10.4. Dəniz sahillərinin və
daxili dənizlərin ekoloji problemləri
Dəniz sahilləri antropogen təzyiqlərə daha çox məruz qalan və bu təzyiqlər durmadan artan şəraitdə quru,
okean və atmosferin qarşılıqlı əlaqədə olan Yer səthinin bir hissəsidir. Bu üç geosferin qarşılıqlı əlaqəsi nisbətən
enli olmayan zonası olmaqla, həm də spesifik sahilyanı təbii təsərrüfat sistemi fəaliyyət göstərən enli zolaqdır.
Dəniz sahilboyu ərazi dedikdə adətən şərti olaraq dəniz səviyyəsindən 200 m-ə qədər izogips və dəniz sə-
viyyəsindən 200 m qədər izobat arasındakı ərazi başa düşülür. Dəniz sahilboyu təbii-təsərrüfat sistemi – ekosfe-
rin olduqca mühüm komponenti olub həm dünya təsərrüfatına, həm də qlobal təbii proseslərə təsir göstərir.
−
200 m ilə + 200 m arasında yerləşən dəniz sahili zonası aşağıdakı əsas xüsusiyyətlərilə seçilərək ekos-
ferdəki olduqca mühüm rolunu göstərir.
−
Bu zonada dünya əhalisinin 60%-ə qədəri yaşayır;
−
Bu, Yer səthinin 18%-ni təşkil edir;
−
Burada dünya əhalisinin 2/3 –si yaşayır (1,7 milyard);
−
Burada dünyanın ilkin bioloji məhsulunun 25%-ə qədəri formalaşır.
-Dünyada ovlanan balığın 90%-ə qədəri bura düşür. Sahil zonası Dünya okeanının cəmi 8%-ni tutur və
onun həcmi 0,5%-ə qədər təşkil edir. Lakin burada okeanın bioloji məhsulunun 18-33%-i formalaşır. Sahil zo-
nası çayların gətirmə axınlarının çirkləndirici maddələrlə birlikdə 75-90%-ni qəbul edir (udur). Burada dünyada-
kı müasir yumşaq (ovulan) çöküntülərin 90%-i akkymulyasiya olunur. Burada həmçinin karbon qazının qlobal
tsiklinin aktiv hissəsindən ayrılan üzvi maddələrin 80%-i toplanır.
Yuxarıdakı məlumatlar sahil zonasının mühüm ümumdünya əhəmiyyəti olduğunu göstərir.
İqlimin dəyişməsilə əlaqədar okeanın səviyyəsinin qalxmasının sahilyanı zolağa təsiri aşağıdakı kimi göstə-
rilir;
−
Dənizin çoxillik orta səviyyəsinin qalxması nəticəsində bir başa su basan zonalar;
−
Sahillərin dağılması nəticəsində sahil xəttinin geri çəkilməsinin ölçüsü;
−
Fırtına vaxtı su basan zona.
Dünya okanının səviyyəsinin 2100-cü ilə qədər 20-86 sm, orta hesabla 50 sm qalxması gözlənilir. Bu isə
sahilyanı zonaya arzu olunmaz təsir göstərəcəkdir. Artıq XX əsr dövründə suyun səviyyəsinin qalxması dünya-
nın qum sahillərinin 70%-i dağılma vəziyyətindədir.
Sahilyanı ekosistemlər bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin ekosistemlərdən olub dünya sa-
hillərinin demək olar ki, yarası dağılmaq, hətta məhv olmaq təhlükəsi qarşısındadır.
Daxili dənizlərin rejimi Dünya okeanı ilə su mübadiləsinin yavaş getməsilə fərqlənir. Daxili dənizlərin xü-
susiyyətləri bu su sututarların hövzələrinin geniş ərazilərində gedən proseslərdən çox asılıdır. Daxili dənizlərə
çoxlu çay sularının axması, onların morfoloji xüsüsiyyətləri ilə əlaqədar Dünya okeanı ilə zəif su mübadiləsinin
yaranması daxili dənizlərin sularının okean sularına nisbətən 2-3 dəfə aşağı duzluluğuna səbəb olur. Çay suları
ilə sutoplayıcılardan çirkləndiricilərin gətirilməsi daxili dənizlərin ekoloji vəziyyətinə ciddi təsir göstərir. Onlar
bütün akvatoriyasında, xüsusilə sahilyanı zonada getdikcə artan antropogen yükə məruz qalır.
Dostları ilə paylaş: |