180
Kür boyu yerləşən Yevlax, Zərdab, Sabirabad, Əli-Bayramlı, Salyan, Neftçala və b. yaşayış məntəqələri
Kürə ilboyu aramsız çirkab axıdırlar. Ona görə bu sahələrdə Kür sularında sanitar-gigiyenik normalardan on
min dəfədən yüksək koliform qrupuna aid bakteriyalar aşkar edilmişdir (Salmanov, 2003). Öz ərazisində Kür,
Araz və onların yüzlərlə qolları amansız çirklənir. Hövzədə yerləşən yaşayış məntəqələrinin heç birində müasir
bioloji təmizləmə qurğusu yoxdur.
Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür və Araz çayları və onların qollarının su-
yunun kimyəvi tərkibində xeyli dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı su-
yunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində
suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır (Ş.Xəlilov, 2000).
Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natrium-
ludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür-Araz ovalığında suvarılan sahələrdən
qayıdan suların və kollektor drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və birbaşa Xəzər dənizinə tökülən çaylarda da (Bö-
yük Qafqazın şimal-şərq hissəsi və Lənkəran təbii vilayəti çayları) çirklənmə müşahidə olunur.
Quba-Xaçmaz bölgəsində yerləşən Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Ataçay, Gilgilçay, Lənkə-
ran bölgəsində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış məntəqələri və aqrar-sənaye təsərrüfatları
tərəfindən aramsız çirklənməyə məruz qalır.
Dostları ilə paylaş: