Süd dişi var, qurd dişi var,
Məndən qaçmağa nə var ki?
Dağma duman deyiləm,
Bağına tufan deyiləm,
Qaçsan da qovan deyiləm
Məndən qaçmağa nə var ki?
1989
97
GÜZƏŞT
Bir çaydan su içir güzəşt də, qəsd de,
Od da var, buz da var insan qanında.
Kimi söz acıdır qızıl qəfəsdə,
Kimi qum sovurur söz xırmanında.
Hər üzə güləni tanımaq olmur,
Güzəştə gedənlər mərd oğlu mərddi,
Söz yamaq götürmür,
Söz yamaq olmur
Söz Sözə çəpərdi, söz sözə bənddi.
Günah çamırında ağnayana bax,
Onun da baxtına günəş doğulur.
Neçə ağıllıya dedi bir axmaq,
"Qəbahət doğuldu – güzəşt doğulur".
Qulağı kar olun hin harayına,
Tülküyə borcumuz hörmətdi-dedi.
Düşdüsə bir sürü bir qurd payına –
Bunun da adı var - "qismətdi" - dedi.
Dünən ön sırada gördüm əzəni,
Fərqinə varmadım, güzəştə getdim.
Üstümə çəmkirəm Ayızadənin
Burnuna vurmadım, güzəştə getdim.
İnadda yüzəmsə, güzəştdə minəm,
Öz əlim pis qazmır öz məzarımı.
Bu xalqa ömürlük tapşıran mənəm
Dərə məzarımı, düz məzarımı.
Yol kəsən, ev yıxan güclüdən uzaq,
Gücsüzlə oyunda güzəştə getdim.
Bu da var: kölgəmi gəmirən alçaq
Quyruq bulayanda, güzəştə getdim.
98
O qədar güzəştə getdim, bu haqqı
Çox azlar yenə də çox az bildilər.
Ayağım altında qədim torpağı
İndicə sərilmiş palaz bildilər.
Babam da beləcə, atam da belə
Toruna düşənə güzəştə getdi.
Torundan qaçana güzəştə getdi,
Yelə bağışladı yel aparanı.
Selə bağışladı sel aparanı.
O qədər güzəştə getdim, axırda
Palazım dartıldı ayağım altdan.
Yox, daha torpağa yenmək vaxtıdır.
Qəzəbim, nifrətim, bərk yapış atdan
Bəxşişim, güzəştim, daha düş atdan...
2 yanvar, 1990
99
DÜNYA DÜZƏLMİR
Böyük Mirzə Cəlilə
Ömür də tükənir, söz də tükənir,
Başımın altından yastıq da qaçır.
Əllərdir uçuran, əllər tikəni,
Çölümdən yaz qaçır, yazlıq da qaçır,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kimdənsə tez durub kimin uşağı
İtinə daş atıb beş yüz il qabaq.
Kimin dəyirmanı, kimdən aşağı...
Bunları yerində kim oturdacaq?!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Tərəfsiz tərəfdə düz oğlu düzlər!
Tərəfgir tərəfdə silah, qan-qada!
Çayını itirən mavi dənizlər
Çırpınıb, boğulur göz qabağında.
Dünya düzəlmir ki, düzəlmir, baba!
Kiminsə dünəni qəbirsiz qalıb,
Kotançı babası dəmirsiz qalıb,
Körükçü atası kömürsüz qalıb,
Xəmrəsi, urvası xəmirsiz qalıb
Dünya düzəlmir ki, düzəlmir, baba!
Mən təkdim, cüt oldum: təkləndim yenə,
Özüm yük çəkərəm,
Özüm də yükəm!
Baxsam "döz" deyənə, "döz" deyilənə
Ağzımdan qapılar öz halal tikəm,
Dünya düzəlmir ki, düzəlmir, baba!
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
100
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Hələ bu dünyanın qeylü-qalı çox,
Bilməm zəhəri çox, yoxsa balı çox.
Ços verdim özümə bu sualı çox,
Ərzin nadanından ağsaqqalı çox!
Bəs niyə bu dünya düzəlmir, baba!
1990
101
TƏSƏLLİ
Hələ ömrümüzün nə yazı olub;
Hələ bu dünyada nə yaşamışıq.
Bizim payımıza çatası olub
Təsəlli bir qaşıq, ümid bir qaşıq.
Demə ki, ömrümüz keçdi yandan,
Biz yenə ümidli günlər yarıyıq.
Biz ki gələcəyə inam sarıdan
Dünyanın ən varlı adamlarıyıq!..
Yanvar, 1970
102
BU ŞEYTANLAR
Böyük Cavidi oxuyarkən
Yer üzündə hər nə qədər insan yaşar,
Yer üzündə o qədər də şeytan yaşar,
Hər düyündən, hər müşküldən hali
şeytan,
Yolçu şeytan,
Sülək şeytan,
Ala şeytan!
Onu insan doğmayıbsa,
Hardan belə bu qədərdir?
O, su üstə üzən quru,
O, quruda su qədərdi.
Şeytan almaz insan dərsi,
İnsan alar şeytan dərsi,
Şeytan işi düzün tərsi,
Tərsin düzü olmur, olmaz:
Onu gəzən yolçu olar,
Qismətində uğur omaz.
Başdan aşar "səxavəti",
Bizdən bizə pay gətirər
pay aparar,
Vay aparar, vay gətirər;
Qəlbimizdən çıxıb gedər məqamında,
Böyüklərə yük daşımaq məramında.
Didib tökər ağlımızı,
Orda hamar cığır görsə,
Eşələyib quyu eylər,
Bir balaca çuxur görsə,
Sinəmizdə bayquşlara yuva qurar,
Bircə şaxı sınmış görsə,
Şax gəzinər, şax oturar,
Ac-yalavac qurd-quş görsə.
Çöl dünyası daha geniş, daha böyük;
103
Daha ağır çəkdiyi yük,
Özü dartar, özü saxlar.
Kürsülərə can atanı;
Özü açar, özü bağlar.
"Qara şeytan", "sarı şeytan",
"Ala şeytan", "Bala şeytan".
Cəmiyyəti yaradanı.
"Alda-verdə" səriştəli,
Hər yerdədi, hər işdədi.
Heç yerdədi, heç işdədi.
Bu gün yaşa, bu gündədi,
Keçmişə köç keçmişdədi.
Alqış alar, çəpik satar
"Üç qəpiyə", "beş qəpiyə",
Satar şöhrətpərəstlərə,
Satar mənsəbpərəstlərə,
Satar yalanpərəstlərə.
Bu şeytanlar kəsə-kəsə
Əlimizlə əlimizi,
Dar ağacı qurğuları
Çəkib yığar qəlbimizə;
Elə qurar dilimizi,
Hər kəs özü
ölümünə fitva verər.
Elə burar əlimizi,
Hər kəs özü cəllad tapar,
Cəlladına özü iti balta verər.
Bu şeytanlar:
Qonşu şeytan qəlbindəki şeytanlara
Yol axtarar, tapar yolu;
Bu da şeytan, şeytan oğlu,
O da şeytan, şeytan oğlu,
Bu da oğru, o da oğru;
Bu da quldur, o da quldur.
Bu yol, qardaş!
104
Şeytanların
ünvanından gələn yoldur,
Bu yol, qardaş!
Şeytanların yuvasına gedən yoldur,
Vallah, qardaş,
Öz qəlbində özünə yer qalmayacaq,
-Belə getsə şeytanların
Bu artımı. Bir qulaq ver:
Arxamızca şeytanların hürüşməsi
Qurtardımı!!!
mart, 1991
105
YOXDU
Bu ocaqda söz alışqan,
Alışan var, yanan yoxdu.
Bu saman ki, saxlamışıq,
Yiyə duran zaman yoxdu.
Dedim qurban şirin dilə,
Yatdımı bir şerim dilə?!
Şirin dildə şirin dilək,
Şirinliyi duyan yoxdu.
Söz qanmaz ki, şeşələnir,
Söz küllükdə eşələnir.
Min dərdim var - rişələnir,
Bircəsini qanan yoxdu.
Bu yol ki, düşdüm ağına,
Dartınır "ölüm dağına",
Düşdüm ümid sorağına,
Hay verən çox, hayan yoxdu.
Daşdan-kəsəkdən yazıram,
Çəndən-çiçəkdən yazıram,
İtdən-pişikdən yazıram,
Heç fərqinə varan yoxdu.
Harda yoxam, harda varam,
Qərarımda biqəraram;
Nəyim halal, nəyim haram,
Yoxdu, şərhi-bəyan yoxdu.
Sözümü yordum bu yolda,
İzimi yordum bu yolda,
Dözümü yordum bu yolda;
Dözümə də güman yoxdu.
mart- aprel 1991
106
NƏĞMƏ
Millətyolu- haqqın yolu,
Ucal, millət bayrağı.
Vətən andı xalqın yolu,
Yaşa, Vətən torpağı.
Xoş sabah sorağında,
Keşikdə durmalıyıq.
Qaıldan, qandaldan uzaq
Bir dünya qurmalıyıq.
Səslər bizi el səsi,
Səfərbərik, səfərbər.
Gözümüzdən doğulub
Duru, aydın səhərlər.
Dağı-daşı titrədər
Harayımı______z, hayımız;
Nəğmələrə qanaddır
Dənizimiz, çayımız.
İşıqlansın ürəklər,
Qəlbimizin şamından!
Səadəti pay verək,
Yer üzündə hamıya.
Oyan, qalx, Azərbaycan!
Taleyinə yaxşı bax.
Bu torpağı yaşadan
Ayıq başlar olacaq.
Hayqır, Araz sədası!
Titrəsin Ağrı dağı.
Öyrədək özümüzə
Özünə qayıtmağı.
107
YOLÇU, YOLUN HARADI?
Yolçu, yolun haradı?
Qoşulum sənə bəlkə!
Birləşib çıraq olduq
Yolu itənə bəlkə?
Mən keçmişi itirdim,
Sən sabahı bəlkə də.
Qarışdırıb bölərik,
Bu günahı bəlkə də.
Duru gözlər bulandı,
Daha duru nə var ki?
Yaman gözdən gizlənən
Neçə qərinə var ki?
O mənəm - sən adında,
Qırıq daşa söykəli,
Dağında yad buludlar,
Bağında yad heykəli.
Arxamda lay-lay duran,
Divarlar aşdı lay-lay.
Oduna isindiyim,
Qadın ülfəti-laylam.
Ayrı yoldu söz yolu,
Quyruq olmaz heç yola,
Əyrini də çəkməz o
Əyri yola, kəc yola.
Öndə nəyim yəhərli,
Arxada nəyim qalıb.
Gir gizlən ürəyimdə,
Bircə ürəyim qalıb...
1991
108
ZAMANA ALDANAN BÖYÜK YAZIĞA
Belə çoxunuzu aldatdı zaman,
Gülüb, arxamızca daş atdı zaman.
Sonra da "gözümdən itilin", - dedi.
"İtirin keçmişi, itirin", - dedi.
Aldatdı beləcə aldatdı zaman,
"Şər" - deyib, özünə əl qatdı zaman.
Tutaşmaq öyrətdi, söz dura-dura,
Əyilmək öyrətdi, düz dura-dura.
Qardaş qardaşına atdı - yenilik!
Nəvə babasını satdı - yenilik!
"Hər yeni səhərə yeni göz açdıq",
"İşdən qayıdanda ünvanı çaşdıq".
Qara siyahıya düşdü çən-duman,
Köhnə çay, köhnə arx, köhnə dəyirman.
Dedik ki, zamanı qabaqlayaq biz,
Ona çatmayanı ayaqlayaq biz.
Çölləri şumladıq vaxtından qabaq,
Dən səpib, suladıq vaxtından qabaq.
Doğdu inəklər də vaxtından qabaq,
Buzovlar böyütdük vaxtından qabaq.
Boşaldı təknəmiz vaxtından qabaq,
Təzəmiz, köhnəmiz vaxtından qabaq...
Batdı dövlətiıniz vaxtından qabaq,
İtdi şöhrətimiz vaxtından qabaq,
Yenə də qışqırdıq: sabah bizimdir!
Sabaha tuşlanan silah bizimdir.
Yaxşı boyürənə ol çaldıq - alqış!
Yaxşı alçalana alçaldıq - alqış!
Ucaldı heykəlin bu çağda, belə
Camış heykəlini bərk saxla, belə
İndi yıxılmağın çox asan olar
Çətin yıxılanı durğuzan ola,..
Səni hiyləgərcə aldatdı zaman,
Sonra boğazına ip atdı zaman,
İp atdı, sürüdü haraya gəldi,
109
Nə Tanrı, nə bəndə haraya gəldi.
Əlimiz öyrəndi boyaqçılığa,
Dilimiz öyrəndi boyaqçılığa;
Qırmızı boyadıq bütün rəngləri,
"Qırmızı" soy adı bütün rənglərin,
Adım dəyişdik bütün varlığın,
Kəşf etdik "Qırmızı bəxtiyarlığı",
Qırmızı boyandı hər gümanımız,
Qırmızı parçadan üst köynəyimiz,
Qırmızı parçadan alt tumanımız...
"Qırmızı" ağladaq, "qırmızı" güldük.
Qurd kimi uladıq, İt kimi hürdük.
Zülmət gözümüzü tutduğu halda...
Söz açdıq işıqlı gələcək haqda.
Aldana biləni aldaldı zaman,
Sonra arxamızca daş atdı zaman,
Hər evə rəhbərin nəfəsi gəldi,
Nəfəsilə birgə qəfəsi gəldi,
Bu gün hər mədhinə yasin oxutduq
Yer qazıb, dəfn etdik əməlli-başlı.
Məni də qələmim atəşə tutdu:
"Sən də çox aldandın, ay ağlı çaşqın,
Çoxun dəfn olundu, çox azın qalıb,
Qalıbsa, bir ağız avazın qalıb".
İndi də bir qeyri haldadır zaman,
Aldana biləni aldadır zaman.
Kiməsə küləşdir, samandır zaman,
Kiməsə axçalı dövrandır zaman.
İndi də zamanı yaşadan bizik,
Aldadan biziksə, aldanan bizik...
8 aprel, 1991
110
DALIMCA GƏLMƏ
Ta mənim dalımca gəlmə, əzizim,
Bir şöhrət çəhlimi tap, qoşul ona.
Çətin cığınmız yollaşa bizim,
İz tapaq bir məslək qonşuluğuna.
Sabahın sədası bu gündən gəlir,
Taledir quruda tapdığın qayıq.
Əvvəlin sonu yox, sonun əvvəli,
Sən mənim dalımca daş at da, qayıt.
Göyün hökmü ola,
Yerin imzası,
Mən özüm istəsəm - dalımca gəlmə.
Doğrunun diktəsi, şərin duası
"Dalımca gəl desə",
dalımca gəlmə.
Yedəkdə nərin də nərliyi itir;
Neçə çubuq yeyir bir tikan üçün.
Əsrin günahları gözümdə bitir,
Mən kiməm, nəçiyəm bu məkan üçün?
Var təkan verəni cəhdin, həvəsin,
Bir gözəgörünməz köməyindədir,
Səni yedəyində aparan kəsin
Özü də kiminsə yedəyindədir.
Mən ki yer eşmədim yola çıxmağa,
Çəkməyə öz yüküm bəs eylər, atam.
Mən öz cığırıma özüm sığmaram,
Nə rəva, sığmaza sığmazı dartam.
Noxtası quşquna bağlı yol gedən...
Sonrası? - Beləcə adət, öyrəniş!
111
Sonrası? - Ləyaqət gedər əlindən,
Sonrası - alçalış,
Sonrası! -hər iş...
Yoluna yol verməz duman da, çən də,
Özün öz yoluna özül olmasan;
Arxadan gələn də, öndə gedən də,
Ortada qalan da özün olmasan.
Sən mənim dalımca gəlmə, əzizim.
19 iyun, 1991, Quba
112
İBRƏT - NİFRƏT MUZEYİ
Sən dünyaya göz açdığın bu diyarda,
Ünvan gəzdim.
Soraqladım, açıq gəzdim,
Pünhan gəzdim,
Tanımayan tanımadı,
Tanıyanlar baş buladı,
danışmadı.
Elə itdin, elə batdın, bu torpağa
Bircə çimdik külün belə
qarışmadı.
Qapısını açdığın bir dost evi yox,
Qardaş, bacı, qohum yoxdu,
Tanış yoxdu, simsar yoxdu;
Atan-baban tapşırılmış
Heç naməlum məzar yoxdu,
İzin-tozun saxlamağa
Bir zağa yox, bir kaha yox, mağara yox,
"Vardı" – deyən bir dəli yox, bir sefil yox,
Avara yox.
Nə nəvən var, nə nəticən, nə kötükcən olacaqdı;
Bu tarixi. bu ibrəti yad edəcək
Yadıcalar olsa haqdı.
