vətəkələrindən gələn gəlir 60 milyard dollara yaxındır. Okeanda tutulan balıq çəkicə planetin quru hissəsindən
əldə edilən qida məhsulunun yalnız 1%-ni təşkil edir. Lakin unutmaq olmaz ki, bəşəriyyətin istifadə etdiyi hey-
Son on illər ərzində balıq ovu çoxalmışdır. Belə ki, 1950-ci ildə dünyada 22 mln. ton təşkil edirdisə, 1989-
cu ildə bu rəqəm 100 mln. tona çatdırıldı. Balıq ovunun genişlənməsi adam başına istifadəsinin də artmasına sə-
bəb oldu, yəni 1950-ci ildə adam başına 9 kq-dan, 1989-cu ildə 19 kq-a çatdırıldı. İxtioloqların hesablamalarına
görə balıq biokütləsinin illik artımı 100 mln. ton təşkil edir. Bu, bərpa olunan resurs sayılan balığın il ərzində
maksimum mümkün olan ölçüsu, yəni balıqçılığın dayanıqlı həddidir. Əgər balıq ovu bu həddi keçərsə təhlükəli
184
nəticələr verə bilər. Belə ki, balıq resursları azalmağa doğru gedir. Proqnozlaşdırmalar göstərir ki, 2030 ilə ba-
lıqdan istifadənin orta statistik göstəricisi adam başına ildə 11 kq-a enəcəkdir.
Dünyanın müxtəlif akvatoriyalarında balıq ovunun son həddə çatdırılması qiymətli ov balıqlarının – məsə-
lən, Uzaq Şərqdə, ABŞ-ın qərb sahilkənarı regionlarında və Kanadada qızıl balığın, Xəzərdə nərə balığının, Şi-
mali Atlantikada kambala (qalxan balıq), siyənək, treska və paltusun, Perunun sahillərində sardina balığının eh-
tiyatının azalmasına (tükənməsinə) səbəb olur. Deqradasiyaya uğramış balıq sürüləri heç vaxt öz ilk sayına və
məhsuldarlığına bərpa oluna bilmir.
Okean balıqçılığından (vətəkələrdən) okean balıqçılıq təsərrüfatına keçilməsi böyük və mürəkkəb problem-
dir. Onun həlli üçün balıq, malyusk və su bitkiləri yetişdirilməsi üçün dəniz fermalarının yaradılmasına başlan-
dı. Bu işdə Yaponiya böyük müvəffəqiyyət əldə etdi, burada yaradılan balıqçılıq təsərrüfatı artıq ildə 500 min
ton balıq məhsulu verir. ABŞ-da süni yolla 350 min ton malyusk yetişdirilir.
Yüksək keyfiyyətli zülal məhsulları sayılan digər heyvanların okeanda bioloji kütləsi olduqca böyükdür, la-
kin onların istifadəsinə hələ indi başlanır. İlk növbədə bu baxımdan, bu heyvan kril hesab olunur. Antarktika su-
larında onun ehtiyatı on milyon tonlarladır. Buradan onun qida rejimini pozmadan və sonrakı illərdə ehtiyatını
azaltmadan ildə 200 mln. ton kril əldə etmək mümkündür, kril qışda və yazda buzlar arasında qalır, yay və payız
isə böyük ölçülü sürülərlə açıq suda olur. Finval, göy kitlər, qorbaçlar və seyvallar onunla qidalanaraq ildə 40
mln. ton kril məhv edirlər.
Krildən yüksək keyfiyyətli zülal məhsullarının hazırlanması təcrübəsi yaxşı nəticələr vermişdir. Hazırda sa-
tışda krildən hazırlanmış «Krevet yağı», «Koral» pendiri, «Okean» zulal pastası peyda olmuşdur. Polşa, Yaponi-
ya, Almaniya da bu problemə maraq göstərməyə başlamışdır.
Okeanın bioloji resurslarını qorumaq məqsədilə balıq ovu vətəkələrində, balıqçılıq fermalarında, dövlətlər
arasında ov kvotası (norması) təyin olunmalıdır.
Dostları ilə paylaş: