MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə73/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   69   70   71   72   73   74   75   76   ...   751
Mikrofauna (ibtidailər, rotatorilər, ərincəklər, nematodlar və b.) adlanan qruplaşmada birləşən kiçik torpaq 

heyvanları üçün torpaq mikro su hövzəsi hesab olunur. Əslində onlar su orqanizmləridir. Onlar qravitasiya və 

kapilyar su ilə dolmuş torpaq məsamələrində yaşayırlar, həyatlarının bir hissəsini isə mikroorqanizmlər kimi 

pərdə suyunun hissəcikləri səthində adsorbsiya olunmuş  vəziyyətdə keçirə bilir. Bu növlərin çoxu su 

hövzələrində yaşayır. Lakin onların torpaq formaları şirin su növlərindən kiçik olur, bununla yanaşı, əlverişsiz 

dövrlərin sonunu gözləyərək uzun müddət sistalaşmış  vəziyyətdə qalmaq qabiliyyətinə malikdirlər. Halbuki, 

şirin su amyoblarının ölçüləri 50-100 mkm olduğu halda, torpaq amyoblarının ölçüsü cəmi 10-15 mkm olur. 

Qamçılıların ölçüləri xüsusilə kiçik, cəmi 2-5 mkm olur. Torpaq infuzorları da karlik ölçüsündə olur və 

bədənlərinin formalarını kəskin dəyişə bilirlər.  

Hava ilə tənəffüs edən bir qədər iri heyvanlar üçün torpaq kiçik mağara sistemi sayılır. Belə heyvanlar me-



zofvuna adlanan qrupda birləşir. Torpaq mezofaunasının nümayəndələrinin ölçüləri millimetrin onda bir 

hissəsindən 2-3 mm-ə  qədər olur. Bu qrupa əsasən buğumayaqlılar, gənələrin bir sıra qrupları, ilk qanadsız 

həşəratlar, qanadlı  həşəratların xırda növləri və s. daxildir. Onların xüsusi qazımağa (eşməyə) uyğunlaşma 

üzvləri yoxdur. Onlar torpaq boşluqlarının divarları ilə sonluqlarının köməyi ilə  və ya qurdşəkilli qıvrılaraq 

sürünürlər. Su buxarları ilə doymuş torpaq havası onlara örtükləri ilə  tənəffüs etməyə imkan yaradır. Bir çox 

növlərin traxeya sistemi yoxdur. Belə heyvanlar qurumağa qarşı çox həssasdırlar. Havanın rütubətliyinin 

dəyişməsindən qorunmaq üçün əsas üsul torpağın dərinliyinə doğru hərəkət etməkdir. Lakin torpaq boşluqları 

ilə  hərəkət etmək dərinliyə doğru miqrasiyanı  məsamələrin diametrlərinin kiçilməsi məhdudlaşdırır, odur ki, 

torpaq boşluqları ilə yalnız ən kiçik növlər üçün mümkün olur. Mezofaunanın bir qədər iri nümayəndələri torpaq 

havasında nəmliyin aşağı düşməsinə dözmək üçün bəzi uyğunlaşmalara malikdir: bunlardan bədəndə qoruyucu 

pulcuqları qismən su, hava keçirməyən örtükləri, tənəffüsü təmin edən primitiv sistemli epikutikula ilə başdan-

başa qalındivarlı zirehi göstərmək olar.  

Torpaq su ilə basıldıqda mezefaunanın nümayəndələri həyatını havanın qovuqcuqlarında keçirir. Hava 

heyvanların tüklə  və pulcuqlarla örtülü sukeçirməyən bədənlərinin  ətrafında yığılaraq saxlanılır. Havanın 

qovuqcuqları xırda heyvanlar üçün özünəməxsus «fiziki qəlsəmə» vəzifəsini görür.  

Torpağın mikro və mezofaunasının nümayəndələri torpaq donuşluğunu keçirmək qabiliyyətinə malikdirlər, 

belə ki, növlərin əksəriyyəti donmağa məruz qalan qatlardan aşağıya keçə bilmir.  

Bədənlərinin ölçüləri 2...20 mm olan torpaq heyvanları  makrofaunanın nümayəndələri sayılır. Bura 

həşəratların sürfələri, çoxayaqlılar, enxitreidlər, torpaq soğulcanları və s. daxildir. Torpaq onlar üçün sıx mühit 

olub hərəkət etmələrinə böyük mexaniki müqavimət göstərir. Bu nisbətən iri formalar torpağın hissəciklərini 

aralayaraq onun təbii boşluqlarını genişləndirmək, yaxud yeni izlər (yollar) açmaq yolu ilə hərəkət edirlər. Hər 

iki hərəkət üsulu heyvanların xarici quruluşunda iz buraxır.  

Qazıma (eşmə) yolu ilə hərəkət etməmək yalnız bədənləri kiçik en kəsiyə malik olan növlər üçün xasdır, 

əyri-üyrü yollarla güclü qıvrılma qabiliyyətinə malikdir (çoxayaqlılar, geofillər). Bədənlərinin divarları ilə 

təzyiq göstərmək hesabına torpaq hissəciklərini aralayaraq hərəkət edənlərdən torpaq soğulcanları, 



 

47

uzunayaqlılara aid milçəyin sürfələrini və b. göstərmək olar. Bir çox növlər torpaqda ekoloji cəhətdən sərfəli 



hərəkət tipi uyğunlaşması (qazıma və arxasınca yolu bağlama) inkişaf etmişdir. Qazıma torpağı yumşaltmaq və 

hissəciklərini kürümək yolu ilə aparılır. Bura müxtəlif həşəratların sürfələri aiddir. Bu orqanizmlərin bədənində 

qazıma və kürümək üçün xüsusi uyğunlaşmalar olur.  

Haqqında danışılan ekoloji qrupun əksər növlərində qaz mübadiləsi xüsusi tənəffüs orqanlarının köməyi ilə 

yerinə yetirilir, lakin bununla yanaşı, qaz mübadiləsi örtük vasitəsilə tamamlanır. Bəzi növlər yalnız dərisi ilə 

(məs. torpaq soğulcanı, enxitreid) tənəffüs edir. Torpaqeşən (yereşən) heyvanlar əlverişsiz vəziyyət baş verdikdə 

qatlardan çıxırlar. Quraqlıq vaxtı  və  qışa yaxın onlar daha dərin qatlarda, yerin səthindən bir neçə on 

santimetrdə konsentrasiya olunur.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin