Çay sularında asılı maddələr əksəriyyət hallarda narın torpaq hissəciklərindən ibarətdir. Asılı gətirmələrin
qatılığı torpağın su eroziyasının, yəni hövzənin vəziyyətinin göstəricisidir. Bu prosesdə kənd təsərrüfatı böyük
rol oynayır. Ümumiyyətlə, hər hansı bir eyni şəraitdə əkin sahələri çox olduqca çay axını gətirmələri də artır.
Dünya çaylarının axım gətirmələrinin miqdarı təxminən ildə 20 mlrd. ton təşkil edir. Çay hövzəsində insan
fəaliyyətinin təsirilə torpaq səthinin və bitki örtüyünün pozulması nəticəsində axım gətirmələrinin miqdarı artır.
Axım gətirmələrinin antropogen çoxalması çaylarda gəmilərin hərəkət şəraitini pisləşdirir, su anbarlarını və su-
varma sistemlərini lilləndirir.
Gətirmələr halında narın torpaq hissəcikləri adətən, öz səthində fosfor birləşmələrini adsorbsiya edir. Çaylar üzərin-
də bəndlər yaradıldıqdan sonra demək olar ki, gətirmələrin hamısı adsorbsiya edilmiş fosforla birlikdə su anbarlarında
akkumulyasiya olunur. Bu isə bəndin aşağı yerində torpağın münbitliyini və balığın məhsuldarlığını aşağı salır.
Turşuluq göstəricisi (PH) 5 və aşağı olan təbii suların asidifikasiya vəziyyətində olması qəbul olunmuşdur.
İsveçdə 85000 göldən 4000 -i ciddi adifikasiyalı, 18000-i isə müəyyən kritik dövrlərdə, xüsusən qarın ərimə
dövründə turşuluğu çoxalır. 4500 göldə demək olar ki, balıq yoxdur, 1800 göldə isə olduqca yüksək asidifikasi-
yaya məruz qaldığından demək olar ki, canlı həyat yoxdur. Cənubi Norveçdə minlərlə göl asidifikasiyaya uğra-
yıb, onlardan 1750-də balıq yoxdur. Finlandiyada 8000 göldən 500-ü asidifikasiya olunub. Kanada, ABŞ, Dani-
marka, Qərbi və Şimali Böyük Britaniya, Almaniya, Niderland, Avstriya və İsveçrədə də asidifikasiyaya məruz
qalan göllər çoxdur.
Ekosferdə bir çox proseslər turşu – qələvi reaksiyası ilə təyin olunur, yəni PH- göstəricisinin ölçüsündən
asılıdır. Su hövzələrində gedən bütün bioloji proseslər – yosunların inkişafı, mikroorqanizmlərin parçalanması,
nitrifikasiya və denitrifikasiya PH - dan asılıdır. PH-ın optimal ölçüsü 6-8 arasında optimal ölçü hesab olunur.
Su ekosistemlərində flora və faunanın dəyişməsi asidifikasiyanın mühüm indiqatoru sayılır. Şərqi Kanada göllə-
rində PH-6 olduqda xərçəngkimilər, həşaratlar, bəzi yosunlar və zooplankton yoxa çıxır. PH 5-dən az olduqda
balıq populyasiyaları da yoxa çıxır, suda – quruda yaşayanların reproduksiyası məhdudlaşır.
Göllərin asidifikasiyasını müəyyən dərəcədə idarə etmək olar. Bunun əsas iki yolu var: 1) Gölə və onun bü-
tün hövzəsinə turşulu yağışların miqdarını azaltmaq; 2) Suyu əhəngləmək yolu ilə ona bilavasitə təsir etmək.
Əhəngləmə apardıqdan sonra göl suyunun kimyəvi vəziyyəti tez bir vaxtda yaxşılaşır və reaksiyası neytrala
yaxınlaşır. Lakin bioloji bərpa olma prosesi yavaş gedir, balıq populyasiyaları isə əhəngləmə apardıqda 5 ildən
sonra da tam bərpa olunmur. Gölün suyunu kifayət qədər normal saxlamaq üçün dövri olaraq əhəngləməni tək-
rarlamaq vacibdir.
Dostları ilə paylaş: |