Patogenlərlə yoluxma – mədə – bağırsaq xəstəliklərindən yüksək dərəcədə xəstəlik və ölümün çox mühüm
faktoru. Bu əhalinin sıxlığından və onun sosial-iqtisadi inkişafından bilavasitə asılıdır, odur ki, inkişaf etməkdə
olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə içməli su təchizatı sistemində su emal olunur, lakin inki-
şaf etməkdə olan ölkələrdə içməli su kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir.
Cədvəl 9.10
Su obyekti
Suyun keyfiyyəti problemi
Su obyekti üçün spesifik olan Ümumi
Çaylar Patogenlər
Ağır metallar
Üzvi maddələr
Asılı maddələr
Asidifikasiya
Göllər və su an-
barları
Evtrofikasiya
Asidifikasiya
Yeraltı sular
Minerallaşmanın artması Üzvi
mikroçirk-
ləndiricilər
Nitratların qatılığının artması
Hindistanda 1980-cı ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 şəhərdən yalnız 8-də aparılmışdır,
217 şəhərdə isə təmizlənmə natamam (qismən) yerinə yetirilmişdir. Nyu-Dehli şəhərindən axan Yamuna çayı
sutka ərzində 0,2 mln. kub.m təmizlənməmiş çirkab su qəbul edir. Bunun nəticəsində şəhər daxilində suyun pa-
togen çirklənmə indeksi 3200 dəfə artaraq 100ml suda koli bakteriyalarının sayı 24 mln.- a çatır. Qanqa çayında
da patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır.
Patogenlə yoluxma ilə üzvi maddələrlə çirklənmə qarşılıqlı əlaqədədir. Üzvi maddələr – çirkləndiricilərin,
ən böyük qrupu sayılır. Onlar suya kanalizasiya çirkabları və ya nizamlanmamış məişət axıntıları vasitəilə həll
olunmuş, yaxud asılı şəkildə daxil olur. Bəzi yerlərdə sellüloz –kağız və yeyinti sənayesi də suyu xeyli çirklən-
dirir. Üzvi maddələrlə çirklənmənin coğrafi yayılması patogen yoluxmanın yayılması ilə tam uyğun gəlir.
Çaylar suda həll olan oksigenin sayəsində xeyli özünü təmizləmə qabiliyyətinə malikdir. Çay axımının tur-
bulent rejimi nəticəsində oksigenin miqdarı havadan daim doldurulur. Çayda üzvi maddələrin miqdarı onun özü-
nü təmizləmə qabiliyyətindən artıq olduqda suyun çirklənməsi güclənir. Suyun üzvi maddələrlə və patogenlərlə
çirklənməsi problemini həll etmək üçün kompleks tədbirlər yerinə yetirmək lazımdır. Bu baxımdan hövzəyə da-
xil olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəfdən təmizləyici qurğuların tikilməsi əsas rol oynayır.
İnkişaf etməkdə olan ölkələrdə məişət axıntılarının həcminin artması, çirkab sularının təmizləyici qurğularının aşağı
keyfiyyətdə olması və ya olmaması nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və patogenlərə yoluxması artır. İnki-
şaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər əhalisi üçün kanalizasiyanın mühəndis sistemi tikilməlidir.
|