Atmosfer havasının çirklənmə səviyyəsini azaltmaq üçün şəhər küçələrində nəqliyyat yükünü nizamlayaraq
onların bərabər paylanmasını təmin etmək lazımdır. Bu zaman hər şeydən əvvəl şəhərin strukturu – sənaye və
yaşayış rayonlarının yerləşməsi, istirahət yerləri, mədəni-məişət xidməti obyektləri nəzərə alınmalıdır.
Şəhərdə bütün küçələrin uzunluğunun təxminən 20-30 % -i magistral küçələrə düşür. Bu küçələrdə avtomo-
bil hərəkətinin 60-80% -i cəmləşir, yəni magistral yollar orta hesabla digər yollara nisbətən 10-15 dəfə çox yük-
İri şəhərlərdə avtomobil «tıxacları» ciddi problem yaradır. Atmosferə ayrılan toksik maddələrin miqdarı ya-
nacaq sərfindən, bu isə avtomobilin sürətindən asılıdır. Çox yüklənmiş küçələrdə nəqliyyat «çox ləng» hərəkət
İri sənaye şəhərlərində hərəkətin orta sürətini artırmaq məqsədilə yapon mühəndisləri hələ 1960-cı illərdə
nəqliyyatın daha çox cəmləşdiyi yerlərdə çoxyaruslu avtomobil estakadlarının tikilməsini tövsiyyə etmişlər.
125
Rusiyada nəqliyyatın ən çox ağır ekoloji şərait vəziyyəti Moskva şəhərində yaranmışdır. Burada orta hərəkət
sürəti 12km /saata enmiş, dayanmadan orta hərəkət uzunluğu 400-500 m – dir. Hər 4 – cü avtomobilin mühərri-
yi dövlət standartının tələbinə cavab vermir. Yaşayış evlərinin pəncərəsi altında havanı hər gün yüzlərlə maşın
mühərriyi qızdırır.
Yeraltı yollar çox avtomobil toplaşan yolayrıcılarının yükünü azaldır. Belə ki, svetoforun yanında avtomobil-
lər daha çox qaz verir və boş – boşuna dayanır.
Küçələrin və meydançaların altında piyadalar üçün düzəldilən şaxələnmiş yeraltı tonnellər avtonəqliyyatın
şəhər mühitinə zərərli təsirini azaldır. Hazırda belə tonnnellər Moskvada 400 – dən artıqdar.Bakı şəhərində isə
10- a qədərdir .
Şəhərin girəcəyində iri yük maşınları üçün tikilən xüsüsi terminallar da şəhər daxilində avtomobillərin sayını
azaldır. Belə terminallarda gözətçi dayanacaqlar, mehmanxana, yeməkxana, kafe, duş, kömrük məntəqəsi, avto-
servis və s. kompleksi fəaliyyət göstərir.
Avtomobil nəqliyyatında ekoloji təhlükəsizliyin proqramında yol tikintilərinin həcminin artırılması və möv-
cud trasların rekonstruksiyası nəzərdə tutulur. Əsas məqsəd – avtomobillərin hərəkət sürətini 50 – 60 km / saata
çatdırmaqdır.
Avtomobil nəqliyyatının əhaliyə zərərli təsirini azaltmaq üçün effektiv tədbirlərdən biri də şəhərdə piyada
zonaları təşkil etmək və ora nəqliyyat vasitələrinin getməsini qadağan etməkdir.
Nəqliyyat tonnelləri intensiv nəqliyyat axını istiqamətində tikilməli, nəqliyyat və piyada hərəkətlərini müx-
təlif səviyyələrdə bölüşdürməlidir.
Xüsusi avtomobillər yaşayış evlərinin, xiyabanların, uşaq meydançalarının yanında yerləşdirilir, bu isə şəhər
əhalisinin şəraitini pisləşdirir.
Xüsusi avtonəqliyyatın saxlanması problemini həll etmək məqsədilə çoxmərtəbəli qarajlar, mehmanxanalar
tikilir. Çoxmərtəbəli qarajlar fəaiyyət göstərən rayonlarda yer haqqı alınması da həyata keçirilir. Moskvanın bir
neçə mikrorayonunda çoxmərtəbəli qarajların tikilməsi üçün yerlər ayrılmışdır.
Dostları ilə paylaş: