İlk müşahidələr zamanı ozonun dağılmasının reaktiv təyyarələrin fəaliyyəti ilə əlaqədar olması ehtimal
edilmişdir. lakin bu fərziyyə başlıca amil kimi təsdiq olunmamışdır. Belə ki, dünyanın iri şəhərlərinin atmos-
ferində də ozon deşikləri müşahidə edildi . Odur ki, ozon üçün təhlükə yaradan səbəblər , xüsusilə atmosferi
ləşmə - xlorflor üzvi maddələrdir. (XFK) (əsasən freonlar).
127
Günəş enerjisinin təsirilə yeni ozonun yaranmasına baxmayaraq bu qazın mollekulları tərkibində oksigen ,
azot, hidrogen və brom olan kimyəvi birləşmələrin təsiri ilə tədricən dağılır.Bu kimyəvi maddələr insan atmos-
feri çirkləndirməyə başladığı vaxtdan çox əvvəllər strotosferdə mövcud olmuşdur.Azot birləşmələri quru və
okeanlardan çıxır, hidrogen atmosferdə su buxarından əmələ gəlir, xlor və brom okeanlardan metil – xlorid və
metil – bromid şəkilində atmosferə daxil olur.İnsan fəaliyyəti nəticəsində atmosferə tərkibində xlor və brom
olan əlavə kimyəvi maddələrin daxil olması nəticəsində təbii dağılma – bərpa prosesi pozulur və strotosfer
ozonunun dağılması hadisəsi baş verir.
1996- cı ildə Kaliforniya universitetinin kimyaçı alimləri Şervud– Roulanda və Mario – Malinaya , həm-
çinin alman alimi Pol – Krutsenə , hələ 1977- cü ildə irəli sürdüyü hipotezə görə Nobel mükafatı verildi . On-
ların fikirincə ozon təbəqəsinin dağıdıcısı insan tərəfindən sintez edilən xlor – ftor üzvü maddələridir.
Xlorflor üzvü maddələri, yəni xlorflorkarbon birləşmələri süni yolla çox asan sintez olunur və sənayenin bir
çox sahələrində, o cümlədən də, məişətdə geniş istifadə edilir. Belə ki, soyuducularda, kondisionerlərdə, lakla-
rın, rəng boyaların, müxtəlif insektisidlərin və s, (cücülərə qarşı işlədilən pestisidlər) aerozol qablaşmalarında
məhz freonlardan istifadə edilir.
Freonlar, soyuducular - flüorlu doymuş karbohidrogenlərdir. Tərkibində xlor və bəzən brom da olur 8.2.1
saylı cədvəldə onların təsnifatı verilir. Ən geniş yayılanları diflüordixlormetan CF
2
Cl
2
, flüortrixlormetan - CF
Cl
3
diflüorxlormetan – CHF
2
Cl (qaynama temperaturları uyğun olaraq - 29,8 ; -23,8 və 40,8
0
C- dir. Freonlar
alışmayan, partlayıcı , rəngsiz , iysiz qaz və mayelərdir . Suda pis , üzvi həlledicilərdə yaxşı həll olur,
turşu və
oksidləşdiricilərə qarşı davamlıdır. Freonlar uçucu olduqlarından kosmetikada , ərzaq məhsulları , dərman mad-
dələri , boya və alov söndürən qarışıqların hazırlanmasında istifadə edilir . Freonlar az zəhərli maddələrdir.
Cədvəl 8.1
Dostları ilə paylaş: