səsi -
Didir bizi, yeyir bizi,
Ulu Şahım,
Qibləmizə çevir bizi!
Ulu Şahım, qılıncına söykənim!
Zülmətlərə göz dikmədən kor olmuşuq;
Özümüzü görmüşük ta, yorulmuşuq
Özümüzü görməyi sən öyrət bizə,
Uçurulmuş dünyamızı
Hörməyi sən öyrət bizə!
Ulu Şahım,
Qılınc çalmaq öyrət bizə!
İçimizlə vuraşmağı öyrət bizə!
Xırdalayaq:
nəyimiz var,
nəyimiz yox;
Nəyimiz az, nəyimiz çox,
Bəs eləyər - çox ələdik göz yaşı da,
Göz yaşımız əritdi ən sərt daşı da.
172
Yağılan sevindirdik, bəs eləyər!
Al mumluğu,
al, qəddarlıq öyrət bizə!
Bir azca da canavarlıq öyrət bizə.
Onda bəlkə qoyun-quzu
olanımız təzər, itər;
Onda bəlkə sərhəd boyu
ərlər bitər, nərlər bitər...
Ulu Şahım, qılıncına söykənim!
Biz düşmənlik bacarmadıq,
Düşmənləri tanımağı öyrət bizə,
Biz nifrəti
qanımızla yoğurmağı bacarmadıq.
Qələminlə sən mələklik öyrəlmisən,
Qılıncınla Əzrayıllıq öyrət bizə.
Biz özümüz özümüzü məğlub olduq,
İçimizdə, qanımızda məğlub olduq.
Məğlubların şərəfino süfrə açdıq.
İsti çörək, "isti qorxu" yedizdirdik.
İsti qəzəb, isti yaraq,
İsti nifrət... yox, vermədik!
İçimizdə yer şumladıq;
Yaxşı-yaxşı xəyanətlər,
Yaxşı-yaxşı cinayətlər bitirməyə.
Gör ağlımız yetir nəyə?
Gör əlimiz yetir nəyə?
Tanrı, bizi bizdən qoru!
Öz əlimizdən qoru,
Əməlimizdən qoru!
Bu millətin süfrəsini duzsuz qoyma,
Bu millətin kürsüsünü sözsüz qoyma!
Namərdi sən elə yatırt,
Qoy biryolluq ayılmasın.
Ulu Şahım, ruhun bizdən ayrılmasın,
Ulu Şahım, bizə yar ol!
Ulu Şahım, qılıncına söykənim!..
29 sentyabr, 1994
173
YARIMADIN
Yastı-yastı
yapalaqlar yarıdı,
Girdə-girdə
topalaqlar yandı.
Yarımadın heç nədən.
Yarımadın...
nə yaxşı,
Çömçə tutan əlləri,
Yalamadın nə yaxşı.
Yanmadın, nə yaxşı!..
1994
GECİKDİN
Mahir cərrah bıçağını qatladı,
Kimsə dedi: heyf, dədə, gecikdin.
Dedi: rahat yaşamağın bir yana,
Vallah; rahat ölməyə də gecikdin.
may, 1995
174
ÇEÇEN FACİƏSİ
Allah, Allah, bu nə dünya, bu nə bəşər?!
Gözgörəti insan yanır, insan ölür:
Körpəsiylə, qocasıyla, xəstəsiylə;
Torpaq yanır: bulağıyla, ağacıyla,
Torpaq yanır: havasıyla,
Qarışqası, böcəyiylə;
Tank altında tapdalanmış toxumuyla.
Didir insan bir-birini;
Yeyir insan bir-birini.
Bilmək olmur kim günahkar,
kim haqlıdır,
Hamı, hamı günahsızdı-silahsızdı,
Hamı, hamı günahkardı-silahlıdı.
Cənab nazir, mərt görmüşəm,
Çox görmüşəm tank burnunda
Ölümlə bir
beynəlmiləl nəğmələri gətirəni.
Çox görmüşəm.
Çox görmüşəm qana batmış
əlləri mən.
Çək tətikdən əllərini,
Yüz xaraba, min xaraba
Müəllifı əllərini.
Kiçiklərin böyüməsi çətin işdi, "
Böyüklərin" kiçilməsi
çox asandı.
Dünya özü yaxşı bilir:
Raketlərin qanadında qayda getmir,
Qanun getmir heç diyara.
Qayda-qanun dediyini
ürək yazır, əl daşıyır;
Öz əlinlə öz yurduna
ölüm dartmaq!
175
Bu "yeni" bir hərbi məntiq!
Öz yurdunu şum eləmək,
Dostları ilə paylaş: |