9.6. Çay axımının nizamlanması (su anbarları)
Hər hansı bir ərazidə suya olan ehtiyac çay axımının dayanıqlı həcmini keçirsə və digər su ehtiyat-
ları mənbəyi (öncə yeraltı su ) olmadıqda və ya ondan istifadə mümkün olmursa çay axımının nizamlan-
masına , yaxud bəndin çəkilməsinə və ona uyğun su anbarının yaradılmasına zərurət yaranır.Bəndin və su
anbarının yaradılması bərpa olunan su ehtiyatı həcminin artırılmasında mühüm üsul sayılır.
Ş.V.Xəlilovun (2003) məlumatına əsasən dünyada ilk su anbarları 5 min ildən də çox əvvəl yaradıl-
mışdır.Qədim Misirdə eramızdan 3 min il əvvəl Menes fironu dövründə hündürlüyü 15m, uzunluğu 450
m olan Koşiş bəndi yaradılmışdır.Təxminən eramızdan 2800 – 2500 il əvvəl Qahirədən 30 km cənubda
hündürlüyü 12m, uzunluğu 108 m olan (Sadd – al – Kafara ) yeni bir bənd tikilmişdir.Eramızdan 2300 il
əvvəl Qahirədən 80 km cənubi – qərbdə Fayyun çökəkliyində o dövr üçün bövük sayılan həcmi 1 km
3
olan tarpağı suvarmaq məqsədilə Meris su anbarı yaradılmışdır.Təxminən 3500 il eramızdan əvvəl Tiqr
çayı üzərində böyük Nimrod tikilmiş və o,1800 ilə qədər , yəni eramızın VII əsrinə qədər qalmışdır.Bu
su anbarı Naxran su kanalının köməyilə 400 km uzunluğunda əraziləri suvarmışdır.
Eramızın ilk əsrlərində Mesopotomiya , İran , Roma İmperiyası, Çin , Yaponiya, Hindistan, Şri – Lanka
və b. regionlarda yeni su anbarları yaradılmışdır.
Eramızdan əvvəl VI əsrdə İranda suvarma məqsədilə Caraxı çayı üzərində 9 bənd çəkilmişdir.III –
VII əsrlərdə tikilən Gər – gər bəndi indi də durur.1000 il əvvəl İsfahan və Şiraz arasında yaradılan Ban-
da – əmir su anbarı hazırda da istismar edilir.
Avropanın ilk su anbarları da eramızdan əvvəl peyda olmuşdur. İspaniyada Albarreqas çayı üzərində
eramızdan əvvəl II əsrdə həcmi 10 mln m
3
olan Karnalbo su anbarı hələ indiyə qədər mövcuddur. Bü-
tün qədim su anbarları əsasən irriqasiya su təchizatı məqsədilə yaradılmışdır. Eramızın I minilliyində, xü-
susilə VII əsrdən sonra kütləvi surətdə dəyirman su anbarları tikilməyə başlandı.
Məs., fransız şəhəri Arl yaxınlığında 16 dəyirman su anbarının qalıqları durur. Sonralar faydalı qazın-
tıların çıxarılmasının genişlənməsinin və sənayenin inkişafı ilə əlaqədar çoxlu böyük su anbarları yaradıl-
dı. XIX əsrdən başlayaraq inkişaf etmiş ölkələrdə yeni bəndlər və su anbarları tikildi.
XX əsrdə ,xüsusilə 1950 – ci ildən başlayaraq bəndlərin tikilməsi işi artmışdır. Hazırda dünyada mil-
yona qədər insan tərəfindən yaradılmış müxtəlif ölçülü (təbii göllərlə müqayisə ediləcək böyüklükdən ən
kiçik gölə (nohura) kimi ) su anbarları mövcuddur.Onların ümumi həcmi 6000 km
3
– keçir, faydalı həcmi
isə 3000 km
3
təşkil edir.Həcmi 1 mln km
3
– i keçən iri su anbarlarının sayı 30 000 – ə qədərdir. Onlardan
ən böyükləri Anqara çayında Bratski (169 km
3
) , Zambezidə – Karib ( 160 km
3
) , Nildə – Nasir (157km
3
),
Voltada – Volta (148km
3
) su anbarlarıdır.Su anbarları səthinin ümumi sahəsi 600000 kv.km təşkil edir.
Su anbarlarının səthindən 240 km
3
– a qədər su buxarlanır. Afrika kontinenti üçün belə su sərfinin
miqdarı suvarma suyundan sonra ikinci yeri tutur və sənayedə istifadə olunan suyun mütləq ölçülərin-
dən 5 dəfə çoxdur.
Rusiyadakı su anbarlarının hamısı düzən ərazidə yerləşir. Bunun nəticəsində subasarında və çay ter-
raslarındakı kənd təssərrüfatı üçün ən qiymətli torpaq sahələri itirilir.Bundan başqa su anbarları bir sıra
ekoloji problemlər yaradır: əhalinin köçürülməsi, təsərrüfatın ənənəvi istiqamətinin pozulması, suyun key-
fiyyətinin pisləşməsi, bəndin aşağı byefində dayanıqsız – əlverişsiz hidroloji rejimin yaranması, axımın bi-
ogen elementlərinin (fosfor və azot) tutulub (çöküb) saxlanması və buna müvafiq dənizlərin bioloji məh-
suldarlığının azalması, qrunt sularının səviyyəsinin qalxması və onunla əlaqədar təbii və antropogen land-
şaftların məhsuldarlığının dəyişməsi, balıq sənayesi üçün şəraitin pisləşməsi və s.
Su anbarlarının müsbət cəhəti – hidroelktrik stansiyaları ətraf mühiti çirkləndirmir.Onlar həm də energe-
tika sistemlərində mühüm rol oynayır.Dünyanın bir çox rayonlarında su anbarları yaratmadan həyat qeyri
mümkündür.İri çaylarda su anbarları naviqasiya şəraitini (gəmilərin hərəkətini ) yaxşılaşdırır.
|