MəMMƏdov qəRİb xəLİlov mahmud


 Dünya okeanının əhəmiyyəti



Yüklə 4,78 Mb.
səhifə305/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   301   302   303   304   305   306   307   308   ...   751
10.2. Dünya okeanının əhəmiyyəti 

Bəşəriyyətın həyatında okeanın rolu çoxtərəflidir. Okean mühüm mühit yaradıcı funksiyası daşıyır. Yerin 

radiusu ilə müqayisədə okeanın su təbəqəsi nazik pərdə təşkil etsə  də Yerdə  həyatın mövcudluğunda okeanın 

əhəmiyyəti böyükdür. O, iqlimin və atmosferin qaz tərkibinin formalaşmasında, mineral maddələrin dövranının 

yerinə yetirilməsində mühüm rol oynayır. Okean və atmosfer arasında istilik mübadiləsi nəticəsində iqlimi və 

havanı təyin edir. 

Qeyri-bioloji resurslar (xammal və energetika). Hazırda Okeanın dərinliklərində yerləşən  müxtəlif mineral xammal 

ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehti-

yatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlət-

dən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 –dən artıq neft və qaz  yataqları aşkar edilmiş, onların 700-dən çoxunda 

istehsal başlanmışdır. Dəniz və okanların dibindən hər il 700 mln. ton neft çıxarılır, bu, dünyada istehsal edilən neftin 30%-i 



 

183


qədərdir. Dənizərin dibindən 300 mlrd. m

3

-dan artıq qaz çıxarılır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelf-



də çıxarılacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m

3

 hesablanmışdır. Bu dünya neft ehtiyatının yarısı, 



qaz ehtiyatının isə 

3

2



-ni təşkil edir. Dünya okeanı hədsiz enerji mənbəyidir. Bu enerji qabarma və okean axınları, ləpənin 

dalğası və s. hesab olunur. Alimlərin məlumatına görə Okean dalğalarının enerjiyə çevrilmiş gücü 900 mlrd. kvt-a yaxınla-

şır. Qabarma enerjisinin dünya potensialı isə 1 trln. 200 mln. kvt təşkil edir. Gücü 240 min kVt olan ilk qabarma elektrik 

stansiyası Fransanın Atlantik okeanı sahilində Sen-Malo buxtasında Rans çayının mənsəbində işə salınmışdır. Dalğanın, 

dəniz axınının, suyun səthindəki və dərinliyindəki temperatur fərqindən enerji almaqda istifadə etmək üzrə bir çox layihələr 

hazırlanmışdır. 

Okeanın dibində və suyunda çoxlu miqdarda mineral xammal vardır. Dünya okeanında 1,4 ·10

16 


ton natri-

um, 1,8 · 10

15

 ton maqnezium, 5,6 · 10



14

 ton kalsium, 5,3·10

14

 ton kalium, 20 mlrd. tona qədər uran, 15 milrd. 



ton mis, 0,5 mlrd. ton gümüş, 8-10 mln. ton qızıl həll olunmuşdur. Dəniz suyundakı maqnezium, brom (brom 

ehtiyatının 99%-i okeanda yerləşir) istehsalı artıq mənimsənilmişdir. Dünya okeanında həll olan qızılın miqdarı 

hər adam başına 1 kq-dan artıq olması hesablanmışdır. 

Türkiyə, Çin, Avstraliya, Arktika, ABŞ-ın şelflərində daş kömür tədqiq edilmişdir. Dünyanın kükürd istehsalı-

nın 4%-i okeanın payına düşür. Okean şelflərində fosforitlərin ümumi ehtiyatı 30 mlrd. ton təşkil edir, onun yalnız 

10%-i bir neçə il fosfor gübrəsi istehsalı üçün kifayətdir. 

Şelfdə həmçinin ağır metalların mədənləri vardır, onlar nadir metallar əldə etmək üçün mənbə sayılır. Avstraliyanın 

dəniz mədənləri 90% rutil konsentratı (rutil və ilmenitin tərkibində titan vardır), dünyada çıxarılan sirkonun 60%-ni, mona-

sitanın (torium) 25%-ni verir. Braziliyada 1600 km uzanan sahil, Florida yarımadası (ABŞ), Hindistanın cənub sahilləri

Cənubi-Şərqi Asiyanın sualtı mədənləri qalay yataqlarının əsas regionlarıdır. Tərkibində qızıl olan qumların ehtiyatı Alyas-

kada öyrənilmişdir. Namibiyanın şelfində (Afrika)  su altından almaz çıxarılır. 

Okean dibinin səthində iri dəmir-marqans konkresiya yığınları – polimineral mədənləri aşkar edilmişdir, 

burada ayrı-ayrı elementlərin miqdarı onların qurudakı ehtiyatından dəfələrlə çoxdur. 

Dəniz suyunda praktiki olaraq Mendeleyev cədvəlində olan bütün elementlər mövcuddur. Yapon alimləri 

dəniz suyundan uran almaq üçün eksperimental qurğu yaratmışlar. Sikoku adasında yerləşən müəssisədə ildə 36 

min ton dəniz suyu süzgəcdən keçirilir, 1000 ton sudan 3 qram uran alınır. Yaxın illərdə okeandan ildə 1000 ton 

uran əldə etmək planlaşdırılır, bunun üçün 333 mlrd. ton dəniz suyu süzgəcdən keçirilməlidir. Urandan Yaponi-

yada durmadan artan atom elektrik stansiyalarında istifadə olunması planlaşdırılır. 

Qazaxstanda dənizdən şirin su alınır, Şevçenko şəhərində əhali və müəssisələr Xəzərin süzgəcdən keçirilən 

suyundan istifadə edirlər. Hazırda dünyada 1000-dən artıq təmizləyici (şirinləşdirici) qurğudan istifadə edilərək 

sutkada 3 mln. m

3

 su təmizlənir. XXI əsrin əvvəlində 500 mln. m



3

 dəniz suyunun şirinləşdirilməsi planlaşdırılır. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin