1. Geniş miqyasda meşə əkini salmaq üçün:
a) qrunt suyu dərində olan sahələrdə yerli qovaq növlərindən: Əbrişim (qələmə), İtaliya, Sosnovski, qara və
Balzam; hibrid qovaq sortlarından – Zəhra 59, Zəhra 79, PKZ 162, Baxelye, Kopessk 111, Petrovski,
Morilandika 132 və Monilifera 335, 118, 115 qovaqları;
b) qrunt suyu torpaq səthinə yaxın olan yerlərdə: yerli qovaq növlərindən – Əbrişim, İtaliya, Balzam,
Sosnovski, AM-94 və Qaraqovaq; hibrid qovaq sortlarından – Zəhra 79, Zəhra 59, PKZ 162, PKZ 236, RSu
175, Baxelye, Kopeski 111, Petrovski, Pegenerata 446, Monilifera 83,70, 112, pioner və rus qovaqları;
2. Magistral və köməkçi su kanallarının, su anbarlarının, göllərin, hovuzların yaşıllaşdırılması üçün:
a) yerli qovaq növlərindən – Qara qovaq, Deltaşəkilli (Kanada) qovağı, AM-94, Sosnovski, Balzam, İtaliya,
Əbrişim;
b) hibrid qovaq sortlarından – Zəhra 59, Zəhra 79, Baxelye, PKZ 162, Petrovski, Kopeski 111, Özbəkistan,
Monilifera 70;
3-cü qrupa Q.H.Cəlilov yaşayış məntəqələri, mərkəzi və ara yolların kənarlarının yaşıllaşdırılması, park və
xiyabanların salıınması üçün qovaq növləri təklif edir. Fikrimizcə, bu məqsədlərlə qovaq ağaclarının az ömür
sürüb küləyin təsirindən tez-tez yıxılaraq bu obyektlərə təhlükə yaratmasını nəzərə alıb ondan imtina etmək və
onu şərq çinarı ilə əvəz etmək daha düzgün olardı.
Dostları ilə paylaş: |