Azərbaycan ərazisində Kür hövzəsindəki çayların və su anbarları
sularının çirklənmə indeksi (SÇİ) göstəricilərinə görə
keyfiyyətlərinin qiymətləndirilməsi
(Hidrometeorologiya Komitəsinin
1988-89-cu illərin məlumatlarına görə)
Azərbaycan, Gürcüstan və Ermənistanın müvafiq idarələrinin məlumatına əsasən 2000-ci ildə Kür çayının
hövzəsinə 468 mln. m
3
çirkab suları, o cümlədən 237 mln. m
3
(51%) Gürcüstan, 219 mln. m
3
(46%) Ermənistan,
yalnız 12 mln. m
3
(3%) Azərbaycan tərəfindən atılmışdır (R.Mahmudov, 2003).
Araz çayında yaranan gərgin ekoloji vəziyyət Kür çayından daha təhlükəlidir. Araz çayı Gümrüdən başla-
yaraq Naxçıvan MR ilə sərhəd əraziyə kimi axınboyu Ermənistanın 10-dan çox sənaye şəhərlərinin məişət və
sənaye çirkablarını qəbul edir. Bununla yanaşı düşmən ərazisindən Araza qovuşan Gedərçay, Vorotan, Axuryan
çayları son dərəcə zəhərlənmişdir. Onların sularında demək olar ki, oksigen olmur, turşuluq göstəricisi pH 2,4-ə
enir, mikroflora 180-200 dəfə azalır, çay sahilləri boyu bitki örtüyü də məhv olur.
Ermənistanla Naxçıvan MR arasında (Sədərəklə Surenavan kəndi) Arazın suyunda fenollar 220-1160 dəfə,
ağır metallar duzları 36-44 dəfə (mis, mlibden və s.), azot-fosfor duzları 26-34 dəfə, xloridlər 28 dəfə, neft mən-
şəli karbohidrogenlər 73-113 dəfə ziyansız qatılıqdan yüksəkdir (Salmanov, 2003).
Cədvəl 9.14
Dostları ilə paylaş: |