tifikatı – vəsiqəsi olmalıdır. Bu vəsiqədə gəmilərin gövdəsi, mexanizmləri və başqa təchizatının saz vəziyyətdə
olmasını və dənizi çirkləndirmədiyi göstərilir.
Sertifikata əsasən gəminin limana daxil olması inspeksiya tərəfindən yoxlanılır. Xüsusi rayonlarda (bura həmçinin
Baltik və Qara dəniz aiddir) tankerlərdən neftli suların dənizə axıdılması tamamilə qadağan olunur. Bütün nəqliyyat gə-
miləri atılan suları təmizləyən qurğularla təchiz olunur, tankerlər neft qalıqları dənizə axıdılmadan yuyulur. Gəmidə çir-
kab, o cümlədən təsərrüfat –məişət sularını təmizləmək və zərərsizləşdirmək üçün elektrokimyəvi qurğular yaradılmış-
dır.
Sahil - təmizləyici qurğular gəmilərdən düşən işlənmiş suları çirkabdan yalnız təmizləmir, həm də min ton-
larla nefti regenerasiya (bərpa) edir.
Gəmilərdə şlamları, tullantıları və zibilləri təmizləmək üçün qurğular qoyulur.
Quru yüklərin yanacaq sisternlərini yumaq üçün üzən təmizləyici stansiyalar yaradılır. Quruluşuna görə on-
lar samovar və tozsoran olan kombaynı xatırladır. İki qazanlı böyük suqızdırıcı qurğu suyu 80-90
0
C qızdırır, na-
soslar isə onu tankerə çəkir. Çirkli su yuyulmuş neftlə birlikdə yenidən təmizləyici stansiyaya daxil olaraq üç
kaskadlı çökdürücüdən keçir.
Liman akvatoriyasını təsadüfi düşən neft çirkləndiricilərindən sistematik təmizləmək üçün üzən nefttopla-
yıcılarından tstifadə olunur. NSM –4 nefttoplayıcısı limandan 10 dəniz mili məsafədə sahil boyu və açıq dəniz
reydlərində dəniz dalğasının gücü 3 bal, küləyin gücü 4 bal olduqda dəniz suyunu təmizləmə qabiliyyətinə ma-
likdir.
Yaponiyada dənizdə iri neft ləkələrini qısa müddətdə təmizləyən nadir texnologiya hazırlanmış və təcrübə-
dən keçirilmişdir. «Kansay- Sanqe» korparasiyası əsas komponenti xüsusi hazırlanmış düyü qabığı olan ASWW
reaktivi buraxmışdır. Bu preparat su səthi üzərində səpələnmiş neft ləkələrini yarım saat ərzində özünə soraraq
onu qatı kütləyə çevirir. Su üzərindən həmin kütlə adi torla yığılır.
Amerika alimləri Atlantik okeanda suya dağılmış nefti təmizləmək üçün orijinal üsul tapmışlar. Neft plyon-
kasının altına müəyyən dərinlikdə keramik lövhə buraxılır. Ona akustik qurğu birləşdirilir. Vibrasiyanın təsiri
altında neft qalın qatla əvvəlcə lövhə qoyulan yerə toplanır, sonra isə su ilə qarışaraq fəvvarə vurur. Lövhənin
altına qoyulmuş yüksək gərginlikli elektrik cərəyanı fəvvarəni alışdırır və neft tam yanır. Əgər akustik qurğunun
gücü kifayət qədər deyilsə neft ancaq bərk kütləyə çevrilir və mexaniki yolla sudan kənarlaşdırılır.
Sahilyanı suların səthindən yağ ləkələrini kənarlaşdırmaq üçün ABŞ alimləri yağ hissəciklərini özünə çəkən
polipropilen modifikasiyasını yaratmışlar.
1982-ci ildə BMT –nin ekspert qrupu çirklənmənin hansı növləri ilə mübarizə aparılmasını müəyyənləşdirdi.
Bu siyahıda neft, ağır metallar və radioaktiv maddələr birinci sırada durur. Hazırki dövrə qədər neftlə çirklən-
məyə qarşı bir çox tədbirlər işlənib hazırlanmışdır.
Neft
ləkələri sahildən uzaqda və az miqdarda olarsa öz-özünə təmizlənə bilər.
Nefti çökdürmək üçün işlənən metodlardan biri neft ləkələrinə tabaşir tozu tökülür, bu zaman tabaşir nefti
özünə çəkir və suya batır. Bu metod problemi həll etmir. Belə ki, neft suyun dibində qalaraq okeanın dərin su
biotasını zəhərləyir.
Qeyd edək ki, Dünya okeanında elə orqanizmlər yaşayır ki, onlar özünə məxsus «Sanitar» rolunu oynayaraq,
suyu təmizləyir. Belə ki, molyusklar qida tapdıqda, suyu özünün qəlsəmə quruluşundan keçirərək süzür. Alimlə-
rin hesablamalarına görə ölçüsü 2 sm olan hər bir dəniz molyuskası (midiya) sutka ərzində özündən 12 litr təmiz
su keçirir. Okeanın biofiltratının təmizlədiyi suyun ümumi həcmi 100 km
3
təşkil edir. Ehtimal ki, çirklənməyə
qarşı istiqamətlərdən biri belə «Sanitar» növlərin sayını artırmaqdır.
Lakin Okeanın mühafizəsi və səmərəli istifadəsi məsələsinin həllinin əsasının qarşısında 3 təxirəsalınmaz
məsələ durur:
1)
Okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv qlobal rejiminin tənzimlənməsini tələb edir.
2)
Bir çox regional dənizlərin resuslarını ayrı-ayrı dövlətlərin istismar etməsi resurslarından istifadənin regi-
onal nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.
3)
Okean üçün quru mənbələrdən ciddi təhlükənin olması effektiv milli fəaliyyət tələb edir.
189
Lakin neftlə çirklənməni tam aradan qaldırmaq üzrə effektiv üsulların axtarışında bir çox nailiyyətlər əldə
olunmağına baxmayaraq bu problemin həlli haqqında danışmaq hələ tezdir. Çirklənməni təmizləməkdə yalnız
ən effektiv metodların tətbiqi ilə dəniz və okeanların təmizliyini təmin etmək mümkün deyil. Çirklənmənin qar-
şısının alınması kimi mühüm vəzifəni bu işdə marağı olan bütün ölkələrin birgə səyi lazımdır.
Dostları ilə paylaş: |