Neftlə çirklənmiş torpaqların rekultivasiyası
Neft mədənlərinin tikilməsi və istismarı, neftin və duzlu lay sularının ətrafa axıdılması tez bir vaxtda torpağın
məhsuldarlığının itirilməsinə, landşaftın tam deqradasiyasına səbəb olaraq ətraf mühitə güclü neqativ təsir göstərir.
Bu zaman torpağın səthi və bitki örtüyü mexaniki pozulur, torpaq, hava, su çirklənməyə məruz qalır.
Neft istehsalı zamanı ətraf mühitin çirklənməsi iqtisadi və ekoloji ziyan vurur: kənd təsərrüfatı və meşə tor-
paqları deqradasiyaya uğrayır, kənd təsərrüfatı bitkilərinin, meşələrin və çəmənlərin məhsuldarlığı aşağı düşür,
məhsuldar geniş sahələr sıradan çıxır, yaşayış şəraitinin sanitar vəziyyəti pisləşir. Bu torpaqların bərpası böyük
təsərrüfat əhəmiyyəti kəsb edir. Lakin hələ indiyə kimi neftlə çirklənmənin qarşısını almaq və çirklənmiş tor-
paqların rekultivasiya olunmasının elmi-əsaslanmış metodları demək olar ki, yoxdur. Hazırda neftlə çirklənmiş
torpaqların istifadəsi üçün adi rekultivasiya tədbirləri tətbiq olunur: çirklənmiş sahə torpaq – qruntla örtülür, neft
yandırılır, neftlə çirklənmiş torpaq kürənib atılır. Lakin bu metodlar hər zaman torpağın və bitki örtüyünün bər-
pasına kömək etmir, əksinə çox vaxt təbiətə uzunmüddətli ekoloji zərər yetirir. Neft yandırıldıqda bioməhsul-
darlıq kəsgin aşağı düşür, bitki örtüyü məhv edilir, toksik və konserogen maddələr toplanır; torpaqla örtdükdə
neftin parçalanma prossesləri zəifləyir, torpaqaltı mikrobioloji və fermentasiya aktivliyinə müsbət təsir göstərir,
belə ki, aerob mikroorqanizmlərin həyat şəraitinin yaxşılaşmasına səbəb olur, bu mikroorqanizmlər miqdarca və
metabolizmin intensivliyinə görə torpaqda dominantlıq təşkil edib karbohidrogenlərin əsas destruktorları hesab
olunur. (N. İsmayılov 1988). Çirklənmiş torpağın yumşaldılması torpaq aqreqatlarında oksigenin diffuziyasını
artırır, yüngül fraksiyaların uçması nəticəsində torpaqla karbohidrogenlərin qatılığı azalır. Torpağın hazırlanma-
sı yaxşılaşdırılmış aqrofiziki xassələrə malik olan güclü bioloji aktiv qat yaradır. Bununla da torpaqda optimal
su, hava və istilik rejimi yaranır, mikroorqanizmlərin sayı və aktivliyi artır, torpaq fermentlərinin aktivliyi yük-
səlir, biokimyəvi prosseslərin enerjisi çoxalır.
Torpağın biogen elementlərlə (azot, fosfor, kalium) təmin olunması neft və neft məhsullarının parçalanma in-
tensivliyini təyin edən mühüm faktor sayılır. Onların neftlə çirklənmiş torpağa verilməsi vacibliyi mikroorqa-
nizmlərin sayının bir neçə dəfə artması, həmçinin C:N nisbətinin xeyli dəyişməsilə aydınlaşdırılır. Bakteriyala-
rın normal böyüməsi üçün 10 hissə C, 1 hissə N tələb olunur. (İsmayılov, 1988).
Neft və neft məhsullarının parçalanması üçün normal temperatur 20-37
0
hesab olunur. Ortaillik temperaturu
yüksək olan arid zonada yerləşən torpaqlarda çirklənmiş torpağın öz-özünü təmizləmə intensivliyi, aşağı ortail-
lik temperatura malik olan humid zonanın torpaqlarına nisbətən xeyli yüksək olur.
Torpağın rütubətli halda saxlanması bioloji aktivliyin idarə edilməsində aqrotexniki tədbirlərdən biri olub
neft və neft məhsullarının parçalanmasına effektiv təsir göstərir. Torpağın əlverişli su rejimi neft və lay mayelə-
rinin axını baş verir, qrunt suyu çirklənir; çirklənmiş sahədən neftin kürənib atılması təkrar çirklənmə mənbələ-
rinin yaranmasına səbəb olur. Aparılan rekultivasiya işləri kifayət qədər elmi əsaslarla aparılmır, konkret torpaq-
bioiqlim şəraiti, çirkləndirici maddələrin (neft, neft məhsulları, lay suları) tərkibi və xassələri nəzərə alınmır, bu
da tədbirlərin effektivliyini aşağı salır.
