Qovaq ağaclıqlarının artırılması üsulları
Tədqiqat işlərinin nəticələrindən aydın olmuşdur ki, qovaqlar toxum və vegetativ yolla artırıla bilər.
Toxumla artırılma nisbətən yeni üsul olub, iqtisadi cəhətcə əhəmiyyətli hesab edilir. Lakin Azərbaycan
şəraitində bu üsul tam öyrənilməmiş və təcrübədən keçirilməmişdir.
Hazırda meşə və digər təsərrüfatlarda, başlıca olaraq vegetativ artırma üsulundan istifadə edilir. Vegetativ
artırma işi aparmaq üçün ağaclarda əmələ gəlmiş birillik pöhrələr, çoxillik budaqlar (uzunluğu 2-3 m-ə qədər),
kötük pöhrələri, kök pöhrələri, kök çilingləri və yaşıl çilinglərdən (yay çilinglərindən) istifadə etmək olar.
Azərbaycanda və xüsusilə onun Kür-Araz düzənliyi şəraitində qovaq yetişdirmək üçün əlverişli üsul birillik
pöhrələrdən hazırlanmış çilinglərlə artırmaq üsuludur.
Dostları ilə paylaş: |