MəMMƏdov qəRİb xəLİlov mahmud


Azərbaycanın torpaq tipləri



Yüklə 4,78 Mb.
səhifə410/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   406   407   408   409   410   411   412   413   ...   751
Azərbaycanın torpaq tipləri 

 

№ Torpaqlar 



 

Sahəsi 


min.ha-la % 

1. Dağ-çəmən                      



2. Qonur dağ-meşə              

3. Qəhvəyi dağ-meşə 

4. Dağ qaratorpaq 

5. Şabalıdı 

6. Sarı 

7. Boz və boz-qonur 

8. Çəmən 

9. Şoranlar, bataqlıqlar 

 

559,3 


416,5 

1212,0 


76,2 

2200,6 


157,1 

2493,2 


1050,8 

475,9 


6,5 

4,8 


14,0 

0,9 


25,5 

1,8 


28,9 

12,2 


5,5 

Respublika üzrə cəmi:  

8641,5 100 

 

1. Dağ-çəmən torpaqları yüksək məhsuldarlıqlı yay otlaqlarının əsas massivləridir. Onlardan biçin üçün 



daha az miqdarda, səpin bitkiləri üçün isə qismən istifadə edilir. Bu torpaqların ekoloji əhəmiyyəti kənd təsərrü-

fatı aspektləri ilə bitmir. Onlar yamacları eroziyadan mühafizə edərək dağ ərazilərinin hidroloji rejimində böyük 

rol oynayır.  

2. Böyük və Kiçik Qafqazın meşə zonasının qonur dağ-meşə torpaqları təqribən 900-2200  m hündürlüq 

hüdudlarında yerləşir. Ümumi sahəsi 416,5 min ha-dır. (4,8%) Bitkiliyi – fıstıq, palıd, vələs üstünlük edən enli-

yarpaq meşələrdir. 

Qonur dağ-meşə torpaqları monoton profilə malikdir; onlar üçün üst qatda humusun yüksək səviyyəsi (5-

8%- ə qədər) və dərinə getdikcə kəskin azalması, yüksək mübadilə həcmi (100 qr torpağa 28-dən 40 m. ekv. qə-

dər) və turş reaksiya (pH 6,0-6,7 təşkil edir) səciyyəvidir. Bu torpaqların xeyli hissəsi skeletlidir., bəzən bu hətta 

səthdə də müşahidə edilir.  

Erozion relyef formalı  ərazilərin TÖS-ü, əvvəlki zonada olduğu kimi, eroziyaya uğramış  və  dərə-yarğan 

kompleksi torpaqları birləşmələrinin geniş iştirakı ilə fərqlənir. Qonur dağ-meşə torpaqlar zonası respublikanın 

mühüm meşə fondunu təşkil edir. Bu cəhət onun bu ərazi və qonşu ərazilərin hidroloji və qaz rejimlərində eko-

loji rolunu müəyyən edir.  

3.  Qəhvəyi dağ-meşə torpaqları daha quru və mülayim isti iqlim qurşaqlarında formalaşır (yağıntıların 

miqdarı təxminən 400 mm, orta illik temperatur 12

0

C təşkil edir). Onlar Böyük və Kiçik Qafqazın və Lənkəran 




 

249


vilayəti dağları və dağətəklərinin orta hissəsində, 600-1200 m hündürlük hüdudlarında yerləşir. Ümumi sahəsi 

1212,0 min ha-dır (14,0%). Bu tip torpaqların əmələ gəlməsi başlıca olaraq, meşənin tədricən geri çəkilməsi (qı-

rılması) və kolluq formasiyasına keçməsi ilə bağlıdır.  

Meşə örtüyünün seyrəkliyi və ot bitkiliyinin yaxşı inkişafı nəticəsində torpaqda böyük miqdarda kök kütləsi 

və humus (6% və daha çox) toplanır. Qonur meşə torpaqları ilə müqayisədə bu torpaqların qlanulometrik tərkibi 

daha çox gillidir; gilləşmiş B horizontu xüsusilə ağır qlanulometrik tərkibi ilə seçilir. Su suspenziyası pH ney-

trala yaxındır. Yüksək mübadilə həcmi ilə səciyyələnir (100 qr torpağa 40 m.ekv. qədər).  

Qəhvəyi dağ-meşə torpaqları əsas etibarilə böyük torpaqqoruyucu və susaxlayıcı əhəmiyyəti olan meşələr 

tutmuşdur. Öz xassələrinə görə qəhvəyi meşə torpaqları yüksək potensial münbitliklə səciyyələnir və üzümçü-

lük, bağçılıq, qitsmən də taxılçılıq üçün uğurla istifadə olunur.  

4. Dağ qaratorpaqları dağların orta hissəsində, yəni 800-1600 m hündürlük hüdudlarında yerləşir. Ümumi 

sahəsi 76,2 min ha-dır (0,9%). Onlar ayrı-ayrı az-çox dərəcədə iri massivlər şəklindədir. Torpaqəmələgəlmə şə-

raiti orta illik temperaturu 7-9

0

C-yə yaxın, əsas hissəsi yazda düşən kifayət qədər atmosfer yağıntıları (500-600 



mm) olan mülayim-soyuq, yarımrütubətli iqlimlə  səciyyələnir. Təbii bitki örtüyü zəngin olub müxtəlif otlarla 

qarışıq dənli bitkilərlə təmsil olunmuşdur. 

Çimli-bozqır bitkiliyi altında inkişaf edən dağ-qaratorpaqları yüksək humus (6-7%-ə qədər) tərkibi ilə seçi-

lir. Üst horizontlardan torpaq profili üzrə aşağı getdikcə o, tədricən azalır. Humus qatının qalınlığı 60-120 sm-ə 

çatır. Bu torpaqlar dənəvər struktur, yuxarı horizontlarda karbonatların olmaması (karbonatlı süxurlarda yayıl-

mış karbonatlı dağ qaratorpaqları istisna olmaqla), ağır qranulometrik tərkibi, yüksək mübadilə həcmi (100 qr 

torpağa 35m.ekv. yaxın) ilə seçilir; reaksiyası zəif-turş və ya neytraldır. 

Hazırkı dövrdə dağ qaratorpaqları əhəmiyyətli dərəcədə taxılçılıq, kartofçuluq, üzümçülük və tərəvəzçilik 

üçün mənimsənilmişdir. Bu torpaqların üzvi maddələrlə zənginliyi, profilin böyük qalınlığı, eləcə də çox əlve-

rişli su-fiziki xassələri ilə bağlı olaraq bonitirovka zamanı onlar 100 bal almışlar. 

5. Sarı torpaqların ümumi sahəsi 157,1 min ha olub, Azərbaycanın ümumi sahəsinin 1,8%-ni təşkil edir. 

Bu tip torpaqlar Lənkəran vilayətinin dağətəyi və alçaq dağlıq zonalarında yayılmışdır. Bu torpaqlar orta illik 

temperaturu 14,5

0

C, orta illik yağıntı miqdarı  700 mm –dən (şimalda)1300-1900 mm-ə (cənubda) qədər olan 



rütubətli Aralıq dənizi tipli, subtropik iqlim şəraitində formalaşmışdır. Yağıntıların əsas miqdarı payızda və qış-

da düşür. 

Sarıtorpaqlar hirkan tipli şabalıdyarpaq palıd və  dəmirağac meşələri altında formalaşır. Çay plantasiyaları 

böyük sahələri tutmuşdur. Rütubətli-subtropik torpaqəmələgəlmənin aşağıdakı növləri ilə  təmsil olunmuşlar: 

dağ-sarı və podzollu-sarı. 

Dağətəyi zonada yerləşən dağ sarıtorpaqları relyefdən və yerləşmə şəraitindən asılı olaraq müxtəlif qalınlı-

ğa malik olurlar. Onların nisbətən yüngül qranulometrik tərkibi var. (<0,01 mm hissəciklərin miqdarı 40%-ə qə-

dər təşkil edir). Su suspenziyası  pH 5,4 – 6,2% arasında dəyişir. Mübadilə  həcmi aşağı (100 qr torpağa 20 

m.ekv. yaxın), kalsiumun üstünlüyü ilədir. (70-80%) Mübadilə əsaslarının tərkibində eləcə də hidrogen (3-10%) 

vardır. Torpağın üst qatında humusun miqdarı 6-8%-ə çatır və profil üzrə aşağı getdikcə kəskin azalır. 

Dağ-meşə sarıtorpaqları başlıca olaraq meşə bitkiləri altındadır və əkinçilik üçün az istifadə olunur ki, bunu 

da ekoloji cəhətdən müsbət hal saymaq lazımdır. Podzollu-sarıtorpaqlar çay bitkisi üçün əlverişli göstəriciləri ilə 

səciyyələnir. Bu göstəricilərə: profilin turş reaksiyası və karbonatsızlığı, böyük massivlərin mənimsənilməsinə 

və çay plantasiyalarının salınması  və istismarı üzrə  işlərin geniş mexanikləşdirilməsinə imkan verən düzənlik 

relyefi şəraitində olması, eroziya proseslərinin zəif inkişafı, qruntun izafi nəmliyinin olmaması daxildir. Bütün 

bu göstəriciləri olan torpaqlar burada çay və başqa subtropik bitkilər yetişdirməyə imkan verir. Bununla yanaşı, 

göstərilən torpaqlar bir sıra mənfi xassələrə də malikdir.  

Sarı-podzollu qleyli torpaqlar dağətəyi düzənliklərə və qədim terraslara aiddir. Onlar səthi izafi nəmliyin ol-

ması və çox vaxt qrunt sularının yaxın yerləşməsi şəraitində formalaşır. Bu torpaqlar çay və qismən taxıl, bağ və 

bostan bitkiləri üçün mənimsənilmişdir. 

6.  Şabalıdı torpaqlar Azərbaycanda 2200,6 min ha (25,5%) sahə tutur. Onlar kifayət qədər geniş zolaq 

şəklində dağətəkləri boyunca və alçaq dağlar zolağında 200 m hündürlüyədək yayılmışdır. Bu zona üçün quru 

çöllərin bitkiçiliyi səciyyəvidir.  Şabalıdı torpaqlar öz xassələrinə görə (humusluluq, karbonatların miqdarı  və 

paylanması və b.) açıq-şabalıdı, şabalıdı və tünd şabalıdı torpaqlara bölünür. 

Açıq-şabalıdı torpaqlar yüksək orta illik temperaturlu (13

0

C-dək) qeyri-kafi rütubət zonasında, quru çöllərlə 



yarımsəhranın qovuşma yerində yayılmışdır. Atmosfer yağıntılarının illik miqdarı (250 mm) su sərfini və buxar-

lanmanı heç də ödəmir. Bu torpaqlar az humusa (2%-ə yaxın) malik olub, dərin duzlaşma əlamətləri və qələvi 

reaksiyası ilə seçilirlər.  

Şabalıdı və tünd şabalıdı torpaqlar zonanın yuxarı hissəsində yayılmışdır. Burada daha yüksək nəmlik qeyd 

olunur (atmosfer yağıntılarının miqdarı 300-500 mm), orta illik temperatur isə 12,5

0

C-dir. Humusun miqdarı 3-



5% hüdudlarında, reaksiya – zəif qələvidir. 

Şabalıdı torpaqlar zonasının TÖS-ü xeyli mürəkkəbdir: o, xırdakonturluq və kompleksliliyin geniş inkişafı 

ilə səciyyələnir ki, bu da xeyli dərəcədə şoranlaşmış, şorakətləşmiş və eroziyaya uğramış torpaqların çox yayıl-



 

250


ması ilə şərtlənir. Şoranlaşmış süxurların yaxın yerləşməsi ilə bağlı olaraq, bu ərazilərdə TÖS-də şorakət komp-

lekslər iştirak edir. Yamaclarda eroziyaya uğramış torpaqların iştirak etdiyi komplekslər inkişaf etmişdir. 

Respublikanın şabalıdı torpaqları yüksək dərəcədə mənimsənilmişdir və meyvə, pambıq, üzüm, taxıl, qış ot-

laqları üçün istifadə olunur. Tünd şabalıdı torpaqlar dəmyə şəraitində, o biri iki tip isə suvarma şəraitində istifa-

də olunur.  

7. Boz və boz-qonur torpaqlar (boz-solodlaşmış) Kür-Araz ovalığının 2493,2 min ha (28,9%) sahəsində, 

isti və davamlı yay (5-6 ay) və mülayim isti qış şəraitində yayılmışdır. Yayı quraqdır. Havanın orta illik tempe-

raturu yüksəkdir (+ 14

0

C), il ərzində düşən atmosfer yağıntıları (180-230 mm) buxarlanma və transpirasiya üçün 



lazım olan suyu ödəmir. Bu, həmin torpaqların yayıldığı zonanı quraq, quru, yarımsəhra iqliminə aid etməyə 

əsas verir. Tipik bitkilik formasiyası – yovşan-efemer bitkiliyidir. 