Qanı-canı bahasına
Gözlərinə baxanların çoxu deyir:
gözün dörddü,
Baş kəsəndə, ev yıxanda
Dördünü də birdən örtdün.
Deyirəm ki, gözlərinin.
biri hərdən Ədaləti, haqqı görüb,
O, alqışa susayanda xalqı görüb –
Bu məqamda taxta çıxıb əmr edirdi:
"Hər nə bəddi, hər nə sərtdi,
Hər nə xoşdu, hər nə boşdu..."
Hökmün sonu:
113
Yenə "haqqı" düzləməkdi,
Yenə üzdə olanları üzləməkdi;
Bu yol - döngə, yarğan-uçrum
Bir də, bir də olmayacaq.
Bircə anlıq düşünəsən ibrət üçün,
Dörd gözünə, dörd mil azdı -
Nifrət üçün.
Varlığından nə qalıbsa,
Nə eşidib, nə görmüşəm -
Çevirirəm birər-birər:
Xəyalımda "sənə layiq".
Ev muzeyi düzəldirəm,
Girəcəkdə: bədənsiz baş,
Qılınc tutan bədənsiz əl...
İçəridə: Baş cəlladın şəkli başda,
Sonra gəlir: əmrə hazır cığırdaşlar.
Sonra galir: "Qəbristana dönən şəhər" -
Bir xəndəyə kürəklənir
Əli yoxlar, gozü yoxlar,
Başı yoxlar...
Sonra gəlir: gülləbaran!
"Xalqa düşmən xalq kütləsi!"
Altda yazı:
"Xalqa düşmən olanlara xalq cəzası'".
Sonra gəlir: "Uzaq Sibir mənzərəsi".
Doğranılmış göy meşədə boz kötüklər...
Kötüklərin dibindəcə boş qəbirlər...
Başda yazı:
"Əvvəlcədən bağlanılmış müqavilə" -
"Sibirdən Bakıya qardaş töhfəsi"
"Yeni sakinləri gözləyir Sibir".
Sonra gəlir: Kremldən gələn səslər.
Baş cəlladın teleqramı:
"Xalqı xalqdan qoruyana dost salamı!"
Sonra gəlir baş cəlladın məktubları:
"Qızıl sözlər guşəsi..."
114
Mən görməzdim o muzeyi,
Mən girməzdim o muzeyə,
Bacarmadım.
Yox, o muzey mənə çoxdan,
Çoxdan tanış,
Bundan böyük. bundan doğru muzeyini
Heyf, tarix saxlamamış.
Ha istədim o muzeyin qapısından
Pünhan keçəm, - bacarmadım.
Gözlərimi yumam keçəm, -
Bacarmadım,
Bircə düyün, yapışmağa bir əl yeri –
Bir anlığa səni, səni xilas üçün Tapılmadı.
Rəğbət üçün, rəhmət üçün,
Dəqiqəlik bir yas üçün Tapılmadı.
Sənə yazıq,
Sənə bədbəxt,
Sənə sarsaq, sənə harın,
Sənə sərsəm
Demək üçün.
Bəlkə elə günahısan
Səni doğan bir millətin,
Ha istədim xilqətə yad xilqətinə
Bir ad verəm: - alınmadı.
Mirqəzəblik sənətinə
Bir ad verəm: - alınmadı.
İmanımı, gümanımı
Vəkil tutdum, alınmadı.
Vicdanımı vəkil tutdum, Alınmadı.
"Karsız" dedim, alınmadı,
"Görsüz" dedim, alınmadı.
Bir zağan yox, bir kahan yox,
Mağaran yox,
115
Kimsənən yox, simsarın yox.
Əqrəban yox!
Məzarın yox, sarayın yox, xaraban yox!
Dən axtardım,
Çürük bir dən:
Öləziyən xatirədə
Bitsə birdən...
Əl bu günü,
Dil dünəni silkələdi, -
Görünmədi.
Söz daş oldu,
Daş mələdi görünmədi.
Hara yazaq bu yazını,
Kimə deyək bu deyimi?
Bu muzeyə nə ad verək: -
İbrət-nifrət muzeyimi?..
116
GÖY ALTINDA, YER ÜSTÜNDƏ
Bu dünya ibrətdi, bu dünya dərsdi,
İtirən uduzur,
Götürən udur.
İnsanın varlığı quruca səsdi,
Sonu da qafəsdi... Sonrası yoxdur.
Dağ aşar, çay adlar insan qədəmi,
Bir qaçmaq olmayır söz gürzəsindən.
Vaxt olur götürüb kağız-qələmi,
Qaçmaq istəyirəm Yer kürrəsindən.
Bu göy Allahındır,
Bu Yer Allahın,
İnsana pay verdi - didişmə düşür.
Allahı dananlar Allaha yaxın,
Allahı sevənə gor eşmək düşür.
Doğudan Batıya yol uçub deyən,
İnsandan-insana yol gözə dəymir.
Kimsə, deyirlər ki, yol tapıb göyə,
Dəymir gözlərimə möcüzə, dəymir.
Əl verib, əl tutmaq nə dəb, nə vərdiş,
Əl tutan bir isə, əl kəsən min-min.
Əkindi, səpindi, biçindi, vərdi,
Torpaqdı mayası mənim şerimin.
Yada mərhəm deyil hər yadda qalan,
Var kürsü "dahisi", yığnaq "dahisi".
Dahilər - hər sözü bir dağ, bir qala
Cahillər- dağıtmaq, yıxmaq "dahisi".
Əməl muzeyidir insan yaddaşı,
Ad ki həkk olundu - şöhrət daşı var.
Torpağın üstündə bünövrə daşı,
Torpağın altında əhlət daşı var.
117
Tale bir xoş ömrü çox gördü mənə,
Tikan da əkilməz qəbrimin üstə;
Ha qovdum özümü mən öz zirvəmə,
Ha qovdum... dərd yığdı dərdimin üstə.
Torpağa söykəndim - gücüm dağ gücü,
Torpaqdan üzüldüm - çürümüş dənəm.
Mən halal zəmiəon bərəkət biçib,
Haram xirmanında döyə bilmərəm.
Qaçana çatmarıq, çatmaqda nahaq,
Uzaqlar uzaqdı, yaxın görünmür:
Bu gözdən o gözü görmürəm daha,
Gözümün içi də yaxşı görünmür.
Torpaqsız, bu yurdda min bölgü olur,
Böyüyən iddiam - bəlkə də sonum!
Ey atamın ruhu, mənə həyan dur,
Quş olum, bir kola, bir daşa qonum...
Nə göydə göyüm var, nə yerdə yerim,
Yolçuyam Yer ilə Göy arasında;
Haradır mənzilim - hələ bilmirəm,
Taleyin tay-təkər arabasında...
4-5 mart, 1991
118
NECƏ YAŞADIMSA...
Heç nə qalmayacaq, bilirəm, heç nə;
Nə şöhrət çələngi, nə şöhrət tacı.
Vida deyəcəyəm Vətən mülkünə
Gözləri yumulu, əlləri açıq.
Nə əkdi, nə dərdi şair əllərim?
Gözləri yumulu getməyim haqdı:
Bəlkə gördüyümə şahid əllərim
Oyub gözlərimi oyadacaqdı.
Səhərlə göz açdım, axşamla batdım,
Şax durdura qəhrəman heykəli kimi,
Dünyaya gözləri yumulu baxdım,
Dünyanı görmədim görməli kimi.
Sinəmdə od tutdu söz yığın-yığın,
Əllərim dil gəzdi bu lallıq üçün.
Ümid çıraqları yandırmadığım –
Əllərim açıldı halallıq üçün.
Heç nə qalmayacaq, bilirəm bunu.
İtsə nə fərqi var,
Qalsa nə fərqi.
Bir ömrün nə dəmdə puç olduğunu
Anlayan olmasa... olsa, nə fərqi.
Hər "mənim" dediyim mənimmi?
Çətin!
Yüz ara, min axtar... pisi mənimdir,
Dünya ocağında bişən nemətin
Tüstüsü mənimdir,
Hisi mənimdir.
Axmaqlar eləcə axmaq qalacaq,
Onlar da baisi: göz yummağımın.
119
Mənə düyününü açmaq qalacaq
Yalan yumağının, düz yumağının.
Mən alıb satmadım sabahlarımı,
Nəyəmsə, sən məni onda da ara!
Gizlədib gözümdə günahlarımı
Göz yuman olmadım göz yumanlara.
Bu daşa-torpağa mən səcdə qılıb,
Eldən pay aldımsa, elə payladım.
Bir üzdə buz gördüm, bir üzdə qılıq, -
Necə almışdımsa, elə payladım.
Bu ürək - Vətənim, bu ürək - Ölkəm,
Nə pislik tanıdı, nə kin, nə acıq.
Necə yaşadımsa, elə də ölləm:
Gözləri yumulu, əlləri açıq...
28 aprel, 1991
120
YOL AYRICINDA SÖHBƏT
Mən özüm bilirəm nəçiyəm, nəyəm;
Tikdiyim bu daxma, hördüyüm budur,
Odası tərtəzə, odu köhnəyəm,
Əlimdən bu gəlir. gördüyüm budur...
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim ot biçməz: küləş xışlamaz;
Məni bağışlayan olarmı? –
Çətin!
Özümdən danmışam öz günahımı,
Nə qədər xeyrimiz, şərimiz qalıb;
Dərdsiz yox, bölüşəm könül ahımı,
Bircə soyulmayan dərimiz qalıb,
Soyun dərimizi, soyun, yaşayaq,
Beş günlük ömürdü, qoyun, yaşayaq,
Qurd ola bilmədik, qoyun yaşayaq,
Məni bağışlayan olarmı? –
Çətin!
Talelər dayaqsız dayaqlar üstə;
Bir qəlbi göynətmir min tale dərdi;
Tüstülü, tüstüsüz ocaqlar üstə
Aşları buğlanan biganələrdi.
Mən ki, hər ölənlə ölə bilmirəm,
Mən ki, bölünməzi bölə bilmirəm.
Üzü dönüklərdən dönə bümirəm.
Məni bağışlayan olarmı? -Çətin!
Demədim kimə "şah", kimə "yetimsən",
Bu qara millətin, bu ağ millətin,
Dedim ki, yemini Allah yetirsin
Ağlı gedəninə calaq millətin!
121
Payını it qapar maymaq millətin!
Yamaq millətlərə, yamaq millətin!
Qadını ər doğmaz qorxaq millətin!
Məni bağışlayan olarmı? –
Çətin!
Dünənim, bu günüm ayağım altda,
Baxıram: üffiqdə sabah görünür,
İnsandır çıxaran insanı yaddan;
Sabahın əlində silah görünür,
Sabahın dilində silah səslənir,
İlahi, nə böyük günah səslənir:
Şair dodağında bir ah səslənir:
Məni bağışlayan olarmı? -Çətin!
23 may, 1991
122
ƏGƏR MƏN ÖZÜMLƏ ÜZ-ÜZƏ GƏLSƏM...
Bu dünyada, o dünyada, hardasa bir gün
İkiləşir, özü ilə üzləşir insan.
Bir yaxşı bax; nəyi çatmır bütövlüyünün?
Gərək özün öz qarşında ufanmayasan.
Günü sabah mən özümlə üz-üzə gəlsəm,
Məni mənlə üzləşdirən qüvvədir - haqdan.
İkiliyə bir tel olsa ikicə kəlməm
Qorxum yoxdu bu sınaqdan, bu olacaqdan.
İlk baxışdan tanımasaq bir-birimizi,
Ortalıqda at oynadar vicdanı yanan!
Biz əkməsək, biz dərməsək birliyimiz:
Yalanımız doğru olar,
Doğrumuz yalan.
Bir səs deyir:
Ayıq ol ki; sürüşkəndir əsrin aşrımı,
Hər ağrı da, hər ləzzət də sənindi, ancaq
Bu əməllə əlin bircə düyün açdımı
Udsan, quru səs udarsan quru ədanla.
Bu günündən sabahına nə dartır gəmin,
Bircə bellik su açdınmı qurumuş arxa?
Qafasına çətin sığa ağıldan kəmin;
Bəd əməldən uçrum qalır, ağıldan arxa.
Qəbahətli eynilərdi çox üzləşənlər,
Nadanları tutaşdırıb zövq alan azmı?
Bir ayı məşqi ile qalib çıxsa şər,
Bunu yalnız şərəfsizlər alqışlamazmı?
123
Etirafdır etibarın bünövrə daşı,
İçimizdə beçə verən güvədi, qurddu,
Bir yalançı heykəli var hər addımbaşı,
Topdağıtmaz qalaları yalan uçurtun.
Bu vəsiyyət! Bu, özündən özünə məktub!
Dostları ilə paylaş: |