262
qabiliyyətinə malikdir. Bununla yanaşı meşə sənaye çirklənməsinin bəzi komponentlərini udma qabiliyyətinə
malikdir. Bəzi bitkilər atmosferin çirklənməsinin indiqatorları hesab olunur.
Fotosintez prosesində bir çox ağac, kol və ot bitkiləri böyük aktivliyə malik olan xüsusi kimyəvi birləşmə-
lər ayırır. Alimlər təbii meşələrin havasında 300-dən artıq müxtəlif adlı kimyəvi maddələr, müxtəlif ətirli birləş-
mələr, efir yağları müəyyən etmişlər. 1 ha yarpaqlı meşə 2 kq, iynəyarpaq meşə isə 5 kq maddə ayırır.
Məlumdur ki, bitkilərin əksəriyyəti antibiotik xassəsi daşıyan fitonsid adlı bioloji aktiv maddələrə malikdir.
Bu maddələr havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saf-
laşdırır. Ağaclar ən çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı me-
şələri xəstəlik törədən virusları, mikrobları aloya (əzvay), sarımsaq, soğan və istiotlardan da tez məhv edir. Fi-
tonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsire-
dici xassəsi vardır. Şam ağacının fitonsidi vərəm xəstəliklərinin sağalmasına kömək edir. Ağşamın fitonsidi dif-
teriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının fiton-
sidi difteriya, göyöskürək qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, toza-
ğac, sərv fitonsidi 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin fitonsidi isə
5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qadirdir. Antimikrob xassələrinə görə fitonsidlər tibbdə, baytar-
lıqda, bitkilərin mühafizəsində istifadə olunur.
Meşə mikroiqliminin müalicəvi xüsusiyyətlərini də qeyd etmək lazımdır. Meşə insanların ruhi-əhvalına və
mənəviyyətinə müsbət təsir göstərir. Yaşıl yarpaqların buraxdığı oksigen istənilən digər mənbənin buraxdığı ok-
sigendən (məs. planktonun) keyfiyyətcə fərqlənir. Onlarda, xüsusən şam meşələrində ionlaşma yüksək olur. Me-
şə çətrinin yarpaqları havanı zərərli qarışıqlardan təmizləyir, səs-küyü xeyli aşağı salır, insan üçün çox zərərli
sayılan yüksəktezlikli səsləri kənarlaşdırır, tozdan mühafizə edir. Meşənin havasında patogen (xəstəlik törədən)
mikroblar olmur.
Meşədə radiasiya fonu şəhərdə olduğundan iki dəfə az, havanın temperaturu isə xeyli aşağı olur, lakin rütu-
bətlik 15-30% artıq olur. Belə hava tənəffüs (nəfəsalma) üçün optimal sayılır.
Dünya əhalisi təbiətdə mövcud olan 300 min ali bitki növünün yalnız 0,008%-ni mədəni şəkildə becərir, be-
cərilən torpaqların 99%-ni min növdən az bitki tutur və bu sahənin yarısı 8 əsas dənli bitkinin – buğda, arpa, və-
ləmir, çovdar, qarğıdalı, darı, sorqo və düyünün payına düşür.
Dostları ilə paylaş: