- Dənizlərin hidroloji rejiminin dəyişməsinə ora tökülən çayların hövzəsində insan fəaliyyəti böyük tə-
sir göstərir. Çay hövzələrində insan fəaliyyəti (əkin sahələrinin artması, suvarma sisteminin qurulması, meşələ-
rin məhv edilməsi, gübrə və pestisidlərdən istifadə, müxtəlif tikililər və s.) çayların hidroloji rejiminə və oradan
da dənizlərin, xüsusilə qapalı dənizlərin rejiminə təsir göstərir.
XX əsrin əvvəlində əkinçiliyin inkişafı ilə əlaqədar olaraq qurudan dənizə axan çay gətirmələrinin antropo-
gen fəaliyyətinə düşən payı qlobal təbii normadan artıq olmuşdur. Hazırda, əsasən XX əsrin ikinci yarısında
çaylar üzərində tikilən bəndlər və suvarma sistemləri gətirmələri, o cümlədən biogen maddələrin axınını saxla-
yır və xeyli azaldır.
−
Dostları ilə paylaş: |