9.7. Azərbaycanda çay axımının nizamlanması
(Azərbaycanın su anbarları və gölləri)
Məlum olduğu kimi Azərbaycan qədim əkinçilik ölkəsidir. Burada əkinçilik yaranandan bəri suvarma-
dan istifadə olunmuşdur. Ş.V.Xəlilov (2003) qeyd edir ki, təxminən 3000 il əvvəl yarandılan irriqasiya ka-
nallarının izləri indiyə kimi qalmışdır. Məs., VI –VII əsrlərdə tikilən Gərər kanalından hazırda da istifadə
olunur. Muğan və Mil düzlərində IV-VIII əsrlərə aid olan suvarma sistemlərinin izləri aydın bilinir.
1890 – 1880 – ci illərdə yalnız Yelizavetpol (Gəncə) quberniyasında 890 – a qədər suvarma kanalı he-
saba alınmışdır, 1914 – cü ildə onların sayı 1200 –ə çatmışdır. Kənd təsərrüfatı sahələrinin suvarılması üçün
çay sularından başqa kəhriz , bulaq , yağış və qar sularından da istifadə olunmuşdur.Yağış və qar suları-
nı, həmçinin çay daşqın sularını toplamaq üçün böyük olmayan bəndlər tikilmiş və su anbarları yaradıl-
mışdır.Təkcə Lənkəran qəzasında 1883- cü ildə əsasən düyü tarlalarını suvarmaq məqsədilə 123 su anba-
rı olmuşdur.
Muğan düzündə Kürün sağ sahilində Qaracala stansiyasının yanında tikilən su anbarı daşqın suları ilə
doldurularaq xanın 500 desyatin düyü sahəsini suvarmaqda istifadə olunmuşdur.
Naxçıvan qəzasında daha iri su anbarları tikilmişdir.Burada XVI – əsrin sonunda dəniz səviyyəsindən
2000 m yüksəklikdə mövcud olan Qanlı Gölün yerində eyni adlı su anbarı yaradıldı, 200 – 250 il istis-
mar olunduqdan sonra bu su anbarı öz əhəmiyyətini itirmiş, 1853 – cü ildə isə Kəlbalı xan tərəfindən
həcmi artırılaraq yenidən bərpa edilmişdir.
Dostları ilə paylaş: |