Sahil zolaqda torpaqların istifadəsi - Burada əsas çirkləndirici sahələr limanlardır. Bura çirkli sular
gəmilərdən düşür, şəhər ərazisindən – yaşayış və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur. Liman-
ların akvatoriyası çox vaxt axınla pis yuyular və orada davamlı çirkli zona yaranır.
Sahil zonasında rekreasiya, ərazinin istifadəsində ciddi rəqabətlik hesab olunur.
−
Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır. Əsas çirkləndiricilər patogen
mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft
məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər,
sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və təbiətə toksiki təsi-
rini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında in-
sanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş, əsəb və qan sistemləri pozulmuşdur.
Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan balıq və molyusk-
larla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil olmuşdur (Tisso
kimya kombinatı).
Fransa tədqiqatçıları müəyyən etmişlər ki, Atlantik okeanının dibi qurudan gətirilən qurğuşunla sahildən
160 km məsafədə 1610 m dərinlikdə çirklənməyə məruz qalmışdır. Dib çöküntülərinin üst qatlarında qurğuşu-
nun qatılılığının daha çox olması onun uzun müddətli təbii proseslərin deyil, məhz insan fəaliyyətinin nəticəsi
olmasını təsdiq edir.
Çay suları vasitəsi ilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası şəraitində asan adaptasiya
olunaraq orada yaşayır. Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə tutul-
masına səbəb olur.
Dənizləri, xüsusən sahilyanı zonanı çirkab təmizləyən qurğuların və gəmilərin təsərrüfat – məişət çirkabları
da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.
−
Dostları ilə paylaş: |