10.3. Okean və dənizlərin ekoloji problemləri
Dünya okeanında insanın təsərrüfat fəaliyyəti müxtəlifdir. Neft daxil olmaqla ən böyük yüklər dənizlərlə
daşınır. Yuxarıda qeyd edildiyi kimi Dünya okeanı balıq və digər bioloji ehtiyatların, həmçinin hələ az istifadə
olunan mineral xammalın mənbəyidir. Okean həm də insan fəaliyyətinin məhsullarını qəbul edir və onu dəyişdi-
rir.
Sahilə yaxınlaşdıqca antropogen yük çoxalır. Daxili dənizlər və körfəzlər açıq dənizə nisbətən daha böyük
antropogen yükün olması ilə fərqlənir. Sahil zonası balıqçılığın çox inkişaf etməsi, müxtəlif böyüklükdə liman
qurğularının olması, gəmiçiliyin sıxlığı, çox vaxt kənardan gətirilən xammalla işləyən sənaye və energetikanın
inkişaf etdiyi, daxili kontinent rayonlar arasında nəqliyyat əlaqələrinin olması, əhalinin sıx yerləşməsi və yüksək
artımı ilə səciyyələnir.
Dənizlərin vəziyyətinə təsir göstərən insan fəaliyyəti növləri aşağıdakılardır:
Dostları ilə paylaş: |