X Fəsil
DÜNYA OKEANI VƏ DƏNİZLƏR
Okeanlar Yer səthinin böyük hissəsini tutur. Dünya okeanının böyüklüyünü təsəvvür etmək üçün müqayisə-
li misallar gətirək: Əgər Yer səthi tamamilə düz olsaydı Okean onu 2700m qalınlığında su təbəqəsi ilə örtmüş
olardı; planetimizin hər bir sakininə orta hesabla 311 mln. ton su düşür. Yuxarıda qeyd edildiyi kimi Dünya oke-
anı 34 mln. km
2
sahə tutur, yəni planetimizin səthinin 71%-ni təşkil edir. Quru və dənizlər arasında olan belə
fərq mühüm qlobal əhəmiyyət kəsb edir və Yerin su və istilik balansına böyük təsir göstərir. Belə ki, Günəş ra-
diasiyasının 10%-ə qədəri okeanın səthi ilə udularaq suyun qızmasına və suyun səth qatları ilə atmosferin aşağı
qatları arasında istiliyin turbulent mübadiləsinə, qalan 90%-i isə buxarlanmaya sərf olunur.
181
Cədvəl 9.17
Dostları ilə paylaş: |