Rekultivasiyanın mexaniki və fiziki metodları neft və neft məhsullarını torpaqdan tam kənarlaşdirmağa qabil
deyildir, torpaqda çirkləndiricilərin təbii parçalanma prosesi isə olduqca uzun müddət tələb edir. N.M.İsmayı-
lov, Y.İ.Pikovski (1988) neftlə çirklənmiş torpağı mikroorqanizmlərin köməyilə təmizləmək üçün əsasən iki
üsul təklif edir: 1) torpağın təbii mikroflorasının metabolik fəallığını fiziki-kimyəvi mühit şəraitini dəyişmək yo-
lu ilə aktivləşdirmək; bu məqsədlə məlum müvafik aqrotexniki üsullardan istifadə olunur; 2) çirklənmiş torpağa
xüsusi seçilmiş aktiv neft oksidləşdirici mikroorqanizmlərin verilməsi. Hər iki üsulun tətbiqi çox vaxt texnoloji
və ekoloji cəhətdən çətinliklərlə qarşılaşır.
Aqrotexniki üsulların köməyi ilə neftlə çirklənmiş torpağın özü-özünü təmizləməsi prosesini gücləndirmək
olar, bu zaman təbii mikrobiosenoza daxil olan karbohidrogen oksidləşdirici mikroorqanizmlərin potensial kata-
bolik aktivliyi yüksəlir.
Neftlə çirklənmiş ərazinin şumlanmasını bir müddət keçdikdən sonra aparılması təklif olunur, bu müddət ər-
zində neftin bir qismi parçalanmaya məruz qalır. Torpağın hazırlanması güclü nizamlayıcı faktor sayılıb neftlə
çirklənmiş torpağın öz-özünü təmizləməsini stimullaşdırır. (hərəkətə gətirir). O, suvarma yolu ilə əldə olunur.
245
Suvarma ilə su rejiminin yaxşılaşdırılması torpağın aqrokimyəvi xassələrinin yaxşılaşmasına səbəb olur, həm də
qida maddələrinin hərəkətinə, mikrobioloji fəaliyyətinə və bioloji proseslərin aktivliyinə təsir göstərir.
Torpağın turşuluğu neft və neft məhsullarının parçalanmasında mühüm rol oynayır. PH-ın neytrallığa yaxın
olması mikroorqanizmlərin inkişafı üçün optimal sayılır. Neftlə çirklənmiş turş torpaqların bərpası məqsədilə
əhəng verilir. Əhəng həm də neftin tərkibindəki toksik maddələrin hərəkətini zəiflədir.
Neftlə çirklənmiş torpaqlarda şaxəli kök sisteminə malik olan yoncanın və digər paxlalı bitkilərin səpilməsi
karbohidrogenlərin parçalanmasının sürətlənməsinə səbəb olur. Kənd təsərrüfatı bitkilərinin, o cümlədən çoxil-
lik bitkilərin səpini inkişaf etmiş kök sistemləri ilə çirklənmiş torpağın qaz-hava rejimini yaxşılaşdırır, torpağı
azotla və bioloji aktiv birləşmələrlə zənginləşdirir. Bütün bunlar mikroorqanizmlərin inkişafını stimullaşdıraraq
neft və neft məhsullarının parçalanmasına şərait yaradır.
Yuxarıda göstərilən tədbirlər konkret fiziki – coğrafi mühit şəraiti, çirklənmənin intensivliyi və xarakteri, tor-
paq tipi və iqlim xüsusiyyətlərinə əsaslanaraq həyata keçirilməlidir.
N.M.İsmayılov və Y.İ.Pikovski (1988) rekultivasiya tədbirlərinin 3 mərhələdə aparılmasını göstərir. Birinci
mərhələ yüksək toksik geokimyəvi mühitdə (şəraitdə) yerinə yetirilir. Bu mərhələdə hazırlıq işləri görülür: aera-
siya, rütubətlənmə, çirklənməni lokallaşdırma (məhdudlaşdırma). Bu tədbirlərin məqsədi – mikrobioloji proses-
ləri, həmçinin neftin fotokimyəvi və fiziki parçalanma proseslərini intensivləşdirmək, torpaqda onun qatılığını
azaltmaqdan ibarətdir. Bu mərhələnin müddəti ayrı-ayrı zonalarda müxtəlifdir, orta qurşaqda bu mərhələ təxmi-
nən 1 il çəkir.
İkinci mərhələ çirklənmiş sahələrdə torpağın fitotoksiklik qalığını qiymətləndirmək, neftin biodeqradasiya
prosesini gücləndirmək, torpağın aqrofiziki xassələrini yaxşılaşdırmaq məqsədilə təcrübə səpin işləri aparılır. Bu
mərhələdə su rejimini və torpağın turşuluq – qələvilik şəraitini nizamlamaq, lazım gələrsə şoranlaşmaya qarşı
tədbirlər də həyata keçirilir.
Üçüncü mərhələdə təbii bitki örtüyü bərpa olunur, mədəni fitosenozlar yaradılır, çoxillik otların səpini təcrü-
bədən keçirilir.
Rekultivasiya prosesinin ümumi müddəti torpaq – iqlim şəraitindən və çirklənmənin xarakterindən asılıdır.
Bu proses çöl (bozqır), meşə –çöl və subtropik rayonlarda daha tez başa çatır. Şimal rayonlarında isə uzun müd-
dət çəkir. Müxtəlif təbii zonalarda rekultivasiyanın ümumi dövrü təxminən 2-dən 5 ilə qədər və ya daha uzun
vaxt tələb edir.
Dostları ilə paylaş: |