Aqroekoloji yarımrayon – ayrı-ayrı mədəni bitkilərin becərildiyi, eynicinsli yem və meşə sahələrindən is-
tifadə edildiyi rayon hissəsidir. Başqa sözlə, burada istehsalın dar ixtisaslaşması özünü göstərir.
Aqroekoloji qrup – yaxın qiymət balına malik olan torpaq taksonomik vahidlərini birləşdirən rayon və ya
yarımrayon hissəsini əhatə edir. Torpaqların aqroekoloji qrupu iki yarımtipə: kompleks və ixtisaslaşmış tiplərə
ayrılır.
Torpaqların kompleks aqroekoloji qrupu – aqrosenozların, yem və meşə sahələrinin becərilməsinə im-
kan verən torpaq taksonomik vahidlərinin kompleks xassələri üzrə birləşməsidir.
Dostları ilə paylaş: |