12.15. Azərbaycan respublikasının
aqroekoloji rayonlaşması
Torpaq örtüyünün bonitirovka göstəriciləri ilə birgə Azərbaycan ərazisinin aqro və meşəekoloji rayonlaşdı-
rılması taksonomik vahidlərin iyerarxiyası üzrə təbii-kənd təsərrüfatı rayonlaşdırmasının ümumi sxemi ilə əla-
qədə aparılır. Taksonomik vahidləri biz qısaca aqroekoloji adlandırırıq: aqroekoloji sinif – aqroekoloji vilayət –
aqroekoloji rayon – aqroekoloji yarımrayon – aqroekoloji qrup (cədv.12.10). Bu bölgülər kompleks ərazi –isteh-
sal törəmələridir. Onlar bir sıra təbii və təsərrüfat əlamətlərinə görə fərqlənirlər. Ancaq təbiətlə təsərrüfatın qar-
şılıqlı əlaqəsini nəzərə alaraq bu və ya başqa bölgünün ayrılması zamanı bütün əlamətlər toplusundan istifadə et-
məyə ehtiyac yoxdur. Yalnız ən mühüm əlamətləri nəzərə almaq kifayətdir.
Aşağıda rayonlaşdırma sisteminin taksonomik vahidlərinin təyini və onları ayırmaq üçün istifadə edilən ən
səciyyəvi ekoloji parametrlər, əlamətlər verilir.
Dostları ilə paylaş: |