Əkin materiallarının çıxarılması, saxlanması və daşınması
Əkin materiallarını payızda (vegetasiya dövrü qurtardıqdan sonra) və yazda (bitkilərdə şirə axını başlayana
qədər) çıxarmaq olar.
Əkin materiallarını əl alətləri və mexanizmlər vasitəsilə çıxarmaq olar. Əkin materiallarını mexanizmlər
vasitəsilə çıxarmaq əlverişli olur və iqtisadi cəhətcə ucuz başa gəlir. Bu məqsəd üçün adətən VP-2 kotanından
istifadə edilir. Çıxarılmış materiallar təcili olaraq çeşidlərə ayrılır, hər birində 100 ədəd olmaqla qomlar
bağlanır. Yaz və ya payız əkini aparılacağından asılı olmayaraq, əkin materialını açdıqda saxlamaq məsləhət
görülmür. Bunun üçün əvvəlcədən dərinliyi 40-60 sm olan xəndək qazılmalı, bağlı qomlar azca maili olmaqla
həmin xəndəyə qoyulmalı və kök sistemi torpaqlanmalıdır. Əgər əkin materialı torpaqdan payızda çıxarılarsa və
onun yazda əkilməsi nəzərdə tutularsa, onda kök sisteminin şaxtadan və ya quraqlıqdan ziyan çəkməməsi üçün
onları daha dərin basdırmaq, üstünə çox torpaq tökmək və tapdamaq tələb olunur.
Əkin materiallarının qurumaması üçün onları başqa sahələrə daşıyarkən qablamaq lazımdır. Əkin sahəsinə
çatdırılmış material əkinə qədər müvəqqəti basdırılmalıdır.
Tinglikdə olan birillik əkin materialını çıxartdıqda həmin sahədə külli miqdarda kök sistemi qırılıb qalmış
olur. Yaxşı qulluq etmək nəticəsində həmin köklərdən yeni pöhrələr əmələ gəlir. Bu kök pöhrələrinin miqdarı,
təxminən sahəyə əkilmiş çilinglərdən alınan materialların miqdarına bərabər və ya ona yaxın olur. Beləliklə,
qovaq tingliyi salınmış sahəni müntəzəm olaraq suvarmaq və alaq otlarından təmizləmək yolu ilə həmin sahədən
bir neçə il keyfiyyətli əkin materialı almaq olur.
Dostları ilə paylaş: |