12.13. Azərbaycanda torpağın rekultivasiyası
Respublikamızda torpağın texnogen çirklənməsi əsasən dağ – mədən və neft sənayesi tərəfindən baş verir.
12.13.1. Dağ – mədən sənayesi
Daşkəsən dəmir filizi kombinatı ərazisinin sahəsi 1200 ha-dır. Şimal-şərq və şimal-qərb mədənlərində filiz
açıq üsulla aparılırdı. Bununla əlaqədar ərazinin 960 ha-rı, o cümlədən 500 ha yararsız süxur laylarından ibarət-
dir. Bu layların qalınlığı 10 … 200 m olub meylliyi 5-30
0
, bəzən 40-45
0
-yə çatır. Dik yamaclarda güclü eroziya
prosesi gedərək yarğanlar əmələ gəlir.
Yararsız filiz laylarında rekultivasiya işlərini öyrənmək məqsədilə K.R.Məmmədov (1978) tərəfindən üç va-
riantda təcrübə işləri yerinə yetirilmişdir: təbii torpaqda (nəzarət); süxurların layında və 20 sm torpaq qatı tökü-
lən süxur layında. Təcrübə sahəsində süxur layının qalınlığı 30-40 sm təşkil edir. Şimal-şərq filiz mədənində sü-
xur laylarının üst hissəsi iri daş və qumdan ibarət olub, mexaniki tərkibi eyni deyildir, 80 sm dərinlikdə fiziki gi-
lin miqdarı 32-33% -dir, 80-100 sm dərinlikdə mexaniki tərkib quma keçir. Şimal-şərq filiz mədəninin layları-
nın üst 40 sm-lik qatının da mexaniki tərkibi eyni olmayıb fiziki gilin miqdarı 28-32 % təşkil edib, aşağı qatı
qumdan ibarətdir.
Saflaşdırma fabrikinin tullantıları 100 sm dərinliyində qum hissəciklərində eyni mexaniki tərkibə malik olub,
fiziki gilin miqdarı 1,7-3,6 % təşkil edir, rütubət tutumu az olduğundan üst qatdan atmosfer yağıntıları tez bu-
xarlanır, əkilən ağac tingləri yay aylarında quruyur.
K.R.Məmmədov (1978) 4 variant təcrübə sahəsində bioloji rekultivasiya tədqiqatları apararaq 40 bitki nö-
vündən, o cümlədən otlardan qara yonca, xaşa(esparset), bağayarpağı, əvəlik, buğda, qarğıdalı; kollardan mur-
darça, itburnu, böyürtkan, moruq: ağaclardan palıd, göyrüş, əzgil, zoğal və s.-dən istifadə etmişdir. bu bitkilər-
dən bağayarpağı, qanqal, əvəlik, kəkotu, yonca və xaşaya təbii halda rast gəlinir. Bu bitkilər çox yaxşı inkişaf
edərək rekultivasiya işlərində onlardan geniş istifadə olunmalıdır. Tədqiqatçının 4 illik təcrübələrinin nəticələri
göstərdi ki, süxur laylarında kanada qovağı, böyürtkan, moruq daha yaxşı inkişaf edir. Cərgəaralarında qara
yonca və xaşa səpinindən yaxşı nəticə əldə edilmişdir.
Daşkəsən alunit laylarının ərazisi 300 ha təşkil edir. Burada əkilən ağ akasiya, söyüd, göyrüş tingləri və kol-
ların dəmir filizi mədəni laylarındakına nisbətən daha yaxşı inkişaf etməsi qida maddələrinin miqdarının çox ol-
ması ilə izah olunur.
Kobalt mədəni laylarının ərazisi 25 ha təşkil edir. Onların qalınlığı 10-200 m arasında dəyişir. Mədənin ye-
raltı üsulla istifadəsi süxurların geniş ərazilərə atılmasına səbəb olmuşdur. Buradakı layların üzərində təbii halda
tək-tək vələs və böyürtkan bitkilərinə rast gəlinir. Ot örtüyü zəif inkişaf edib 8-10%-ə qədər təşkil edir.
246
Gədəbəy mis mədəni süxur laylarının ərazisi 150 ha –dır. Əkin işlərindən qabaq sahə hamarlanmış, süxurlar
hektara 24 ton əhəng verməklə neytrallaşdırılmış, səthi 40 sm qalınlığında torpaq qatı ilə örtülərək 2000 ədəd
(3,5x3,5 m) alma şitili əkilmişdir, 4-cü ilində ağaclar meyvə vermişdir.
K.R.Məmmədov (1978) arardığı tədqiqatlara əsaslanaraq dağ-mədən süxur laylarını kənd təsərrüfatında isti-
fadə baxımından 3 sinifə bölür (gübrə vermək şərti ilə).
I – sinif – alunit və dəmir filizi mədən layları, PH-6-8, süxurların 40-60 % tərkibi bitki köklərinin inkişafı
üçün əlverişlidir, qalan hissəsi iri süxurlardan ibarətdir, mexaniki tərkibi müxtəlifdir. Kənd təsərrüfatı üçün ta-
mamilə yararlıdır.
II – sinif – kobalt və qızıllı süxurların layları, PH –6,4-8, layın kütləsinin 30-40 %-i bitki köklərinin inkişafı
üçün əlverişlidir. İri süxurlar çox olduğundan səth suları tez buxarlanır və aşağı qatlara asan süzülür.
III – sinif – zəy tullantıları, pirit və mis mədən layları, yüksək turşuluq bitkinin inkişafına maneçilik törədir.
Kimyəvi meliorasiya (əhəngləmə və s.) vasitəsilə onları kənd təsərrüfatına yararlı etmək mümkündür.
Lay süxurlarında qida maddələrinin yüksək olmasına baxmayaraq (NPK və mikroelementlər) onların mütə-
hərrik formaları olduqca aşağıdır. Odur ki, bu laylara həm makro, həm də mikrogübrələrin verilməsi məqsədə
uyğundur.
Dostları ilə paylaş: |