I-Hazırlıq mərhələsində neftlə çirklənmiş torpaqlar tədqiq olunur, yerləri müəyyənləşdirilir, çirklənmiş tor-
paqlardan nümunələr götürülüb fiziki –kimyəvi, aqrokimyəvi göstəriciləri təyin olunur, rekultivasiya məqsədilə
kənardan gətiriləcək torpaq və süxurların həcmi hesablanır.
II. Texniki rekultivasiya aparmaq məqsədilə neftlə çirklənmiş sahələr üç qrupa ayrılır. I qrup – çox zəif və
zəif dərəcədə çirklənmiş və sadə rekultivasiya texnologiyasına ehtiyacı olan torpaqlar (yerlər), II qrup – ortadan
aşağı və orta dərəcədə çirklənmiş, nisbətən mürəkkəb rekultivasiya işləri nəzərdə tutulur. III qrup – yüksək və
çox yüksək dərəcədə çirklənmiş, mürəkkəb rekultivasiya texnologiyası tələb edən torpaqlar – üçüncü növbədə
rekultivasiya aparılması nəzərdə tutulur.
I qrupa aid çirklənmiş torpaqlar zəif də olsa yerli bitkilərlə örtülmüşdür. Belə sahələrdə ilk növbədə istismarı
dayandırılmış, yeraltı və yerüstü kommunikasiyalardan, beton özüllərdən və başqa tullantılardan təmizləmə və
səthi hamarlama işləri həyata keçirilir, sonra isə bitumlaşmış növlərdə 15-20 sm qalınlığında doğrama şumu
aparılmalı, mazutlaşmış və dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş növlərdə isə laydırsız kotanla
şumlama aparılmalı, sonra hər hektara 15-20 ton samanlı peyin (ağac kəpəyi, kompos, quş peyini) və 30 ton/ha
həcmində əhəng ovuntusu verib yumşaldıcı şumlama və dişli vərdənə ilə malalama aparılmalıdır. Bu işlərdən
sonra yüksək norma ilə suvarma aparılaraq heliotermiki meliorasiya məqsədilə sahə 2 il müddətinə dincə qoyul-
malıdır.
II qrupa aid olan dərinlik buruq süxurları ilə çirklənmiş və örtülmüş sahələrdə də ilk növbədə səthi yaxşılaş-
dırma tədbirləri həyata keçirilir. Dərinlik buruq süxurları mexanizmlər vasitəsilə ətrafdakı neft məhsulları ilə
çirklənmiş az münbitliyə malik sahələrə paylaşdırılır. Sahələrə verilmiş süxur kütlələri xüsusi mexanizmlərlə
hamarlanır, sonra neft məhsullarının minerallaşmasını sürətləndirmək məqsədilə sahələrə fəal üzvi və mineral
maddələr, həmçinin, bakterioloji preparat verilir. Sonra isə fermentasiya qatının yaradılması məqsədilə laydırsız
kotanla 30 sm dərinliyində şumlanır və malalanır. Sahə payız aylarında yüksək su norması ilə suvarılır və 2 il
müddətinə dincə qoyulur. 3 il müddətində neft məhsulları minerallaşaraq bitki üçün lazım olan qida elementləri-
nə qədər sintez olunur, biokimyəvi və mikrobioloji proseslər bərpa olunur.
III qrup çirklənmiş sahələr neft və qaz çıxarılan idarələrin hamısının ərazisində geniş yayılmışdır. Burada
neftlə hormuş torpaq qatı 0-50 və 0-100 sm (orta hesabla 70-75 sm) qalınlığında xüsusi mexanizmlərlə çıxarılıb
rekultivasiya olunacaq sahələrin kənarına yığılır. Hamarlama işlərindən sonra sahələrə neft məhsullarının mine-
rallaşmasını sürətləndirən fəal üzvi –mineral maddələrdən soba şkalı və ya seolit, peyin (samanlı), bakterioloji
preparat verilir. Sonra şumlama işləri aparılaraq yüksək su norması (1500-1700 m
3
/ ha) ilə suvarılır və üç il
müddətinə heliotermiki meliorasiya məqsədilə dincə qoyulur. Dincə qoyulmuş sahələr hər il payızda (sentyabrın
248
sonu) laydırsız kotanla şumlanıb suvarıldıqda neft məhsullarının minerallaşması daha da sürətlənir. Üç ildən
sonra I qrupda göstərilmiş sadə texnologiya tətbiq olunaraq rekultivasiya davam etdirilir. (Yaqubov, 2003).
Dostları ilə paylaş: |