8.9. Atmosferin ozon təbəqəsi
Ozon ilk dəfə 1839 – cu ildə K.F.Şonbeyn tərəfindən elektirik boşalmalarının müşahidəsi zamanı kəşf edil-
mişdir.1850 – ci ildən sonra ozonun atmosferin bir hissəsi olduğu aşkar edilmişdir. «Ozon» - yunan sözü olub
«kəsgin iy» deməkdir. 1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. Troposfer ozonu yer səthindən 12-17
km
- ə qədər və strotosfer ozonu -50 km qədər, ozonun ən sıx qatı isə yer səthindən -50 km-ə qədər hündürlükdə
yerləşir. 1998 - ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun çox hissəsi stro-
tosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və mövsüm üzrə o, həm də havanın çirklənmə dərəcəsin-
dən asılıdır.
Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Alimlər belə hesab edir ki, hər
il atmosferdə 16 mln ildırım çaxm
a
ası müşahidə olunur.
Dünyanın müxtəlif regionlarında bu və ya digər yüksəkliklərdə hər dəqiqə ərzində orta hesabla 100 dəfəyə qə-
dər ildırım çaxır. İl ərzində ildırım çaxması nəticəsində miliyon kiloqramla ozon əmələ gəlir.
Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir (Havada
olan azot oksidi və CO
2
-ni avtomobil yaradır). Bu zaman ozon fotokimyəvi smoqun baş komponenti sayılır
(los-Anjeles və s). Troposferdə ozonun texnogenez nəticəsində yaranması yüksəkdir (çoxdur). Bu prosesin qar-
şısı alınmazsa gələcəkdə qlobal istiləşməyə səbəb ola bilər. Bu haqda sonra geniş danışacağıq.
Əgər troposfer ozonunun konsentrasiyasının azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fə-
lakətlərə gətirib çıxara bilər.
Biosferdə baş verən ekoloji təzadlardan biri də yer kürəsində canlı aləmi günəşin dağıdıcı ultrabənövşə-
yi şüalarından qoruyan strotosfer ozonunun təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində tez – tez de-
şilməsidir.
Ozon oksigenin allatrop modifikasiyasıdır. (O
3
) Mavi rəngə, xarakterik iyə və partlayıcı xassəyə malik
olan ozon həmçinin ən güclü oksidləşdricidir.Məhz bu keyfiyyətinə görə ozondan güclü dezinfeksiya vasitəsi ki-
mi tibbdə, ərzaq sənayesində, içməli suların saflaşdrılmasında və s sahələrdə geniş istifadə edilir. Təbii şəraitdə
havadan elektrik qığılcımları keçdikdə , şimşək çaxdıqda ozon O
2
- dən yaranır. Strotosferdə günəşin ultrabənöv-
şəyi şüalarının təsirindən də ozon törənir.
Ozonun atmosferdə miqdarı xüsusi çəki etibarilə azdır.Belə ki, hər 10 mln. hava molekuluna 1 mln. normal
oksigen və 3 ozon molekulu düşür.
Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi ol-
duqca zərif və nazikdir. Məsələn, normal təzyiq və temperatur şəraitində atmosferdəki ozonu bir yerə toplamaq
mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı cəmi 3 mm- dən artıq olmaz, lakin onun canlı təbiət üçün rolu
əvəzsizdir.
Ozonun əsas rolu onun udma spektrinin xaraktri ilə əlaqədardır. Ultrabənövşəyi (UB) və infraqırmızı (İQ)
spektr sahələrində intensiv udma zolağına malikdir.
Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı
Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» UB – B şüalanmanı (280 – 315nM) tamamilə
udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan UB – B şüalanmanın miqdarı da hiss
olunacaq dərəcədə artır.
Ozon qatının 10% dağılması zamanı Yer səthində UB – B şüalanmanın intensivliyi təxminən 20% artır. Pla-
netin ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağıl-
masına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və hey-
vanların immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.Əldə olu-
nan məlumatlara görə ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adla-
nan xəstəliyin inkişafına səbəb olmuşdur.Yer üzərində UB – B şüalarının artması «katarakt» göz xəstəliyinə,
göz billurunun deformasiyasına gətirib çıxarır.
Ozon parnik effekti yaradan qazlara aiddir.Troposferdə ozonun miqdarının artması istiləşməyə, strotosfer-
də ozonun artması isə soyumağa səbəb olur.Sənayenin yaranma vaxtından etibarən troposferdə ozonun miq-
darının artması parnik effektini 20% artırmışdır.Ozonun ümumi miqdarının azalması qlobal istiləşmə proble-
mi yaradır, Antarktika və Arktika buzlaqlarının əriməsinə səbəb olur. Bu haqda məlumat aşağıda veriləcək.
Dostları ilə paylaş: |