Çiling tədarükü üçün plantasiya salmaq
Plantasiyanın salınmasında əsas məqsəd, əkin materialı (çiling) hazırlamaq üçün pöhrə yetişdirməkdir.
Plantasiya salmaq üçün təsərrüfatda yalnız əkilməsi təklif olunan qovaq növləri və sortlarından istifadə etmək
lazımdır. Bu məqsədlə seçilmiş torpaq sahəsi düzən, su ilə təmin olunmuş və əlverişli fiziki-mexaniki xassələrə
malik olmalıdır. Əkin üçün torpağı 30-35 sm dərinlikdə şumlamaq və yuxarıda göstərilən qayda üzrə hazırlamaq
lazımdır.
Plantasiya salmaq üçün birillik pöhrələrdən hazırlanan çilinglərdən və ya 1-2 illik tinglərdən istifadə etmək
olar. Bu məqsədlə birillik tinglərdən istifalə etmək daha əlverişli hesab edilir.
Sahədə torpağın münbitliyindən və aparılacaq qulluq işlərinin növündən asılı olaraq, plantasiyada bitkilərin
arası 0,4-1 m, cərgələrin arası isə 0,8-2,0 m olmalıdır.
Plantasiyanı 2 üsulla – kolşəkilli və ştamb saxlamaqla salmaq olar:
K o l ş ə k i l l i p l a n t a s i y a l a r saldıqda əkilmiş bitkilər kök boğazından və ya ona yaxın yerdən
kəsilir.
Ş t a m b l ı p l a n t a s i y a l a r d a əkilmiş bitkilər 0,5-1 m qədər hündürlükdən kəsilir.
Xarici ölkələrdə əsasən kolşəkilli plantasiyalardan istifadə edilir və əkilmiş bitkilər yer səthindən 10-20 sm
hündürlükdən kəsilir.
Respublikanın Qarabağ, Mil-Muğan, Şirvan, Gəncə-Qazax düzənliklərində və Şəki-Şirvan zonasında
aparılan təcrübə işlərinin nəticələri göstərmişdir ki, plantasiyada bitkiləri 0,5 m hündürlükdən kəsdikdə sayca
çox və keyfiyyətcə yaxşı əkin materialı (çiling) əldə edilir (Cəlilov, 1972). Bu üsulun tətbiq edilməsinin
əhəmiyyətli cəhətlərindən biri də odur ki, qulluq işləri aparmaq və pöhrələri kəsmək asan olur.
Adətən əkinin 2-ci ilində etibarən plantasiyadan istifadə edilməyə başlanılır. Plantasiyadan maksimum əkin
materialı 3-5 yaşlarında alınır. Plantasiyanın istismar müddəti orta hesabla 10-12 il hesab olunur.
Təcrübələr göstərir ki, Qarabağ, Mil-Muğan və Şirvan zonası düzənliklərində plantasiya birillik köklü
tinglərlə salındıqda, əkinin birinci ilindən etibarən orada çiling hazırlamaq üçün xeyli pöhrə əmələ gəlir. Bir
hektar plantasiya sahəsindən əkinin 1-ci ilində 50-60 min, 2-ci ilində 500-600 min və 3-cü ilində isə 1 milyona
yaxın əkin üçün yararlı çiling tədarükü etmək olar. Çiling üçün yararlı pöhrələri əsas gövdədən 2-4 sm
hündürlükdən (aralı), xırda pöhrələri isə gövdəyə birləşən yerdən kəsmək lazımdır.
299
Plantasiyaya qulluq işləri sahəni vaxtaşırı suvarmaqdan və gətmənləməkdən ibarətdir. Əkinin 1-ci ilində
sahənin 7-8 dəfə suvarılması və 3-4 dəfə alaq edilməsi tələb olunur. Sonrakı illərdə suvarma və alaqvurma
işlərini tədricən azaltmaq olar.
Dostları ilə paylaş: |