247
Çirklənmə dərəcəsinə görə torpaqlar zəif, orta və tamam çirklənmiş olur (Həkimova, 2002), Sabunçu, Binə-
qədi, Suraxanı və Əzizbəyov rayonlarının neft mədənləri əraziləri tamam çirklənmiş torpaqlar sayılır. Bu ərazi-
lərdə torpaqların profili boyunca 100 sm-dək neft məhsulları hopmuşdur, neftin miqdarı 12,5-7,8 % arasında də-
yişir.
N.F.Həkimovanın (2002) məlumatına görə neftlə çirklənmiş torpaqların üst qatında humusun miqdarı 1,4-
1,3, aşağı qatlarda isə 0,8 – 0,6 %, ümumi azotun miqdarı profil boyu 0,18-0,11 % təşkil edir. Bu torpaqlarda qi-
da maddələri yox dərəcəsində olub əkin üçün yararsızdır.
V.A.Əhmədov və b. (2002) Abşeronda apardıqları tədqiqatlara əsaslanaraq yazır ki, neftin yüngül fraksiyala-
rı torpağın daxilinə hopur və ya bir hissəsi buxarlanır, neftin ağır fraksiya hissəsi torpağın səthini örtərək yüngül
fraksiyanın buxarlanmasının qarşısını alır, torpaqda aerasiyanı dayandırır və bu da canlıların, bakteriyaların
məhvinə səbəb olur.
F.S.Dadaşova (2002) qeyd edir ki, neft məhsulları torpaqların 2m dərinliyinə qədər şaquli miqrasiya edir,
torpağın üst qatını (0-16 sm) neftin ağır fraksiyası olan qatran asfaltenlər örtür. Onlar yüksək özüllü və zəif
buxarlanan məhsullar olduğundan torpağın su –hava mübadiləsini pozur. Su-hava mübadiləsinin pozulması isə
bitkinin inkişafına ziyan vurmaqla atmosferdə karbon-azot balansını pozur. Bu fraksiyaların tərkibində kimyəvi
elementlərin əksəriyyətinə rast gəlinir. Spektral analizin nəticəsinə görə ekoloji təsir baxımından toksik və tok-
sik olmayan mikroelementlərin əksəriyyətinin miqdarı fon səviyyəsindən xeyli çoxdur. Torpaqda polisiklik aro-
matik karbohidrogenlərdən naftalin, fruoren, piren, xirizen, benzoperen kimi çox güclü neft məhsulları da müəy-
yən edilmişdir (Dadaşova, 2002).
Belə birləşmələrlə çirklənmiş torpaqları rekultivasiya etmək – təmizləmək olduqca çətindir. Müəllif daha
sonra qeyd edir ki, torpaqların 2 m (bəzən daha çox) dərinliyinə qədər miqrasiya edən karbohidrogenlərin əksə-
riyyəti suda həll olan birləşmələrdir. Mövcud məlumata əsasən Abşeron yarımadasında 1 mln. ton neft istehsal
etdikdə, 25 mln. ton buruq suları səthə yığılır. Onların da tərkibində 15-17 min ton üzvi turşuların duzları, mine-
ral duzlar, ağır metallar və radioaktiv maddələr vardır. Miqrasiya edən komponentlərin yeraltı sulara qarışması,
onlarda həll olması həmin suların keyfiyyətinə mənfi təsir göstərir.
Q.Ş. Məmmədov və Q.Ş. Yaqubov (1999) apardığı tədqiqatlar nəticəsində Abşeronda neftə bulaşmış tor-
paqların təsnifatını hazırlamış və onların rekultivasiyası üzrə tədbirlər təklif etmişlər. Q.Ş.Yaqubov (2003) Ab-
şeronda yayılmış neftlə çirklənmiş torpaqların rekultivasiyasını 3 mərhələdə aparılmasını təklif edir.
Dostları ilə paylaş: