Sahənin seçilməsi və torpağın hazırlanması
Təcrübələr göstərir ki, mədəni qovaq meşəliyi salmaq məqsədilə ayrılmış əkin sahələri asan suvarıla bilən
və su ilə təmin olunan yerlərdə seçilməlidir. Sahənin torpağı orta zənginlikdə və ya zəngin, tərkibi yüngül və
duzsuz olmalıdır. Sahədə duzluluq əlamətləri müşahidə edilərsə, onu yuduqdan sonra istifadə etmək lazımdır.
Qovaq əkmək üçün ayrılmış sahələr payız aylarında 25-30 sm dərinlikdə şumlanmalı və yaza qədər şum
halında saxlanmalıdır. Sahə daş və kötüklərdən təmizlənməli, əkinqabağı çarpaz istiqamətdə ikinci dəfə
şumlanmalı, malalanmalı, markörlənməli və suvarma arxları çəkilməlidir. Əgər sahə kəltənli və çala-çökək
olarsa, onda sahənin malalanması iki istiqamətdə (çarpaz) aparılmalıdır.
Dostları ilə paylaş: |