10.1. Okean və dəniz ekosistemləri
Dünya okeanı Sakit, Hind, Atlantik və Şimal Buzlu okeanlarından ibarətdir.
Sakit okean. Dənizlərlə birlikdə sahəsi 178,7 mln.km
2
təşkil edir, orta dərinliyi – 3976 m, maksimum
dərinliyi – 11022 m-dir (Mariann novu). Mineral resursları neft və qazdan ibarətdir. Dəniz sahəsi krab, suiti,
yosunlar və mirvaridən təşkil olunmuşdur.
Sakit okeanda sualtı aləmin çox müxtəlif nümunələri olan dünyada ən iri balıqlara (kit akulası), uçan
balıqlara, dəniz şirlərinə, kalmarlara burada rast gəlinir.
Tropik enliklərdə 2000-dən artıq, Uzaq Şərq dənizlərində isə 800-ə qədər balıq növü yaşayır. Dünyada əldə
edilən balıq və dəniz məhsullarının 50%-indən çoxu bu regionların payına düşür. Sakit okean riflərində yüzlərlə
mərcan növləri məskunlaşır.
Turizmin inkişafı, ətraf mühitin çirklənməsi Sakit okeanın təbii balansını və ekosistemlərini təhlükə altına
alır.
Hind okeanı. Ərazisi 76,17 mln. km
2
, orta dərinliyi 3711 m, maksimum dərinliyi 7729 m (Zanus novu)
təşkil edir. Okeanın şimal hissəsinin iqlimi musson tiplidir. Tropik və subtropik enliklərin cənub hissəsində pas-
satlar, mülayim enlikdə böyük gücə malik olan tsiklonlar üstünlük təşkil edir. Suyun səthində temperaturu 20
0
C-
dən yuxarı, cənub hissədə isə 0
0
C-dən aşağıdır.
Okean sularında heyvanat aləminin müxtəlif nümayəndələri yaşayır, bura mərcanlar, balıqlar (o cümlədən
akula (ağ akulanın uzunluğu 11 m-ə çatır), kitlər (balinalar), tısbağalar, meduzalar daxildir. Hazırda yallı tim-
sahlar sıradan çıxmaq təhlükəsi altındadır. Balıqçılıq əsasən sahilyanı zonada inkişaf tapmışdır.
Dostları ilə paylaş: |