9.5. Qurunun suları
9.5.1. Quru sularının əsas funksiyaları
Təbiətdə su, bir çox qarşılıqlı əlaqələrin, o cümlədən digər geosferlərin mərkəzində dayanır.Cəmiyyətdə
bir sıra iqtisadi, ictimai və siyasi problemlərin böhranlı faktoru sayılır.Ekoloji baxımdan, ümumi şəkildə
demək olar ki, qurunun suyu ekosferdə üç əsas mühüm funksiyası daşıyır:
1.
Maddələrin qlobal tsiklində iştirakçı, çox vaxt aparıcı və birləşdirici iştirakçı;
2.
Ekosistemlərin , xüsusilə çay və göllərin indiqatoru;
3.
Ən geniş istifadə edilən təbii sərvət.
Çox hallarda su əsas qlobal ekoloji problemlərin hakim faktoru sayılır. Su karbon qazı, azot, kükürd,
fosfor və b. elementləri qlobal biokimyəvi tsikllərin və böyük geoloji tsiklin ekzogen hissəsinin (eroziya-
sedimentasiya tsiklinin) mühüm faktorudur. Qlobal hidroloji tsikl ekosferin əsas həyattəminedici mexanizmidir.
Bir sıra gərgin ekoloji problemlər su problemlərilə əlaqədardır.Antropogen təbii və kənd təsərrüfatı sis-
temlərin vəziyyətinin pisləşməsi, ya su rejiminin dəyişməsi nəticəsində (çox vaxt insanın fəaliyyəti nəticəsin-
də) baş verir, və ya əksinə, sistemin antropogen dəyişməsi torpağın susaxlama qabiliyyətinin, bitki tərəfin-
dən suyun tutulub saxlanmasının, torpağın susızdırma qabiliyyətinin və ona uyğun hidroloji rejimin də-
yişməsinə səbəb olur.
Su hövzədə gedən prosesləri birləşdirmək xüsusiyyətilə fərqlənir.Bütövlüklə, demək olar ki, su təbiətdə
bir çox qarşılıqlı əlaqələrin mərkəzində duraraq bənzər landşaftlarda , insanın bədənində qanın oynadığı ro-
156
la uyğun rol oynayır.Qanın analizi xəstənin vəziyyətini göstərirsə, təbii suların kimyəvi və fiziki xüsu-
siyyətləri hövzədə gedən bir çox proseslərin obyektiv indiqatoru hesab olunur.
Zonal təbii proseslər hidroloji rejimin əsas göstəricilərində əks olunur.Məsələn , rütubətli tropik meşə
zonasında çaylar çox sulu olub axımın qalınlığı təxminən 1200mm təşkil edir, yeraltı axımın payı yüksək
(50 % - ə yaxın), suyun temperaturu da daim yüksək (25-27
0
C) olur. Bu zonanın təbii suları ultra – şirin
olub tərkibində həllolan maddələrin miqdarı 100mq/l – dən az , hətta bəzi hallarda 10mq/l təşkil edir, hid-
rokarbonatlı – silisli sinfə daxildir, asılı gətirmələr çox az qatılıqlı olub 50q/l – dən az təşkil edir.
Bozqır zonada axımın qalınlığı az olub il ərzində 50 mm təşkil edir.Mövsüm ərzində çox dəyişgən
olur.Axım əsasən ( 80 % ) sutoplayıcı hövzənin səthi ilə axan sularla formalaşır.Suları şirindir , lakin tər-
kibində çoxlu duzlar ( 1000mq/l – ə qədər ) olur , hidrokarbonatlı – kalsiumlu , bulanıqlıq dərəcəsi yüksək
olub 500mq/l –ə qədər təşkil edir.
Dostları ilə paylaş: |