Boz torpaqlar humusun cüzi miqdarı (yuxarı qatda 1,6-2%), atmosfer yağıntılarının qələviləşdirici təsiri 

üzərində buxarlanmanın açıq-aşkar üstünlüyü nəticəsində səthdə yüksək karbonatlıqla səciyyələnir. Boz torpaq-

larda şorakətlilik əlamətləri, B horizontunun kipliyi və zəif qələvi reaksiya qeyd olunur. 

Nəzərdən keçirilən torpaqların qranulometrik tərkibində gilli və qumlu-gilli növ müxtəliflikləri üstünlük 

təşkil edir. Başlıca olaraq kalsium və maqneziumla təmsil olunmuş mübadilə həcminin kiçik olduğu (100 qr tor-

pağa 20 m.ekv. yaxın) qeyd edilir. Çökmə şəraitindən asılı olaraq, zonanın torpaq örtüyündə şoran və şorakət 

növ müxtəlifliklərinə malik əhəmiyyətli komplekslik müşahidə edilir.  

Suvarma şəraitində boz torpaqlar pambıq və üzüm plantasiyaları üçün istifadə olunur, yem bazaları və qış 

otlaqları kimi xidmət göstərir. 

8. Çəmən torpaqları da boz və boz-qonur torpaqlar kimi, Kür-Araz ovalığının quru və yarımsəhra şəraitində 

yayılmışdır. Ümumi sahəsi 1050,8 min ha-dır (5,5%). Bu torpaqlardan torpaqəmələgəlmənin çəmən tipi yüksək 

qrunt suyu və səthi nəmişliklə bağlı olan xüsusi yerli hidroloji rejimlə şərtlənmişdir. Bu şəraitdə formalaşan tor-

paqlar adi yarımsəhra torpaqlarından xeyli fərqlənir. Bununla yanaşı, onların zonal cizgiləri də vardır: onlar üçün 

üzvi maddələrin sürətli minerallaşması, yüksək karbonatlıq və torpaq əmələgəlmədə tez həll olunan natrium duzla-

rının iştirakı səciyyəvidir. Su rejiminin xüsusiyyətləri ilə bağlı olaraq, onlarda bitkiliyin güclü inkişafı müşahidə 

edilir; bu isə yüksək humus tərkibini təmin edir, relyefin yüksələn və meylli elementlərində, nisbətən zəif səthi və 

qrunt nəmişliyi şəraitində açıq çəmən və çəmən, depressiyalarda isə tünd çəmən torpaqları formalaşır. 

Çəmən torpaqları çox məhsuldardır. Onların məhsuldarlığını daha da artırmaq və  kənd təsərrüfatı üçün 

uğurla istifadə etmək üçün bir sıra tədbirlər görülür. Bu torpaqlar respublikanın suvarma əkinçiliyinin əsasını 

təşkil edir, onlarda pambıq və bir sıra başqa mədəni bitkilər yetişdirilir; qış otlaqları kimi də istifadə edilir. 

9. Şoranlıqlar Azərbaycanın ovalıq zonasında geniş yayılmışdır (475,9 min ha və ya 5,5%) və adətən rel-

yefin depressiyalarında müşahidə olunur. Şoranlıqların əmələ gəlməsi mineral qrunt suların yaxınlığı ilə buxar-

lanmanın yağıntılar üzərində mütləq üstünlüyü şəraiti ilə bağlıdır.  Şoranlıqlar güclü qələvi reaksiyası  və çox 

vaxt udulmuş əsasların tərkibində maqneziumun (50%-ə qədər) və natriumun (20%-ə qədər və daha çox) böyük 

miqdarı ilə fərqlənir. Onlar üçün torpağın səthində tez həll olunan duzların yüksək miqdarı səciyyəvidir. Materik 

qatda quru qalığın ölçüsü 3-5% təşkil edir. Duz tərkibinə görə şoranlıqlar xlorlu və xlorlu-sulfatlı növlərinə bö-

lünür. 

Azərbaycanın şoranlıqları ən az məhsuldar torpaqlardır. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin