Kür və Araz çayları mənbələrini Türkiyə ərazisindən götürərək 5 dövlətin (Türkiyə, İran, Gürcüstan, Ermə-
nistan və Azərbaycan) ərazisindən axır.
Azərbaycan Respublikasının və ümumiyyətlə Cənubi Qafqazın bütün təsərrüfatlarında əsas yeri Kür çayı
respublikamız daxilində formalaşır. Qalan hissəsi (70%-i) qonşu ölkə-
məntəqələri, sənaye müəssisələri olmadığı üçün çirklənməyə məruz qalmır. Son yarım əsrə qədər müddətdə apa-
rılan tədqiqatlar (M.Salmanov, 2002) göstərdi ki, Kür, Araz çayları və onların əsas qolları respublikamızdan kə-
narda – Gürcüstan və Ermənistan ərazilərində çirklənir. Belə ki, Ermənistanın 100%, Gürcüstanın 30% ərazisi,
174
Türkiyənin 31 min, İranın 40 min və Azərbaycanın 37 min km
2
sahəsi Kür-Araz hövzəsinə aiddir. Yəni Kür ça-
yına 188 min km
2
, Araza isə 103 min km
2
ərazidən sənaye, kənd təsərrüfat və məişət çirkabı, müxtəlif tullantılar
atılır.
Kür çayı əvvəlcə Gürcüstanın Borjom, Axalbaba, Xaşuri, Qori, Kareli, Kaspi şəhərlərinin və çayın sahilin-
də yerləşən başqa yaşayış məntəqələrinin sənaye müəssisələri və kommunal – məişət tullantıları hesabına sutka-
da 3 mln. m
3
–ə qədər çirkab suları buraxılır (Ş.Xəlilov, 2000). Daha sonra 40 km məsafədə Tiflis şəhərini kəsib
keçən Kür çayı daha kəsgin çirklənməyə məruz qalır.
Gürcüstan Respublikası su müfəttişliyinin məlumatına əsasən (1989) Tiflis şəhəri daxilində çay suyunda olan zə-
rərli üzvi maddələrin miqdarı qəbul olunmuş son həddən (QSh) 20 dəfə, fenol 300 dəfə, neft məhsulları 330 dəfə,
xrom 600 dəfə, mis və kadmium 10 dəfə, sink 13 dəfə, azot 8 dəfə, mədə-bağırsaq basilləri 238 dəfə, saprofit bakteri-
yaları 300 dəfə artıqdır (Ş.Xəlilov, 2000).
Ş.B. Xəlilov (2000) qeyd etdiyi kimi Tiflisdə olan 30-dan çox küçənin leysan yağış kollektorları şəhərin bir
çox sənaye müəssisələrinin («Elektrocihaz», «Dəzgahqayırma», «Baxtrioni», «Kruanisi», «Ekran», Dimitrov
adına aviasiya, dəri istehsalat birlikləri, avtomobil təmiri, elektrik qaynağı, kənd təsərrüfatı maşınları, cihazqa-
yırma, sabitləşdirmə zavodları, avtomobil parkları, xəstəxanalar və s.) çirkab sularını birbaşa Kürə axıdır. Şəhər
daxilində Kür çayının qəbul etdiyi kiçik qolların (Xevdzmara, Vere, Digmula, Loçino) çirklənmə dərəcəsi Kü-
rün özündən də çoxdur. Bu çaylar əslində çirkab sularını axıdan kanalizasiya kollektorlarına çevrilmişdir.
Tiflis şəhəri daxilində sutka ərzində daha 1 mln. m
3
çirkab suları qəbul edən Kür çayı 20 km məsafədən
sonra Rustavi şəhərində yenidən ciddi çirklənməyə məruz qalır və sutka ərzində yüz min m
3
–lə sənaye və kom-
munal – məişət tullantılarından ibarət çirkab sularını qəbul edir. Nəticədə Kürə il ərzində orta hesabla 700 min
ton üzvi maddələr, 30 min ton azot-fosfor duzları, 12 min ton müxtəlif duzlar və qələvilər, 16 min ton süni səthi
fəal maddələr və s. axıdılırdı. Azot birləşmələrinin çox hissəsi Rustavidə «Azot» istehsalat birliyindən buraxılır-
dı. Bu müəssisədə 1985 və 1987-ci illərdə baş verən qəza nəticəsində Kürə külli miqdarda azot birləşmələri ax-
mış, çayda Şəmkir su anbarına qədər olan məsafədə balıqların kütləvi qırılması baş vermişdir. Nəticədə Kür ça-
yı respublikamıza son dərəcədə çirklənmiş, insan və su orqanizmləri üçün təhlükəli çay kimi daxil olur. İki res-
publikanın sərhədi boyu axan Kürün sağ qolu olan Xramçayı Kürə çoxlu çirkab suları gətirir. Gürcustan ərazi-
sində Xram çayına Ermənistanın ən çirkli çayı – Debedçayı qovuşur. Ermənistanın rəngli metallurgiya, kimya
və yüngül sənaye mərkəzləri olan Kirovakan, Alaverdi və Stepanavan şəhərləri bu çayın hövzəsində yerləşir. Bu
şəhərlərin sənaye və məişət tullantıları təmizlənmədən çaya axıdılır. Kirovakan kimya, Alaverdi metallurgiya
kombinatlarından və Axtala filizsaflaşdırma fabrikindən çirkab sularının axıdıldığı Debedı çay çirklənmə dərə-
cəsinə görə Razdan və Oxçuçaydan sonra Ermənistanın üçüncü çayı sayılır.
M.A.Salmanovun (2002) apardığı tədqiqatlar göstərdi ki, 1976-cı ildən 2001-ci ilə qədər çirklənmiş sular
Şəmkir Su anbarına kimi Kür çayından öz-özünə təmizləmə prosesləri kəsərsizləşmişdir. Müəllifə görə Kür ça-
yında mikroflora son 35 ildə mühitə xas olmayan kənar növlərlə əvəz olunmuşdur. Ona görə hazırda saprofit av-
toxton (mühitin özünə məxsus - təbii) bakteriyalar antropogen mənşəli koliform bakteriyalarla əvəz olunmuşdur.
Respublikamızın ərazisinə qədər sahədə Kür çayının çirklənməsi – zəhərlənməsi Gürcüstan və Ermənistanda
çirkab axınına çevrilən Maşavera, Ağstafaçay, Kazretula, Algeti, Xramçay və b. nəql etdikləri pollyutantlar
(ümumi çirkləndirici maddələr) hesabına daha da kəsginləşir.
Ağstafaçayın suyunun zəhərlənməsi nəticəsində suda oksigenin miqdarı 4-5 dəfə azalır, belə suyun istifadə-
si təhlükəlidir. Çayın zəhərlənməsi suda olan mikrofloranın inkişafına da mənfi təsir göstərir. Ermənistan tərə-
findən zəhərlənən Ağstafaçay Qazax rayonunda yaradılan su anbarında cəmləşir və bölgənin kənd-qəsəbələrində
məişətdə, suvarmada istifadə olunur. Ona görə bu su anbarı əhalinin sağlamlığı üçün real təhlükə mənbəyinə
çevrilmişdir, o, məişətdə istifadə edilməməlidir.
Dövlət Hidrometeorologiya Komitəsinin çoxillik məlumatına görə Kür çayının çirklənmə indeksi Şıxlı
kəndində 1.60-2.2, Yenikənd qəsəbəsində 1.97 (mülayim çirklənmə-III qrup), Mingəçevirdə 2.9 (çirklənmiş –
IV qrup), Yevlax şəhərində 1.82, Pirəzə kəndində –1.26; Zərdabda – 1.42-2.34, Mollakənddə- 2.14, Surra
kəndində-2.11-2.44 (mülayim çirklənmə III qrup), Bankə qəsəbəsində 3.62-3.64 (çirklənmiş – IV qrup) və
Mayak qəsəbəsində 5.10 (çirkli V qrup) ölçüdə qeydə alınmışdır. Araz çayı sularının çirklənmə indeksi Sədərək
məntəqəsində 1,82 –2,24 (mülayim çirklənmə III qrup), Culfada 3.32 (çirklənmiş – IV qrup), Saatlıda 3.64-4.93
(çirklənmiş və çirkli IV-V qrup) təşkil etmişdir. (Cədvəl 9.13)
Göstərilən Komitənin məlumatına əsasən (1987-89-cu illər) Şıxlı kəndi yaxınlığında çayın sularında
oksigenə olan biokimyəvi tələbat (OBT
s
) –3.71 mq /l, neft məhsulları 0,15 mq /l, fenollar 0,03 mq /l, yəni
normadan bir neçə dəfə artıqdır. Heksoxloran kimi pestisidin isə il boyu miqdarı 0,006 mkq /l, -ə qədərdir.
