Buzlu Şimal okeanı. Okeanın ərazisi 14,75 mln. km
2
, orta dərinliyi 1220 m, maksimal dərinliyi 5527 m
təşkil edir.
Okeanlar arasında Buzlu Şimal okeanının şelf sahəsi ən çox olub dib hissəsi sahəsinin 50,3%-ni tutur.
Akvatoriyanın 9/10 hissəsi qışda axınlarla üzən buzlaqlardan ibarətdir. Bu zaman ərazi üzərində uzun müddətli
qütb gecələri müşahidə olunur.
Norveç və onun qolları olan Şpisbergen və Nordkap isti axınları okeanın bəzi sahələrinin donmamış
qalmasına imkan yaradır.
Okeanın səthində qışda temperaturu 1
0
C-yə yaxın, yayda isə 0
0
...5
0
olur. Okeanın akvatoriyasında çoxlu ada-
lar mövcuddur. Okeanın suları planktonla zəngindir. Buzlarda morjlar, suitilər, ağ ayılar yaşayır. Okeanın cənub
hissəsində Rusiya sahillərində Şimal dəniz yolu salınmışdır. Bu yolla yay dövründə buzlaqların köməyi
vasitəsilə yük daşınır.
Dostları ilə paylaş: |