9.8. Su anbarlarının ekoloji vəziyyəti
Su anbarlarında suyun keyfiyyəti ora tökülən çayların çirklənmə dərəcəsindən, onların yatağının səhiyyə
– gigiyena vəziyyətindən asılıdır. Alimlərin tədqiqatları göstərir ki, çayların intensiv çirklənməsi fonunda
yaradılan su anbarları antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti kəsgin pisləşir. Əvvəllər kiçik
su hövzələri antropogen evtrofikasiyaya məruz qalırdısa, indiki dövrdə iri su anbarlarında , xüsusilə kaskad-
la tənzimlənən çaylar üzərində tikilən su anbarlarında «suyun çirklənməsi» baş verir.
Son on illərdə evtrofikasiya prosesi Dneprovodsk və Volqa kasakadlı su anbarlarında, iri göllərdə (Ladoqa, One-
qa, Pskov – Çud), daxili dənizlərdə (Baltik, Xəzər, Qara) və kiçik çaylarda baş vermişdir. Müxtəlif su anbarlarında
antropogen evtrofikasiya prosesi müxtəlif səbəblərdən baş verir.Ladoqa gölünün çirklənməsi alüminium səna-
yesi, Pskov – Cud gölünki isə sahələrin çirkab sularilə əlaqədardır.Belorusiya və Baltikyani ölkələrdə su hövzələ-
rinin evtrofikasiyası kənd təsərrüfatı çirklənməsi ilə bağlıdır.
Azərbaycanda səth sularının çirklənməsində bir çox sənaye və kənd təsərrüfatı iştirak edir. Əsas su
anbarları qonşu dövlətlərdə güclü çirklənməyə məruz qalan iri çayların Kür və Araz çaylarının üzərində
yaradılmışdır.Kür , Araz çaylarının və onların qollarının çirklənməsi haqda məlumat yuxarıda müvafiq fə-
sildə verilmişdir. Qonşu dövlətlərdə güclü çirklənən Kür çayı respublikamızın ərazisinə daxil olarkən sü-
rəti azaldığından daha iri və ağır asılı hissəciklər zibil halında çayın dibinə çökmüş , qalanları isə Şəm-
kir su anbarına keçir.Bunun nəticəsində çöküntülərin və su anbarının dibi çirklənir, suda həll olan zərər-
li maddələr , xüsusilə biogen elementlər bütün su hövzələri kaskadında su anbarının antropogen evtrofi-
kasiyaına səbəb olur. Bununla yanaşı Mingəçevir və Şəmkir su anbarının dibi bitki örtüyündən ( meşə,
kol ,lianlar və s,) təmizlənmiş və onların tədricən çürüməsi suyun keyfiyyətinə , oksigen rejiminə və su
hövzəsinin heyvanat aləminə (balıqlara) mənfi təsir göstərir (Ş. Xəlilov , 2003).
Ş. B. Xəlilovun (2003) apardığı çoxsaylı müşahidələr göstərir ki, Mingəçevir su anbarı sahillərində mə-
işət zibilləri və sənayenin müxtəlif sahələrinin tullantıları başdan – başa zolaq əmələ gətirir. Güclü fırtı-
nadan sonra, daşqın sularının axdığı dövrdə külək axını vasitəsilə çoxlu zibillər su anbarının şərq sahili-
nə gətirilir və Mingəçevir şəhər çimərliyi dəfələrlə zibilin təmizlənməsi üçün bağlanır.1982 – ci ildə
Şəmkir su anbarı istifadəyə verildikdən sonra belə mənzərəni onun sahillərində müşahidə etmək olar. Su an-
barının ölçüləri, o cümlədən sahil xətti Mingəçevir su anbarından kiçik olduğu üçün burada zibil zolağı-
nın eni və qalınlığı daha çox olur.
Sutka ərzində Gəncə şəhərindən Gəncəçaya 300 min m
3
çirkab suları axıdılır, 25 km – dən sonra isə
Kürə qarışır.
Mingəçevir şəhərindən Varvara su anbarına sutkada 150 min m
3
çirkab suyu axıdılır.
Araz çayı və qolları Ermənistan ərazisində güclü çirkləndiyindən (çirkab sularının miqdarı sutkada 2,1
mln m
3
təşkil edir).
«Araz» su qovşağı respublikimızın su anbarlarının hamısından daha çirklidir . Bunun nəticəsində
«Araz» su anbarında suyun « çirklənməsi» və balıqların kütləvi qırılması baş verir.
«Araz» su qovşağı sutka ərzində Naxçıvan şəhərinin 70 min m
3
– çirkab suyu ilə çirkləndirilir, onun
47 min m
3
- i Naxçıvan çayından daxil olur, 23 m
3
– i bilavasitə su anbarına axıdılır.
164
İnkişaf etmiş ölkələrdə (ABŞ, İngiltərə, Fransa, Almaniya) su anbarlarında suyun keyfiyyətini yaxşılaşdır-
maq üçün su süni yolla aerasiya edilir. Bu məqsədlə suyu qarışdırmaq və atmosfer oksigeni ilə zəngin-
ləşdirmək üçün xüsusi hidropnevmatik qurğudan istifadə olunur və ya sualtı oksigen rezervuarlarından is-
tifadə olunur .Belə tədbirdən son vaxtlar Dneprovodski və Kaxovski su anbarlarında da istifadə olunması
planlaşdırılır. Bu su anbarlarında suyun «çiçəklənməsi» böhranlı ekoloji vəziyyət yaratmışdır, yayda göy
yaşıl yosunlar parçalanandan sonra suda amonium azot və mineral fosforun miqdarı 10 – 15 dəfə , üzvi
azot 50 – 200 dəfə və ona uyğun toksik maddələr ( fenollar , sionidlər və s. ) də artır. Ona görə yay döv-
ründə balıqlar və digər canlılar məhv olur.
Antropogen evtrofikasiya Volqa kaskadında və Rusiyanın, Orta Asiyanın, Qazaxıstanın və Qaraqum ka-
nalının su anbarlarında da təhlükəli ekoloji vəziyyət yaratmışdır.
Azərbaycanda su anbarında suyun aerasiyası üçün heç bir qurğu və texniki vasitələrdən istifadə olun-
mur.
Mingəçevir su anbarı əsas təyinatından başqa Mingəçevir şəhərini içməli su ilə təmin edir.Gələcəkdə
perspektivdə onun suyunun Abşeron yarımadasına gətirilməsi nəzərdə tutulur, suyun təmiz saxlanması
üçün Ş.V.Xəlilov (2003) su anbarının sahillərində Ceyranbatan su anbarında olduğu kimi sanitar zona
yaradılması tədbirini təklif edir.
Azərbaycanda olan 56 su anbarından yalnız ikisi (Pirsaat və Ağsu çayından doldurulan Cavanşir su
anbarları) demək olar ki, tam lillənməyə məruz qalmışdır.
Dostları ilə paylaş: |