MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə416/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   412   413   414   415   416   417   418   419   ...   751
 

12.16. Azərbaycan torpaqlarının  

aqroistehsal qruplaşması 

Kənd təsərrüfatı və meşə sahələri torpaqlarının aqroistehsal qruplaşması Azərbaycan torpaqlarının bonitet 

balı əsasında aparılmışdır. Bu tədqiqatların nəticəsində 5 aqroistehsal qrupu üçün sahələr, onların torpaqlarının 

orta qiymət balı və nisbi dəyərlilik əmsalları müəyyən edilmişdir. Bütün bunlar torpaqlardan səmərəli istifadə və 

onaların keyfiyyət uçotu üçün əsas rolunu oynayacaqdır. Dövlət Torpaq Kadastrında da bu cür yanaşmadan ge-

niş istifadə olunur. 




 

253


Qeyd olunduğu kimi, Azərbaycan bir çox ekoloji proseslərin nəticəsində əmələ gəlmiş özünəməxsus və mü-

rəkkəb torpaq örtüyünə malikdir. Azərbaycanın ümumi-coğrafi şəraiti həm üfüqi, həm də şaquli istiqamətlərdə 

dəyişir. Ekoloji şəraitin mürəkkəbliyi öz əksini bir sıra torpaq tiplərinin, yarımtiplərinin və daha kiçik torpaq va-

hidlərinin əmələgəlməsində tapır.  

Torpaqların aqroistehsal qruplaşması – torpaqlardan səmərəli istifadə və onların münbitliyinin artırılması ilə 

bağlı olan müxtəlif məsələlərin uğurlu həlli üçün ən mühüm vasitələrdən biridir. Torpaqların aqroistehsal qrup-

laşması – müəyyən yaxın xassələrə malik olan, hər hansı kənd təsərrüfatı bitkisinə, bitkilər qrupuna və ya ümu-

mi bitkilik keyfiyyətlərinə münasibətdə aqronomik xassələrinə görə yaxın torpaq qruplarının təsnifat birləşməsi-

dir. Bu cür qruplaşma kənd təsərrüfatı istehsalının torpaq şəraiti qarşısında irəli sürdüyü müəyyən tələblərə ciddi 

uyğunluq şəraitində aparılmalıdır. Torpaqların aqroistehsal qruplaşması 2 yarımtipə bölünür: kompleks və ixti-

saslaşmış. 

Torpaqların aqroistehsal qruplaşması üzrə indiyədək ölkədə aparılmış işlərin təhlili göstərir ki, onların qrup-

laşması zamanı başlıca olaraq torpaq münbitliyinə müəyyən təsir göstərən torpaqların genetik xassələrinin və tə-

bii şəraitin yaxınlığı nəzərə alınmışdır. Ölkədə torpaqların qruplaşması 3 növbədə aparılır: 1) ayrı-ayrı kənd tə-

sərrüfat bitkilərinin tələbləri üzrə; 2) kənd təsərrüfatı bitkilərinin müəyyən ekoloji qruplarının və ya torpaqlar-

dan istifadə tiplərinin tələblərinə görə; 3) hər hansı müəyyən bitki üçün nəzərdə tutulmadan mədəni bitkilər 

üçün mühit kimi müəyyən olunmuş torpaqların xassələri əsasında qurulmuş ümumi qruplaşmalar.  

Bizim fikrimizcə, torpaqların aqroistehsal qruplaşması – aqrosenozların, yem və meşə sahələrinin bioməh-

suldarlığını təmin edən torpaq taksonomik vahidlərinin yaxın ballar üzrə birləşməsidir. Bu planda aparılmış əv-

vəlki işlərdən (R.Q.Məmmədov, 1962, 1981; Volobuyev, Salayev, Kostyuçenko, 1967; Bulqakov 1981 və b.) 

fərqli olaraq, bizim aqroistehsal qruplaşmamız torpaqların bonitet şkalası üzrə aparılmışdır (Q.Ş.Məmmədov, 

