Okeandan istifadənin digər istiqamətləri. Bəşəriyyətin keçmişi, bu günü və gələcəyi okean ərazisindən
nəqliyyat istifadəsi ilə bağlıdır. Dəniz nəqliyyat fəaliyyəti yüksək dərəcədə dinamikliyi ilə fərqlənir, beynəl-
xalq gəmiçilik ticarətinin yerinə yetirdiyi xidmətin illik həcmi 150 mlrd. dollar təşkil edir.
Okean və onun sahilləri təbiətdən rekreasiya məqsədilə istifadə üçün ən gözəl yerlərdir. Odur ki, dünya
əhəmiyyətli iri kurortlar okean və dənizlərin sahilində yerləşir.
Sahilyanı zonada bütün dünyadakı rekreantların yarıya qədəri istirahət edir. 2025-ci ilə onların sayı 2 dəfə
artması proqnozlaşdırılır. Yalnız Aralıq dənizi sahillərinə 110 mln. turist gəlir.
Okean həm də elmi əhəmiyyət kəsb edir. Dünya okeanını dərk etməyə (öyrənməyə) və mənimsəməyə can
atmaqla bəşəriyyət tarixində həmişə kainatı bütövlüklə, planetimiz haqqında isə qismən ətraflı və dərin biliklər
əldə olunmuşdur. Akademik A.Sidorenko belə hesab edir ki, «Okeanın dibini öyrənməklə biz planetimizin
təkamülünü daha yaxşı dərk edəcəyik». Okean daxilində bütün okean boyu 80 min km uzunluğunda əzəmətli sı-
ra dağları, okean və qurunun qlobal rifət sistemini aşkar etməklə Yerin tarixi haqqında olan anlayış dəyişdi.
Məhz okeanda planetar miqyasda aşkar edilən hadisələri tədqiq etməkYerin mənşəyi və inkişafını dərk etməkdə
alimlərə kömək edər. Belə ki, «Qlomar Çellencer» xüsusi gəmisinin Okeanda apardığı dərin qazma işləri okean-
ların genişlənməsi, rif zonalarında yer qabığının aralanması və oradan okean dibinin fasiləsiz «cavanlaşması»
faktını təsdiq edir.
|