Mingəçevir yaxınlığında Kür sularında neft məhsullarının miqdarı 0,18 mq /l, (4SKH-son konsentrasiya həddi),
fenolların miqdarı isə 0,005-0,01 mq /l-ə qədər olmaqla normadan 5-10 dəfə artıqdır. Heksoxloranın miqdarı isə
sularda 0,037 mkq /l-ə qədərdir. Göstərilən ərazidəki, hidroloji məntəqələrdən götürülmüş su nümunələrində
bixromat oksidləri 13,5-22,6 mq /l, neft məhsulları 0,03-0,25 mq /l, fenollar 0,003-0,04 mq /l, heksoxloran
0,005-0,037 mkq /l təşkil etmişdir. Benzol turşuları 2,8 mq /l, yəni normadan 5-6 dəfə artıq olmuşdur.
Mingəçevir-Əli-Bayramlı şəhərləri arasında ammonium, nitrit, nitrat, ümumi fosfor kimi biogen mənşəli
175
komponentlərin qalıqlarının miqdarı Kür sularında il boyu ümumi sanitar, sanitar-toksikoloji və balıq
təsərrüfatları üçün təyin olunmuş normalardan bir neçə dəfə çoxdur. (Əliyev, Məmmədova 2003). F.Ş.Əliyev
və M.A.Məmmədovanın (2003) məlumatına görə Kür çayında yerləşən hidroloji məntəqələrindən götürülmüş su
nümunələrində misin miqdarı toksikoloji normadan 10 dəfədən artıq olmuşdur (misin toksikoloji norması sular
üçün 1,0 mq /l-dir). Misin daha çox miqdarı Yenikənd (18 mq /l), Mingəçevir (18 mq /l), Yevlax (14 mq /l),
Zardab (20 mq /l), Salyan (14 mq /l) və Mayak (23 mq /l) məntəqələrində qeydə alınmışdır. (Cədvəl 9.14)
Bismut, titan və manqan qeyri-üzvi kimyəvi elementlərin miqdarı da Kür sularında həmişə normadan yüksəkdir,
alüminium, dəmir və silisium Kür sularında daim müşahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur.
Kür çayı, Əli –Bayramlı, Salyan, Neftçala şəhərlərindəki yod-brom zavodunun, Bankə qəsəbəsindəki balıq
kombinatının və həmin şəhərin kommunal təsərrüfatlarının çirkab suları ilə çirkləndirilir. Bu ərazilərdə Kürün sularında
bixromat oksidləri, fenollar, neft məhsulları və heksoxloran pestisidinin miqdarı digər məntəqələrlə müqayisədə 1.5-2.0
dəfə çoxdur. Bankə və Mayak qəsəbələri yaxınlığında Kürdə benzol turşularının miqdarı uyğun olaraq 2.4 və 2.0 mq /l,
yəni ümumi sanitar normalardan 4-5 dəfə artıqdır. (Cədvəl 9.14)
Şıxlı kəndindən Kürün mənsəbinə doğru suyun ümumi minerallıq dərəcəsi (ÜMD) artır. Belə ki,
Mingəçevir su anbarında suyun ÜMD 0,4-0,6 q/l, Surra kəndi yanında 0,7-0,9 q/l, Araz çayı ilə birləşəndən
sonra 1,2-1,4 çatır. Bununla paralel sularda sulfat və xlor anionlarının miqdarı da artaraq təyin olunmuş 500 və
300 mq /l normasından 1.5 dəfədən artıq olmuşdur. (F.Əliyev 2000).