1978, 1979, 1981, 1987; R.Ə.Əliyeva, Q.Ş.Məmmədov, Vəliyev, Piriyeva, 1985; S.Z.Məmmədova, 2002, 2003 

və b.). Ancaq  bunu da qeyd etmək lazımdır ki, bu qruplaşma əsas etibarilə genetik-istehsal əsasından uzaqlaş-

mamışdır. Halbuki, torpaqların əvvəlki qruplaşdırmaları zamanı qrupların eynicinslik səviyyəsini müəyyən et-

məyə imkan verən konkret miqdar göstəriciləri, demək olar ki, heç yerdə göstərilməmişdir. Torpaq növlərinin 

aydın birləşmə meyarlarının olmaması torpaq növlərinin aqroqruplarda qaydasız birləşdirilməsinə səbəb olmuş-

dur. Fikrimizcə, bu cür yanaşma həqiqi vəziyyəti əks etdirmir, belə ki, bu zaman torpaq növlərinin birləşdirilmə-

si zamanı dəqiq meyarlar olmur. Məsələn, yem sahələrinin adi boz torpaqlarda, zəif şorlaşmış boztorpaqlarda və 

güclü şorlaşmış boz torpaqlarda yayıldığı Azərbaycanda torpaqlar uyğun 100, 87, 63 və 25 bal almışdır. (Cədvəl 

12.11.). 

Torpaqların bonetirovkası barədə elmi-tədqiqatlar inkişaf etdikcə torpaqların aqroistehsal qruplarında bir-

ləşdirilməsi daha konkret və dəqiq xarakter almışdır: qruplara uyğun bonitet balı olan torpaqlar daxil edilmişdir.  

Bu cür qruplaşma zamanı torpaqların münbitlik xarakteri və əsas aqrotexniki tədbirlərə münasibət nəzərə 

alınır. Qruplaşma zamanı münbitlik göstəriciləri üzrə üzə çıxarılmış bonetet balları torpaqların aqroistehsal də-

yərinin ən mühüm ümumi göstəricisi kimi torpaq növlərinin genetik oxşarlığından çıxış edirlər. Bonitet balının 

aşkar edilməsi zamanı səmərəli və potensial münbitlik göstəricisi kimi torpaqların mədəniləşməsi, bioiqlim po-

tensialı (BİP) şəklində iqlim, torpaqların su-hava və texniki xassələrini müəyyən edən qranulometrik tərkib, tor-

paqların şorlaşması və eroziyası nəzərə alınmışdır. 

Məlum olduğu kimi, torpaqların ballarla ifadə olunmuş bonitirovkası əkinçiliyin müqayisə edilən intensiv-

lik səviyyələri zamanı kənd təsərrüfatı bitkilərinin məhsulverimi ilə korrelyasiya edən xassələrinə görə münbit-

lik qiymətini göstərir. Torpaq münbitliyinin keyfiyyət ifadəsi – torpağı xarakterizə edən miqdar göstəricisidir. 

Torpaqların münbitliyini xarakterizə edən göstəricilər əsasında tərtib olunmuş torpaqların aqroistesal qrup-

laşması, bizim fikrimizcə, dəqiq, düzgün, kənd və meşə təsərrüfatında daha çox qəbul edilə bilən bir üsuldur. 

Torpaqların bonitirovkası əsasında qruplaşma torpaqların səmərəli istifadəsinə və onların keyfiyyət uçotuna xid-

mət edəcəkdir. O, öz geniş tətbiqini Dövlət Kadastrında da tapmıışdır. 

Azərbaycan torpaqlarının tərtib olunmuş bonitet şkalaları və sinifləri əsasında (Q.S.Məmmədov, 1985,1991, 

1998) onların aqroistehsal qruplaşması aparılmışdır. Torpaqlar 5 aqroistehsal qrupunda birləşdirilmişdir. Onla-

rın hər birinə 20 bal hüdüdlarında və iki bonitet sinfində qiymətləndirilmiş torpaqlar daxil olmuşdur. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin