meşə sahələrinin mövcudluğunu təmin edən hər hansı torpaq xassələrinə və əlamətlərinə görə birləşməsidir. Bu
torpaq qrupu həm də hər hansı mənfi torpaq xassəsi və əlamətini, məsələn, şorlaşma, şorakətləşmə,bataqlaşma
və s. aradan qaldırmaq üçün ayrılır.
252
Cədvəl 12.10.
Azərbaycan Respublikasının aqroekoloji
rayonlaşdırılması
Aqroeko
loji si-
niflər
Aqroekoloji
vilayətlər
Aqroekoloji
rayonlar
Aqroekoloji
yarımrayonlar
Aqroekol
oji qrup-
laşma
I. Dağlıq
II
Düzənlik
A. Böyük
Qafqaz
B.Kiçik
Qafqaz
C. Naxçıvan
MR
Ç.Talış
D. Kür-Araz
ovalığı
4 Üzümçülük
5
Tərəvəzçilik
6 Meyvəçilik
8 Taxılçılıq
3 Tütünçülük
7 Subtropik
bitkilər
2 Çayçılıq
9 Otlaqlar
10 Meşə
1
Pambıqçılıq
Ağ şanı, qara
şanı və b.
Kələm, pomi-
dor, xiyar və b.
Alma, armud
və b.
Bərk buğda,
yumşaq buğda
və b.
«Trabzon» və
s.
Nar, feyxoa,
əncir və b.
Çin çayı və b.
Yay və qış
Palıd, vələs,
fıstıq və b.
Zərif lifli və b.
I. Çox
yaxşı tor-
paqlar. 80
baldan
yuxarı
II. Yaxşı
torpaqlar
60-80 bal
III. Orta
torpaqlar
40-60 bal
IV. Aşağı
keyfiyyətl
i, 20-40
bal
V. Şərti
yararsız
torpaqlar
20 baldan
aşağı
Qeyd: torpaqların xassəsinə görə hər rayon və ya yarımrayon beş qrupa bölünür
Aqroekoloji rayonlaşdırma üçün çıxış materialları kimi aşağıdakı Azərbaycan xəritələrindən istifadə edil-
mişdir: 1) torpaq-eroziya və yerlərin mühafizəsi xəritəsi – M1:600000 (1980); 2) iqtisadi xəritə – M 1:600000;
3) landşaft tipləri və fiziki-coğrafi rayonlaşdırma xəritəsi (kənd təsərrüfatı üçün) – M 1:600000 (1972); 4) tor-
paq bonitetləri kartoqramı – M 1:600000 (1985, 1991); 5) aqroiqlim rayonlaşdırma xəritəsi (1968); 6) ən yeni
torpaq xəritəsi (1991) və Azərbaycan MEA Torpaqşünaslıq və Aqrokimya İstitutunun başqa nəşr olunmuş fond
materialları.
Aqroekoloji rayonlaşdırmanın son məqsədi – qeyd edilən regionları onların sərhədlərində üzə çıxarmaq,
yəni onları xəritəyə köçürmək və lazımi xarakteristika ilə təmin etməkdir. Bu baxımdan, rayonlaşdırma
Azərbaycan torpaqlarının bonitet kartoqramı əsasında aparılmışdır. Xəritədə aqroekoloji rayonlaşdırmanın tak-
sonomik bölgülərinin sərhədləri göstərilmişdir. Ancaq onlar yalnız aqrar təyinata deyil, həm də başqa
məqsədlərə, məsələn, ərazinin gigiyenik məqsədlərlə rayonlaşdırılmasına xidmət edə bilər.
Dostları ilə paylaş: