MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə85/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   81   82   83   84   85   86   87   88   ...   751
Cavan generativ bitkilər – çiçəkləyir, meyvə əmələ gətirir, yaşlı struktur formalaşmasının yekunlaşması 

gedir. Bəzi illərdə çiçəkləmədə fasilə də ola bilər.  



Ortayaşlı generativ bitkilər – adətən  ən yüksək böyümə  həddinə çatır, hər il böyük artım və toxum 

məhsulu verir.  



Qoca generativ bitkilər – reproduktiv funksiyası kəskin aşağı düşür, zoğvermə və köklərin inkişafı prosesi 

zəifləyir. Məhvolma prosesləri yenidənyaranma proseslərini üstələyir, dezinteqrasiya güclənir. Qoca vegetativ 



(subsenil) bitkilərdə toxumvermənin (meyvəvermə) dayanması,  əzəmətliyi aşağı düşür, destruktiv proseslər 

güclənir, zoğ  və kök sistemi arasındakı  əlaqələr zəifləyir, həyati formaların bəsitləşməsi nəzərə çarpa bilər

immatur tipli yarpaqlar peyda olur.  

Senil bitkilər – son dərəcə zəif olması, ölçülərinin azalması, bərpa olunduqda az miqdarda zoğun olması ilə 

səciyyələnir, bəzən – yuvenil əlamətlər görünür (yarpaqların forması, zoğların xarakteri və s.). 



Ölmüş fərdlər senil vəziyyətin son dərəcə təzahürüdür, bu zaman bitkidə təkcə ayrı-ayrı canlı toxumalar 

qalır.  


Populyasiyanın fərdlərinin yaş  vəziyyətinə görə bölünməsi onun yaş spektri adlanır. O, müxtəlif yaş 

səviyyələrinin nisbətini əks etdirir.  

Senopopulyasiya  əgər bütün yaş qruplarından (və ya ona yaxın) ibarət olarsa, (konkret növlərin bəzi yaş 

vəziyyətləri, məsələn, immatur, subsenil, yuvenil təzahür etməyə də bilər) ona normal senopopulyasiya deyilir. 

Belə populyasiya asılı olmayıb toxum və vegetativ yolla özünü saxlama qabiliyyətinə malikdir. Belə 

populyasiyada bu və ya digər yaş qrupu üstünlük edə bilər. Bununla əlaqədar olaraq cavan, ortayaşlı və qoca 

(yaşlı) normal senopopulyasiyalar ayrılır.  

Senopopulyasiyanın yaş strukturu əsasən növün bioloji xüsusiyyətləri ilə toxumvermənin - meyvəvermənin 

dövriliyi, məhsuldar toxumların və vegetativ rüşeymlərin sayı, toxumların bitiş faizinin qalma müddəti, fərdlərin 

bir yaş qrupundan digərinə keçmə sürəti, klon əmələgəlmə qabiliyyəti və b.) təyin olunur. Göstərilən bütün 

bioloji xüsusiyyətlərin təzahürü ətraf mühit şəraitindən asılıdır.  

Bir senopopulyasiyanın fərdlərinin inkişafı  və bir yaş qrupundan digərinə keçmə sürəti müxtəlif 

intensivlikdə ola bilər. Normal inkişafla, yəni yaş  vəziyyətləri biri digərini adi ardıcıllıqla  əvəz etməsi ilə 

müqayisədə inkişaf tezləşə və gecikə bilər, ayrı-ayrı yaş vəziyyətləri sıradan çıxa bilər, təkrar sükutluq başlaya 

bilər, fərdlərin bir hissəsi cavanlaşa və ya məhv ola bilər. Bir sıra çəmən, meşə, bozqır növləri istixanada və ya 

əkinlərdə yaxşı aqrotexniki fonda becərildikdə öz ontogenezlərini qısaldır, məsələn, çəmən topalotu və 

çobantoxmağı 20-25 ildən 4 ilə qədər, yaz gülülü (xoruzgülü) 100-dən 10-15 ilə qədər və s. Digər bitkilər isə 

şərait yaxşılaşdıqda (məs. adi zirə) ontogenez uzana bilər.  

Quraqlıq illərində  və intensiv otarma zamanı senopopulyasiyanın ayrı-ayrı yaş  vəziyyətləri sıradan çıxır, 

bəzi növləri vaxtsız senil vəziyyətinə keçir, bəzi növlərin isə cavan və yetişmiş generativ fərdlərində çiçəkləmə 

fasilə verərək elə bil ki, cavanlaşır və ontogenezini uzadır.  

Yaş spektri yalnız xarici şəraitlə deyil, həm də növün reaktivliyindən və davamlığından asılı olaraq 

tərəddüd edir. Otarmaya qarşı bitkilərdə müxtəlif maneələr olur: otarmada bəzi bitkilərdə cavanlaşma baş verir, 

belə ki, qocalma həddinə çatmamış  məhv edilir (məs. yovşan), digərində isə  bərpa aşağı düşdüyündən 

senopopulyasiyanın qocalmasına səbəb olur (məs. bozqır növü Ledebur çiləotu).  

Bəzi növlərdə arealın bütün sahəsində geniş diapazon şəraitində normal senopopulyasiyalar yaş 

strukturunun  əsas  əlamətlərini saxlayır (məs. adi göyrüş, dovşantopalı, çəmən topalı  və s.). Belə yaş spektri 

əsasən növün bioloji xassələrindən asılı olub baza spektri adlanır.  

Baza spektri ən çox davamlı qruplaşmalarda edifikator növlərin senopopulyasiyalarına xasdır.  

Fərdlər nə  qədər böyük olarsa, onun mühitə  və qonşu bitkilərə  təsiri geniş sferdə olur. Əgər 

senopopulyasiyanın yaş spektrində yaşlı vegetativ fərdlər, cavan və ortayaşlı generativ fərdlər üstünlük təşkil 

edərsə, bütün populyasiya bütövlüklə digərləri arasında davamlı vəziyyət tutacaqdır.  

Beləliklə, senopopulyasiyanın təkcə sayı deyil, həmçinin yaş spektri onun vəziyyətini və xarici mühitin dəyişən 

şəraitinə uyğunlaşmasını əks etdirir və biosenozda növün mövqeyini təyin edir.  

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin