Azərbaycan respublikasında
nəqliyyatın vəziyyəti
Respublikamız inkişaf etmiş nəqliyyat infrastrukturuna malikdir.Ekoloji baxımdan isə nəqliyyatın səviy-
yəsi çox aşağıdır.Nəqliyyat vasitələrinin əksəriyyəti keçmiş SSRİ ölkələrində istehsal edilmişdir.Onların
modelləri əsas texniki göstəricilərinə görə inkişaf etmiş ölkələrdə istehsal edilən nəqliyyat vasitələrindən
çox geri qalır.Köhnə, istismar müddəti çoxdan başa çatmış, ucuz qiymətlə xarici dövlətlərdən gətirilmiş
texniki cəhətdən yararsız avtomobillərin istismarı nəticəsində şəhərlərin havasına külli miqdarda zərərli
qazlar buraxılır.
Qeyd edək ki, böyük sərnişin avtobuslarının çoxu az sərnişin tutumu olan mikroavtobuslarla əvəz edi-
lir.Bunun nəticəsində yollarda tıxaclar yaranır, havaya buraxılan zərərli qazların miqdarı dəfələrlə artır.Ba-
kı və Gəncə şəhərlərində havanı çirkləndirməyən nəqliyyat növləri (tramvay, trolleybus) də demək olar
ki, sıradan çıxarılmışdır.
Respublikamızda hazırda avtomobillərdən atılan tullantıların zərərlilik hədlərini müəyyənləşdirən eko-
loji təhlükəsizlik standartları yoxdur.Bu günədək keçmiş SSRİ – nin standartları qüvvədə qalır, bu stan-
dartlar isə müasir beynəlxalq tələblərə cavab vermir.Avtomobillərin ekoloji göstəricilərinə nəzarət tələb
olunan səviyyədə deyil.
Əksər avtomobil magistral, şəhər, rayon mərkəzləri və kənddaxili yolların standartlara cavab verməyən
səviyyədə olması,bir çoxunun isə yararsız hala düşməsi və ya sıradan çıxması avtonəqliyyat tərəfindən
ətraf mühitə atılan zərərli maddələrin miqdarının daha da artmasına səbəb olur.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin avtomobil nəqliyyatı sahəsində ekoloji baxımdan
dayanaqlı ekoloji inkişaf proqramında aşağıdakı tədbirlər irəli sürülür:
- Avtomobil nəqliyyatının ətraf mühitə zərərli təsirinin səviyyəsini tənzimləyən normativ – hüquqi akt-
ların qəbul edilməsi;
- Nəqliyyat sahəsində harmonik siyasətin həyata keçirilməsi üçün nəqliyyat sektorunda qanunvericilik
siteminin təkminləşdirilməsi.
- Avtomobil nəqliyyatında istifadə edilmək üçün ekoloji baxımdan təmiz yanacaq novlərinə keçilməsi
(sıxılmış maye qaz, bioqaz və s.)
- Tələblərə cavab verməyən köhnə nəqliyyat vasitələrinin utiliza edilməsinin təşkili.
- Ekoloji təmiz sərnişin nəqliyyat növlərinin tətbiqi, şəhər daxilində «piyada» zonalarının genişləndiril-
məsi.
- Avtomobil və dəmir yollarının müasir dünya standartlarına uyğun rekonstruksiya olunması.
- Ölkəyə daxil olan avtomobillərin mühərrəklərinin kataliktik qaz neytrallaşdırıcıları ilə təmin olunma-
sına və Avropa ölkələri üçün müyyənləşdirilmiş toksiklik normaların uyğunluğuna nail olmaq.
126
- Şəhər daxilində avtonəqliyyat vasitələrinin sıxlığını azaltmaq və tıxacların qarşısını almaq məqsədilə
yaşayış məntəqələri ətrafında dairəvi avtomagistral yolların çəkilməsi, şəhərdə əhalinin sıxlıq təşkil etdiyi
yerlərdə (məs, Əzizbəyov metrosu stansiyasının yanı, 8 – ci km bazarının yanı və s.) yeraltı yolların sa-
lınması.
Dostları ilə paylaş: |