MəMMƏdov qəRİb xəLİlov mahmud


Respublika ərazisində Kür çayının və qolarının üzvi qalıqlar, o



Yüklə 4,78 Mb.
səhifə301/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   297   298   299   300   301   302   303   304   ...   751
Respublika ərazisində Kür çayının və qolarının üzvi qalıqlar, o 

cümlədən maksimal kəmiyyət göstəriciləri  

(1987-1989-cu ilərin məlumatı) 

 

 



Okeanın üst zonası (0-200 m dərinliyində) böyük istilik tutumuna malikdir. Bu zona planetin cari iqliminin 

formalaşmasında mühüm rol oynayır. Küləyin suyun üst səthinə  təsiri səth zonasında okean sirkulyasiyasının 

əsas xüsusiyyətini təyin edir. Okeanın sirkulyasiyası enerjisinin ekvator zonasından qütblərə doğru qlobal pay-

lanmasını təmin edir. Okeanın üst zonası iqlim sisteminin mühüm komponenti olub orta illik iqlimin formalaş-

masında, onun ilbəil dəyişməsində və on və yüz illər miqyasında tərəddüdündə aktiv iştirak edir. Okeanın dərin 

zonaları üst zonaya nisbətən coğrafi zonallıq qanununa son dərəcə az, çox vaxt isə qətiyyən tabe deyildir. 

Dünya okeanının dərin (2000-4000 m dərinlikdə) və dib (4000-dən dərin) zonaları onun ümumi həcminin 

64%-ni təşkil edir. Bu zonalarda suyun temperaturu 3

0

C-dən aşağıdır. Dünya okeanının bütün kütləsinin orta 



temperaturu cəmi 4

0

C-yə yaxındır. 



Okean sularının şaquli sirkulyasiyası suyun temperaturunun və duzluluğunun müxtəlifliyi ilə əlaqədar onun 

sıxlıq fərqinin təsiri altında suyun üst qatdan dərin qatlara qarışmasına səbəb olur. Burada qarışan su atmosferin 

təsirindən təcrid olunaraq minillərlə və daha çox müddətdə istilik tutumunu saxlayır. Belə istilik tutumunun çıx-

ması və ya əksinə toplanması iqlimin uzun müddətli dəyişməsində həlledici ola bilər. 

Dünya okeanının aşağı temperaturda olması və onun böyük istilik enerjisi mühüm paleocoğrafi rol oynayır. 

Okeanın dərin qatları yalnız Yer sisteminin çox müddətli istilik tənzimedicisi deyildir. Okeanın dərin qatları ilə 

səthi arasında istilik mübadiləsinin güclənməsi və ya zəifləməsi yəqin ki,Yerin iqliminin ciddi və uzun müddətli 

dəyişməsində mühüm rol oynayır. 

Dünya okeanı həm də maddələrin iri akkumlyatorudur, onun suyunun tərkibində həll olmuş halda 50·10

15

 



ton maddə mövcuddur. Suyun duzluluq dərəcəsi məkanca artsa da kimyəvi tərkibi dəyişmir. 


 

182


Okean özündə asılı maddə halında və canlı formalarda məhlul halında 4·10

12

 ton karbon saxlayır. Quruda, 



canlı orqanizmlərdə, torpaqda və parçalanan üzvi maddələrdə karbonun miqdarı bundan təxminən 20 dəfə azdır. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin