Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə ilin soyuq dövründə göllər atmosfer ya-
ğıntıları ilə dolur, ilin isti dövründə isə onların suyu azalır və ya quruyur. Göllərin belə vəziyyəti 1960-cı ilə qə-
dər qalmışdır. Sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə
göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirklənməsi-
nə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur.
Xəzər dənizi sahilində bir neçə laqun (dənizdən ayrılmış kiçik göl) gölə təsadüf olunur (Ağzıbirçala, Olxov-
ka) ,onların sahəsi dəniz suyunun səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illər-
də səviyyəsinin qalxması ilə əlaqədar bu göllər faktiki olaraq dəniz körfəzlərinə çevrilmişdir.
167
Vaxtilə Abşeron gölləri öz təbiətinə görə nadir göllər olmuşdur. XVII-XVIII əsrlərdə onlardan xörək duzu və
müalicəvi lilli - palçıqlı su kimi istifadə olunmuşdur.
XX əsrin ortalarında bu göllərdə xörək duzu istehsalı 10 min tona çatırdı. Bu duzdan həm Cənubi Qafqazda ,
həm də İran və Türkiyədə istifadə edilmişdir.Ən çox duz ehtiyatı Masazır, Fatmayı və Qabu göllərindədir. Ma-
sazırın bir gölündə xörək duzunun ehtiyatı 200 min tondan artıqdır( Ş.Xəlilov,2003).
Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində xeyli yod və brom vardır.1920
–ci ildə keçmiş SSRİ – də ilk yod zavodu Romananın gölü bazasında tikilmişdir.Masazır gölünün dib çöküntü-
lərindən - palçığından hazırda da müalicə məqsədilə istifadə olunur.
Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur , bir çox yaşayış məntəqələri və sənaye müəssisə-
ləri çirkab sularını təmizləmədən yaxınlığındakı göllərə axıdır.Odur ki , göllərin əksəriyyəti hədsiz dərəcədə
çirklənməyə məruz qalmışdır.Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki
suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün ( çimmək, su turizmi və s. ) , hətta texniki ehtiyacı
ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.Göllərin çirklən-
məsinin qarşısını almaq, onların rekonstruksiya etmək və yarımadada ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşa-
ğıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:
- Sənaye və məişət çirkab sularının göllərə axıdılmasının qarşısını almaq məqsədilə bütün sənaye və komu-
nal müəssisələrdə təmizləyici qurğular sistemi yardılmalıdır ;
- Kəsgin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin qurudulması;
- Yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya etmək və kənd təsərrüfatı bitkilərinin suvarılması da-
ha proqressiv üsullarla aparılmalı;
- Drenaj sistemi yaratmaq yolu ilə qurunt sularının səviyyəsini aşağı salmaq və quyulardan istifadə etmək;
- Neftlə çirklənmiş torpaqların rekultivasiyası.
3. Kiçik Qafqazın dağ gölləri dəniz səviyyəsindən 1400 – 3000 m yüksəklikdə yerləşir . Onların sayı 20 – yə
çatır.Ən böykləri Alagöl, Qaragöl,Göy - göl hesab olunur , bütün göllərin ümumi sahəsi 12 km
2
təşkil edir.
Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır, onlar mənfi antropogen amillərin təsirindən qorunmalı-
dır.Onların su resurslarından istifadə olunması məqsədə uyğun sayılmır.Bu göllərin təbii şəkildə gözəlliyini sax-
lamaq turizm məqsədilə istifadə etmək lazımdır. Göllərdə abadlıq təsərrüfatının yaradılması su rejiminə və ətraf
mühitə mənfi təsir göstərməz.
Böyük Qafqazda dağ göllərinin sayı 70 – dən artıqdır.Onların 50 - sinin sahəsi 1 ha – ra qədərdir, 21 gölün
sahəsi 1 – dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 km
2
- dan bir qədər artıqdır.
Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı, su ilə yaxşı təmin olunmuş və mü-
layim - soyuq iqlimli ərazilərdə yerləşir.Belə şəraitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, su-
yun həçmi və keyfiyyəti demək olar ki, dəyişməmiş qalır.
Dostları ilə paylaş: