Atlantik okeanı. Atlantik okeanının ərazisi 41,6mln. km
2
, orta dərinliyi 3597 m, ən dərin yeri 8742 m-dir
(Puerto-Riko novu).
Atlantik okeanı okeanlar arasında ən cavanı olub adı qədim yunanların itaət etdiyi Atlas allahının şərəfinə
verilmişdir. Yerin qütblərinin soyuq suyu ilə ekvator rayonlarının isti suyunun qarışması okeanda güclü
axınların əmələ gəlməsinə səbəb olur. Okeanın şimal hissəsində Şimal-Passat, Qolfstrim və Şimali-Atlantik isti
axınları; Labrador və Kanar soyuq axınları. Cənub hissədə isti Cənub passat və Braziyev və soyuq Qərb
küləkləri və Benqal axını.
Ən yüksək qabarma (18 m) Fandi körfəzində və Men körfəzinin şimal hissəsində qeydə alınmışdır.
Ekvator yaxınlığında su səthinin temperaturu 28
0
C olub, uzaq şimalda isə qışda bəzi yerdə su donur.
Atlantik okeanın suları planktonla zəngin olub kitlər, suitiləri, dəniz quşları və min növlərlə balıqların yemi
sayılır. Okeanın sularında balıqçılıq inkişaf etmişdir. Əvvəllər geniş yayılan donqar və digər kit növləri yoxa
çıxmaq təhlükəsi altındadır.
Atlantik okeanı zonasından mühüm dəniz və hava yolları keçir.
Dostları ilə paylaş: |