165
1. Abu Dibis
2. Aqua Vermeyla
3. Əsəd (Tabka)
4. Baykal
5. Ban Çao-Nen
6. Bratsk
7. Brokopondo
8. Buxtarmin
9. Bxumifol
10. Vadi-Tar-tar
11. Viktoriya
12. Vilyuy
13.Vinnipeq
14. Volqoqrad
15. Volta
16. Qarrison
17. Qordon
18. Qordon M.Xrum
19. Qrand Rapids
20. Quri
21. Daniel Conson
22. Danszyankou
23. Zeysk
24. İlya Solteyra
25. İtaypu
26. İtumbiara
27. Kabora – Bassa
28. Kainci
29. Kama (Perm)
30. Kanyapisko
31. Kapivara
32. Kapçaqay
33. Qərib
34. Kaxobsk
35. Keban
36. Kalım
37. Kosu
38. Krasnoyarsk
39. Kremençuq
40. Kuybışev
41. La-Qrand 2
42. La-Qrand 3
43. La-Qrand 4
44. Lak kasse
45. Manantali
46. Manikuaqan – 3
47. Mid (Quver)
48. Mika
49. Mingəçevir
50. Missa
51. Naqarcunasaqar
52. Naser
53. Neçako
54. Nijnikamsk
55. Nipiqon
56. Nureksk
57. Oaxe
58. Ontario
59. Pauel
60. Reyndir
61. Rixand
62. Rıbinsk
63. Sanmınsya
64. Sao Simao
65. Saratov
66. Sayan
67. Seros-Kolorados
68. Sinanyan
69. Sinfınyan
70. Sirikit
71. Sobradinyo
72. Suapiti
73. Supxun
74. Tarbela
75. Toktoqulsk
76. Tres-Marias
77. Tuin-Keyne
78. Ust-İlimsk
79. Fort-Pek
80. Franklin-Ruzveld
81. Furnas
82. Funman
83. Xantay
84. Simlyansk
85. Çebokarsk
86. Çerçil
87. El-Çokon
9.9. Azərbaycanda göllərin ekoloji vəziziyyəti
Ş.B.Xəlilova (2003) görə Azərbaysan Respublikasında göllərin sayı 250-yə çatır. Onlardan 7-sinin sahəsi 10 km
2
-
dan artıqdır, 25-ninki isə 1km2-dan çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi isə 250 km
2
olub, onlardan 165
km
2
, yəni bütün göllərin sahəsinin 66%-i Kür – Araz ovalığında 4 gölün payına düşür. Ş. B.Xəlilov (2003) mənşəyi,
yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə Azərbaycan göllərini 3 əsas qrupa ayırır: 1) Kür – Araz ovalığı gölləri;
2) Abşeronun gölləri; 3) Dağ gölləri;
Aşağıda onların xarakteristikası verilir.
1. Təbii proseslər, son illərdə isə insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində Kür – Araz ovalığının gölləri dəfə-
lərlə dəyişikliyə uğramışdır. 1953-cü ildə Mingəçevir su anbarı və 1970-ci ildə onun qolu Araz çayı üzərində «Araz» su
qovşağı vasitəsilə Kür və Araz çaylarının axını tənzimləndikdən sonra düzənlikdəki gölllər və axmazlar bu çayların daş-
qın sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük dəyişikliyə uğ-
radı, Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və b. göllər qurudu və bataqlığa çevrildi. Hazırda Ağgöl, Meh-
man, Sarısu gölləri Kür – Araz ovalığındakı kollektor-drenaj sisteminin köməyi sayəsində mövcuddur, Hacıqabul gölü-
nə isə su nasosla verilir.
166
Kür çayının suyu tənzimləndikdən sonra göllərdə suyun keyfiyyəti xeyli dəyişmişdir. Onlara çaydan təbii axının
olmaması ilə əlaqədar təmiz suyun minerallıq dərəcəsi artmışdır. Hazırda Ağgölün minerallıq dərəcəsi 13000mq/l,
Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründə minerallığın kəskin yüksəlməsi kollektor-drenaj suları-
nın göllərə axınının çoxalması ilə bağlıdır. Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük təsərrüfat əhəmiyyəti
daşıyır. Bu göllər həmişə balıqla zəngin olmuşdur. 1940-cı ildə Hacıqabul gölündən tutulan balığın miqdarı 8850
sentner, Sarısu gölündən isə 6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su rejimi
kəskin dəyişmiş, dayazlaşmış, şorlaşmış , bunun nəticəsində suyun bioloji rejimi dəyişmiş və faktiki olaraq balıqçılıq
öz əhəmiyyətini itirmişdir.
Cədvəl 9.9
Dostları ilə paylaş: