12.17.Azərbaycanın torpaq kadastrının ekoloji xüsusiyyətləri
Azərbaycanın torpaq ehtiyatları müxtəlif gipsometrik ölçülü, çox vaxt kəsişən, parçalanan relyefi və çox dik
yamacları olan ərazilərdən təşkil olunmuşdur; bu ərazinin 50%-dən çoxu dağların payına düşür. Bütün bunlar
onlardan səmərəli istifadəyə, eləcə də kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinə təsir göstərir.
Azərbaycanda torpaq kadastrı aparılmasının vacibliyi relyefin, iqlimin, torpaq örtüyünün rəngarəngliyi, tor-
paq fondunun yüksək kənd təsərrüfatı mənimsənilməsi, onun əhali üçün böyük əhəmiyyəti, kənd təsərrüfatının
inkişaf etmiş ixtisaslaşması, onun səviyyəsinin yüksəldilməsi perspektivi və zərurəti ilə müəyyən edilir.
Azərbaycanda torpaq kadastrı ilə bağlı işlər 1961-ci ildən aparılır. Bu işlər torpaqların irimiqyaslı xəritələş-
dirilməsi üçün materialların axtarışı və ümumiləşdirilməsindən başlanmışdır. Bu isə ayrılmış xüsusi kadastr ra-
yonlarında kadastr işlərinin aparılmasının əsasını qoymuşdur. Bu vacib tədbirin keçirilməsi üçün torpaq fondu-
nun keyfiyyətcə qiymətləndirilməsi prinsiplərinin daha da təkmilləşdirilməsi və dərinləşdirilməsi tələb olunur-
du. Azərbaycan şəraitində həmin prinsiplər V.R. Volobuyev və başqa alimlər tərəfindən əsaslandırılmışdır.
Azərbaycanda torpaqların kadastrı üzrə işlərdə çıxış vəziyyəti – bitkilərin tələblərinin, kənd təsərrüfatının
regional ixtisaslaşmasının nəzərə alınması ilə, torpaq novlərinin qruplarda – aqroekoloji baxımdan kifayət qədər
eyni keyfiyyətli dərəcələrdə birləşdirilməsi ilə başa çatan hərtərəfli qiymətləndirilməsi olmalıdır. Torpaqların
bonitirovkası, yəni onların nisbi dəyərinin müəyyən edilməsi artıq formalaşmış aqroekoloji torpaq qruplarından
(torpaq dərəcələrindən) istifadə yolu ilə aparılmalıdır. Torpaqların ümumi xassələrinin dərin və hərtərəfli aqroe-
koloji xarakteristikası – onların aqronomik, istehsal baxımından düzgün qiymətləndirilməsinin zəruri əsasıdır.
V.R. Volobuyevin (1961) qeyd etdiyi kimi, yer ərazilərinin ümumi torpaq tədqiqatları proqramı aqroekoloji təd-
qiqatlarla əsaslı surətdə tamamlanmalıdır.
Azərbaycan torpaqlarının ilk, daha iri bölünməsi kimi zonal bölgü xidmət edir. Çünki zonal torpaq-iqlim şəraiti
kənd təsərrüfatı ixtisaslaşmasının, eləcə də meşə təsərrüfatının əsas elementlərini müəyyən edir.
Torpaqların zonadaxili təbii-kənd təsərrüfatı (kadastr) rayonlarına bölünməsi və onların bonitirovkası tor-
paq xassələrinin və bitkilərin bu və ya başqa xassəyə reaksiyasının daha ətraflı öyrənilməsinə söykənməlidir.
Torpaq proseslərini idarə etmək və ya aqrotexniki üsulların və meliorasiyanın köməyi ilə torpaqların bu və ya
başqa xassələrinin dəyişdirilməsi imkanlarını da bilmək zəruridir. İzahat üçün deyək ki, eyni bir torpaq müxtəlif
bitkilər üçün müxtəlif qiymətə malikdir.
Öz dövründə B.T.Nəzirova (1982) torpaq-kadastr rayonlaşdırılması xəritəsini tərtib etmişdir. Burada res-
publika 13 rayona bölünmüşdür. Respublika torpaqlarının bonitet ballarının toplam şkalalarından (cədv. 12.13)
çıxış edərək, ixtisaslaşmanı (aqrosenozların tələbatı) və aqroekoloji şəraiti nəzərə alaraq Q.Ş. Məmmədov
(1989, 1998, 2000) tərəfindən hər bir kadastr rayonu üçün torpaqların bonitet balları şkalası və ayrı-ayrı torpaq-
kadastr rayonları üzrə torpaqların nisbi dəyərlilik əmsalları tərtib edilmişdir (cədv.12.14).
Dostları ilə paylaş: |