s. ) birlikdə inkişaf etməkdə olan ölkələrin strategiyasının mühüm hissəsini təşkil edir. Tropik şəraitdə mü-
layim iqlimli ölkələrlə müqayisədə çay axımının nizamlanması əlavə problemlər yaradır.Belə ki, su an-
barlarının rejimi və onların ətraf mühitə təsiri yüksək dərəcədə təbii şəraitdən asılıdır. Tropik regionda
hər yeni su anbarı yaradıldıqda xəstəlik və ölüm hadisələrinin səviyyəsi kəsgin yüksəlir: su mubadiləsi-
nin yavaş (zəif) olması, su biokütləsinin çoxalması ilə əlaqədar su anbarlarının suyunun keyfiyyəti çay
sularına nisbətən adətən pis olur. Bu isə xəstəliklərin artmasına səbəb olur.Malyariya, şistosomatoz kimi
xəstəliklərin yayıcıları əvvəlkinə nisbətən su anbarlarının suyunda yaşamaq üçün əlverişli şərait tapır, bu
Son illər rütubətli ekvatorial meşə zonasında da su anbarları tikilir.Bu isə yuxarıda göstərilənlərdən
başqa əlavə yeni ekoloji problemlər yaradır.Bu zonada ilk su anbarı və 8 mln kvt. gücündə SES Brazi-
liyada Tukurui hesab olunur.Burada daim yüksək dərəcədə istiliyin olması şəraitində su bitki örtüyü ol-
duqca yaxşı inkişaf etdiyi üçün su anbarında suyun səthi praktiki olaraq görünmür. Ölü su biokütləsinin
sonrakı çürüməsi həll olmuş oksigeni sudan tam udaraq nəhayət qalan biokütlənin anaerob çürüməsinə
və oldluqca zəhərli hidrogen sulfidin ayrılmasına gətirib çıxarır. Burada ölümlə nəticələnən ensofalit xəs-
təliyinin bir növü də daha çox müşahidə olunmağa başladı.Belə vəziyyət Surinamda da mövcuddur, bu-
rada o qədər də böyük olmayan Brokopondo su anbarında hidrogen – sulfidin iyi o dərəcədə kəsgindir
161
Ümumiyyətlə böyük bənd və su anbarlarının iqtisadi, ekoloji – iqtisadi effektini qiymətləndirmək mü-
rəkəbdir: Su anbarları öz vəzifəsini yerinə yetirərək su ehtiyatlarını artırır, digər tərəfdən isə bir çox əl-
verişsiz nəticələr yaradır.
Bəndlərin və su anbarlarının tikilməsinin bir çox mənfi nəticələri onların gələcəkdə inkişaf etdirilmə-
məsinə əsas verir.Lakin yaddan çıxarılmamalıdır ki, su anbarları bərpa olunan su ehtiyatlarının həcminin
artırılması üçün mühüm vasitədir.
RAN – ın xarici üzvü (ABŞ) Q.Yayt Misirdə Nil çayı üzərindəki Asuan bəndinin tikilməsinin ekoloji
nəticələrinin dərin təhlilinə eynimənalı qiymət vermir.Yay (iyun-sentyabr) yağışları nəticəsində hər il daş-
qınlar baş verərək həmişə Misirin inkişafında və sivilizasiyasında səmərəli (faydalı) rol oynayır.Belə ki,
daşqınların münbit lilli suyu ilə tarlalar suvarılırdı.Hazırda isə münbit lil bənd tərəfindən tutulub saxlanı-
lır, odur ki, torpağın münbitliyi mineral gübrələr verməklə bərpa olunur.Digər tərəfdən isə Nil çayının
suyu su anbarında toplanaraq mümkün su ehtiyatının həcmini nizamlayır , sonra isə ondan suvarmada və
elektrik enerjisi almaqda istifadə olunur.1970 – ci illərin sonlarında Asuan su anbarı bir neçə olduqca
yüksək və çox təhlükəli daşqınların suyunu özündə saxladı.Əksinə, 1980 – ci illərdə yeddi il dalbadal
Nilin daşqınlarının həcmi orta həcmdən də aşağı olmuşdur.Bu zaman az yağıntılı illərdə su qıtlığı za-
manı Misirdə tarlaların suvarılmasında Asuan su anbarının suyundan istifadə edilmişdir.Beləliklə, su an-
barı dəhşətli təhlükənin qarşısını almışdır.Ölkə aclıqdan, iqtisadi çətinliklərdən və siyasi qeyri sabitlikdən
xilas edilmişdir.
Böyük hidrotexniki sistemlərin, o cümlədən su anbarlarının yaradılması 1970 – ci illərdən sonra özü-
nün gərgin vəziyyətinə çatdı. Hazırda onun azalmağa doğru meyli artmışdır.Bununla yanaşı Çində Yans-
zısyan çayı üzərində dünyada ən böyük SES və Türküyədə Yefrat və Tiqr çayında 22 bənd və 19 SES
olan və 1,7 mln ha ərazidə suvarma sistemi nəzərdə tutulan kompleksin yaradılması layihəsi həyata ke-
çirilir.
Dünyada su anbarlarının azadılmasının müxtəlif səbəbləri vardır. Bir çox ölkələrdə bənd tikiləsi yerlər-
dən artıq istifadə olunmuş , qalan yerlər isə iqtisadi və siyasi baxımdan sərfəli hesab edilmir.ABŞ – da
son 25 ildə su anbarı tikilməmişdir.1995 – ci ildə ABŞ – da su anbarlarının tikilməsini dayandırmaq haq-
qında qərar qəbul olunmuşdur.
Dünyada su anbarlarının yaradılmasının təxirə salınması haqqında aşağadakı səbəbləri də göstərmək
olar: Tikintinin baha başa gəlməsi , əhalinin su altında qalan zonadan köçürülməsi, yüksək keyfiyyətli tor-
paq sahələrinin itirilməsi, ciddi və qabaqcadan məlum olan pis ekoloji nəticələr, bəndin yuxarı və aşağı
byefində hidroloji rejimin kəsgin dəyişməsi, təyin olunmuş həyat tərzinin və təsərrüfatın pozulması və s.
Dostları ilə paylaş: